Məhkəmə qərarları › İş №2(011)-7444/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7444/2025

19.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7444/2025 19.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1086/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin cavabdehin =aylıq qazancının ¼ hissəsi məbləğində deyil, sabit pul məbləğində tutulması və Cavabdeh hər ay 246 manat məbləğində alimentin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X2 adlı uşaqları var. Cavabdehlə arasında yaranmış müəyyən ailə münaqişələri nəticəsində onların nikahlarının pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair Xətai Rayon Məhkəməsinin 2(011)-1086/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi qəbul edilmiş, övladı onun yanında qalmış və övladının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay aylıq qazancının ¼ hissəsi məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin məhkəmənin müəyyən etdiyi aliment miqdarı övladının bugünki təlabatına uyğun deyildir, həmin alimentlə övladını saxlaya bilmir, günü-gündən övladının təlabatı artır, hal-hazırda isə heç yerdə işləmir, əlavə gəlir yeri də yoxdur və bu da ona övladını saxlamaqda çətinliklər yaradır. Cavabdeh isə fərdi əməklə məşğuldur, Bakı şəhəri daxilində taksi sürücüsü işləyir, kifayət qədər gəliri vardır və bu da ona aliment ödəməyə imkan verir. Hesab edir ki, cavabdeh bir valideyn kimi uşağını saxlamağa borclu olduğundan ondan hər ay sabit pul məbləğində 246 manat aliment tutulub ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1086/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi çıxarılan dövrdə cavabdehin başqa iş yeri var idi. Əvvəl neft şirkətində işləyirdi. Hazırda isə iş yeri dəyişib və gəlirin ¼ hissəsi qədər alimentlə uşağı saxlamaq olmur. Cavabdeh məhkəmə iclasında iştirak etmişdir.O bildirmişdir ki, alimentin tutulma qaydasının dəyişdirilməsinə etiraz etmir. O təsdiq etmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1086/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi çıxarılan sonra iş yeri dəyişilib. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, İMS-də iştirak edən tərəf İddiaçıdır, iştirak etməyən tərəf isə Cavabdehdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1086/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 1417 saylı aktla qeydə alınmş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh Dövlət Neft Şirkətində sürücü vəzifəsində işləyib. Əmək haqqı 1.026 manat təşkil edib. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də “sürücü” vəzifəsində işləyir, əmək haqqısı 784 manat təşkil edir. Belə ki, AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (artırılması, bu iş üzrə tutulma qaydasının dəyişdirilməsi) o hallarda mümkündür ki, aliment ödəyən şəxsin maddi vəziyyətində dəyişikliyin olması iş materialları ilə öz təsdiqini tapmış olsun. Hazırki iş materialları ilə müəyyən edilir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki iddia tələbləri üzrə cavabdehin maddi vəziyyəti dəyişmişdir, o daha az maaşı işə keçmışdır. Nəticədə, uşağın saxlanılması üçün gəlirinin ¼ hissəsi - uşağın minimum yaşayış səviyyəsinin təmin edilməsinə kifayət etmir. Buna görə də cavabdehin gəlirinin bir hissəsi kimi tutulan alimentin tutulma qaydasının dəyişdirilməsi və alimentin sabit pul məbləğində tutulması üçün hüquqi əsaslar mövcuddur. Qeyd olunanlara əasən məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər hallarını nəzərə alaraq, alimentin tutulması qaydası dəyişdirilməli və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəmə tərəfindən uşağın saxlanılması üçün 246 manat sabit pul məbləğində aliment təyin olunur. Bu məbləğin 2025-ci ildə ölkə üzrə təyin edilmiş 400 manat minimum əmək haqqına bölünməklə aylıq alimentin məbləği minimum əmək haqqının 0,62 misli təşkil edir. (246/400) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1086/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının 1/4 hissəsi məbləğində İddiaçı xeyrinə tutulan alimentin tutulması qaydası dəyişdirilsin. Hazırki qətnamə qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması hər ay Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 (sıfır tam yüzdə altmış iki) misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar