Məhkəmə qərarları › İş №2(011)-7454/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7454/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7454/2021 25.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 29.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4470.83 manat əsas borc, 242.08 manat faiz borcu, 89.75 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4802.66 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.C.Hacıyev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 29.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 17 faizlə 36 ay müddətində 10000 manat kredit götürmüşdür, lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, 10.09.2021-ci ilədək Cavabdeh banka 29.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4470.83 manat əsas borc, 242.08 manat faiz borcu, 89.75 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4802.66 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda iddiaçının nümayəndəsi İ.C.Hacıyev iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir, banka 4470.83 manat əsas borc, 242.08 manat faiz borcu, 89.75 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4802.66 manat borcunun olduğunu etira edir, borcunu ödəyəcəkdir. Sonda Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə 29.03.2019-cu il tarixli 15-Y-1-0-250-19 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 36 ay müddətinə, illik 17 % hesabı ilə 10000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 15-Y-1-0-258-19 saylı saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kreditin məbləği 10000 manat, illik faiz 17%, müddət 36 ay, güzəşt müddəti 0 ay təşkil edir. İş materiallarında olan qəbzin surətindən görünür ki, Cavabdeh 10000 manat məbləğində pulu Bankdan almışdır. İş materiallarında olan 10.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə, 10000 manat kredit götürmüşdür və onun banka olan cəmi borc məbləği 4802.66 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh 25.08.2021-ci ildə xəbərdarlıq məktubu göndərilməklə ondan 29.03.2019-cu il tarixli 15-Y-1-0-258-19 saylı kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 15.09.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 27.08.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 29.03.2019-cu il tarixli 15-Y-1-0-258-19 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, İ.Muradova bank tərəfindən illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit vəsaiti ayrılmış, Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir. Hazırda cavabdehin banka olan ödənilməmiş borc məbləği 4470.83 manat əsas borc, 242.08 manat faiz borcu, 89.75 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4802.66 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 4470.83 manat əsas borc, 242.08 manat faiz borcu, 89.75 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4802.66 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 29 mart 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 29 mart 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 29.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4470,83 manat əsas borc, 242,08 manat faiz borcu və 89,75 manat cərimə borcu olmaqla, ümumilikdə 4802 (dörd min səkkiz yüz iki) manat 66 (altmış altı) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar