Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7478/2024 04.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 4500 manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2023-cü ilin iyun ayında Bakı şəhərində metro çıxışlarında ətir dükanını açılması məqsədi və qısa müddətdə qaytarılması şərti ilə iddiaçıdan 4500 manat borc pul almış, lakin götürülmüş borc məbləği indiyə qədər cavabdeh tərəfindən qaytarılmamışdır, cavabdehdən pulu şəxsi müraciətin əsasında ala bilmir və ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmədə iddianı müdafiə edərək,bildirdi ki, borc məğləğinin 4500 manatın 500 manatının cavabdeh tərəfindən ona ödənilməsi hissəsi ilə razılaşıraq, iddia tələbinin qalan hissədə təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, qızı iddiaçının qardaşı ilə şərik olaraq iş qurmuşlar, pula ehtiyacları olduğu üçün iddiaçıdan borc almışlar, həmin borcun 500 manatını qızı iddiaçıya qaytarmış, qalan 4000 manatı ödəməyə razıdır. İş materiallarında olan: İş materiallarında olan, hesabdan çıxarışdan görünür ki, X3 tərəfindən ümumilikkdə 492,25 manat İddiaçı ödəniş olunmuşdur. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 45 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Ona görə ki, məhkəmə ilk növbədə, Cavabdeh iddiaçıya borclu olduğu pul məbləğini götürməsini qeyd etməsini nəzərə alaraq, iddiaçının cavabdehə pul verməsi, bunun müqabilində cavabdehin iddiaçıya borcunun yaranması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında cavabdeh öz izahatında bildirmişdir ki, əvvəllər online satışı ilə məşğul olurmuş, sonradan iddiaçının qardaşı ilə şərik olaraq iş qurmuşlar, həmin vaxt pula ehtiyacları olduğundan iddiaçıdan borc pul almış, 500 manatını iddiaçıya qaytarmış, qalan 4000 manatı qaytarmamışdır, lakin 4000 manatı ödəməkdən boyun qaçırtmır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc pul almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pulu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə borc pul almasına dair hüququndan istifadə etmiş, 4500 manat pulu almış, həmin borcdan 500 manatı qaytararaq, lakin qalan 4000 manat pulun qaytarılmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh iddiaçıdan pul almış və pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pulu ona ödəməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7478/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7478/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver