Məhkəmə qərarları › İş №2(011)-748/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-748/2023

27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-748/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1606/2021 saylı 07 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. 30 aprel 2022-ci il tarixdə böyük icra məmuru Rövşən Ağayev tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin gün müvafiq iltizamla 01 ədəd mobil qurğu (Attenti markalı, 35631684 №-li), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE07544 №-li) və 01 ədəd mobil qurğu üçün qoruyucu qab hazırki iş üzrə cavabdeh olan Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 2277.40 manat dəyəri olan elektron nəzarət vasitəsi olan mobil qurğunu itirməklə Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Cavabdeh elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri olan 2277.40 manat pulun təqdim olunmuş müvafiq hesaba ödənilməsi barədə xx.xx.2022-ci il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq tələbi icra etməmişdir. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-410/2022 saylı 17 iyun 2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat vəsaitin alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçınə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı məhkəməyə məktubla müraciət edərək, ərizənin təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 272/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla Cavabdeh üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1606/2021 saylı, 07 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 il müddətinə azaldılaraq üzərində 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən Probasiya Xidmətinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin qiyməti 2277.40 manat göstərilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-272/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla Cavabdeh üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1606/2021 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 il müddətinə azaldılaraq üzərində 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmiş, müvafiq iltizamla 01 ədəd mobil qurğu (Attenti markalı, 35631684 №-li), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE07544 №-li) və 01 ədəd mobil qurğu üçün qoruyucu qab quraşdırılaraq cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən ona təhkim olunmuş mobil qurğunu itirmiş və bununla da 2277.40 manat məbləğində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən maddi zərərin vurulması mülki işdə olan sübutlarla öz təsdiqini tapdığından, 2277.40 manat pul vəsaiti cavadehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2277.40 manat pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar