Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7484/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 25.000 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. İddiaçının atası Mübariz Hacıyevin barəsində Azərbaycan Respublikası CMnin 311.3.1 və 311.3.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cavabdeh vəkillik fəaliyyəti ilə məşğul olur. Cavabdeh iddiaçıdan 30.000 manat pul alaraq atası barəsində bəraət hökmünün çıxarılacağına vəd vermişdir. Lakin vədinə əməl etməmiş və iddiaçının atası barəsinə ittihamedici hökm çıxmışdır. Həmin puldan 5.000 manatını cavabdeh atasının məhkəmə işləri ilə bağlı xərclədiyini bildirmişdir. Qalan 25.000 manatı isə 2023-cü ilin yanvar ayında qaytaracağını bildirmişdir. Lakin bu günə qədər pulu qaytarmamışdır. İddiaçının dəfələrlə etdiyi telefon zənglərinə cavab olaraq, müxtəlif bəhanələrlə pulun qaytarmasından imtina edir. Tərəflərin izahatları: Məhkəmə iclasına gəlməmiş iddiaçı məhkəməyə teleqramla müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan cavabdeh X4 tərəfindən 22 noyabr 2022-ci il tarixdə tərtib edilmiş əlyazmadan görünür ki, cavabdeh, İddiaçı aldığı 25.000 manat borc pulu 2023-cü ilin yanvar ayı ərzində qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14 avqust 2023cü il tarixli məktubdan görünür ki, iddiaçı 06 iyul 2023-cü il tarixdə idarənin “Qaynar xətti” ilə əlaqə saxlayaraq təxminən 2 il əvvəl atası Mübariz Hacıyevin təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə icraata müdafiəçi qismində cəlb olunmuş Vəkillər Kollegiyasının üzvü X2 atasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək iddiaçının 30.000 manat pulunu alıb ələ keçirməsi barədə müraciət etmişdir. Araşdırma nəticəsində tərəflər arasında hər hansı qanunazidd əməlin olması müəyyəən edilməmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh iddiaya etiraz mövqeyində olmuş, məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsi ilə razı deyil. İddiaçı məhkəməyə müraciət etməzdən öncə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı izahatda göstərilən xüsusatların araşdırılması xahiş edilmiş və aparılmış araşdırma zamanı İddiaçı ona vermiş olduğu pul məbləğlərinin atasının barəsində olan cinayət işi üzrə xərclərin olduğu, aralarında olan münasibətlər üzrə hər hansı bir qanuna zidd əməlin olmaması müəyyən edilmişdir. Araşdırma zamanı cavabdeh izahatında əsaslandırılmış şəkildə göstərmişdir ki, cavabdeh, İddiaçı müraciəti əsasında atası Hacıyev Mübariz Hüseyn oğlunun müdafiə etmişdir. Müdafiə istintaq və bütün məhkəmə instansiyaları daxil olmaqla 2 ildən artıq bir müddəti əhatə etmişdir. Cavabdeh, İddiaçılə istintaq üçün ödənişi 5.000 manat müəyyən etmişdir. Bura həm müqavilə üzrə ödəniləcək məbləğ, həm də iş üçün gözlənilən xərclər daxil idi. Təxminən 8 ay istintaq müddətində cavabdeh tərəfindən davamlı olaraq məhkəmələrə və istintaq təcridxanasına gedilmiş, bu zaman Mübariz Hacıyevə müxtəlif məbləğlərdə pul verilmişdir. İddiaçı istintaq müddəti üçün cavabdehdən hər hansı bir narazılığı və tələbi olmamış, iş məhkəmənin icraatına keçmişdir. Hələ istintaq dövründə İddiaçı rüşvət müqabilində atasının işini həll etməyə çalışmış, bu məqsədlə aldadılaraq külli miqdarda pulu alınmışdır. İddiaçı atasının həbs edilməsində təqsirkar şəxsin atasının müdiri olmuş Rafiq Ədilov adlı şəxsi təqsirləndirmiş və ona qarşı atası barəsində tələblər irəli sürmüşdür. Bu məqsədlə o Rafiq Ədilov adlı şəxsdən 50.000 manat məbləğində pul tələb edərək almışdır. İddiaçı cavabdehə bir neçə dəfə atasının həbsdən azad edilməsi ilə əlaqədar rüşvət müqabilində atasının buraxılması üçün danışıqlar və görüşlər etməsini cavabdehdən istəsə də, cavabdeh buna etiraz edərək bu işdə ona köməklik edə bilməyəcəyini, yalnız atasını qanuni yollarla müdafiə edəcəyini bildirmişdir. İddiaçı son çıxış yolunun atasının təqsiri olmadığı üçün onun qanunla müdafiəsinə davam etmək qərarına gəlmiş və yalnız bundan sonra o, Rafiq Ədilovdan almış olduğu 50.000 manat pulun yarısını cavabdehə verərək, işin sonuna qədər atasını müdafiə etməsini, bu məqsədlə bütün xərclərin qarşılanmasını cavabdehdən xahiş etmiş və onlar razılaşmışlar. İstintaq müddətindən sonrakı bütün müddət ərzində cavabdeh Mübariz Hacıyevin müdafiəsini və xərclərini qarşılamış və əlindən gələn hər şeyi etmiş və apellyasiya məhkəməsinin son iclasına qədər olan müddətlərdə İddiaçı də cavabdehdən hər hansı bir narazılığı olmamışdır. X6 Cinayətlər Məhkəməsinin sonunda Mübariz Hacıyevin barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə minimum həddən də aşağı cəza təyin edilmiş və bu zaman İddiaçı cavabdehə heç bir etiraz etməyərək, birlikdə danışdığıqları şəkildə apellyasiya şikayəti verərək müdafiəni davam etməyi razılaşmışlar. Apellyasiya məhkəməsi zamanı İddiaçı cavabdehdən gizli saxlamaqla atası ilə birlikdə təqsirləndirilən digər şəxslərin (Ramin və Qurban) qohumları ilə razılılaşaraq, rüşvət müqabilində həbsdən azad edilməsi üçün bir vasitəçiyə külli miqdarda pul verdiklərini, lakin həmin şəxsin onları aldatdığını həmin şəxsdən şikayətçi olduqlarını cavabdeh sonradan bilmişdir. Həmin vaxt İddiaçı müxtəlif şəxslər vasitəsilə məhkəməyə rüşvət təklif etdiyi və buna rədd cavabı aldıqdan sonra apellyasiya məhkəməsinin son iclas günü məhkəmədən bir neçə dəqiqə öncə cavabdehə müraciət edərək cavabdehin müdafiəsinin heç bir nəticəsi olmayacağını, hakimin öncədən ona vasitəçi vasitəsilə atasının hökmünü qüvvədə saxlayacağı barədə sözlərindən sonra cavabdehə bəraət almağını, əks halda vermiş olduğu 25.000 manat pulu tələb edəcəyini bildirmişdir. Cavabdeh iddiaçıya bəraət üçün təminat vermədiyini bildirmiş və apellyasiya məhkəməsinin məhkəmə çıxışları zamanı bu xüsusatı məhkəmənin diqqətinə çatdıraraq cavabdehə qarşı təzyiqlərin olduğunu, bu barədə tədbirlərin görülmədiyi təqdirdə müdafiə çıxışını etməyəcəyini bildirmişdir. Bu zaman hakim Akif Eyvazov İddiaçı tələblərinin qanunsuz olduğunu bildirdi və M.Hacıyevin də oğlu İddiaçı hərəkətlərinə dair fikirlərini soruşmuş, bu zaman M.Hacıyevin cavabdehə qarşı hər hansı bir tələbinin olmadığı, müdafiədən məmnun qaldığı və onu müdafiə etməyini davam etdirməyini bildirmiş və bundan sonra cavabdeh müdafiə çıxışını etmişdir. Apellyasiya məhkəməsi bitdikdən sonra İddiaçı Bakı şəhərinə gələrək cavabdehlə görüşmüş və bildirmişdir ki, apellyasiya məhkəməsinin son iclas günü ona məhkəmə tərəfindən atasının işi ilə bağlı verilən imtina cavabından son dərəcə əsəbləşdiyi üçün cavabdehə qarşı aqressiv olduğunu və tələblər etdiyini bildirmişdir. İddiaçı cavabdehə müdafiəçi olaraq əlindən gələni etdiyini, lakin istənilən nəticə olmadığını bildirməklə ondan müdafiəsi üçün narazı olmadığını demişdir. İddiaçı həmin vaxt cavabdeh bildirmişdir ki, bir yüksək vəzifəli şəxs ona atasının ali məhkəmədə işinin həll edilməsinə söz verib və buna görə şərtləri var. Bu şərtlərdən biri razılıq əsasında dövlət ittihamçısının kassasiya protesti verməməsi və vəkil olaraq cavabdehin işdən kənarlaşdırılması idi. Cavabdeh Röyala işini həll edən şəxsin nə üçün kənarlaşmasını istəməsinin anlaşılan olmadığını, burda onun ziyanına olan bir planın olduğunu bildirmişdir. Çünki cavabdeh müdafiəçi olaraq iddiaçının atasının işini əzbər bildiyini və onu yüksək səviyyədə müdafiə etməyə qadir olduğunu anlatmışdır. Lakin İddiaçı ona vəd verən şəxə inandığını və atasının həbsdən azad edilməsi üçün razılaşmaq məcburiyyətində qaldığını bildirmişdir. İddiaçı ona vəd verən şəxsləri cavabdehdən imtina etməsinə inandırmaq üçün cavabdehlə müqaviləni pozduğunu, cavabdehə vermiş olduğu pulu ona qaytarması barədə qəbz verməsini, hətta zərurət olduqda cavabdehdən şikayət də edəcəyini və bunların formal olacağını, atasının işinin həlli məqsədilə ediləcəyini bildirmişdir. Cavabdeh müdafiə etdiyi M.Hacıyevin işinin həlli üçün Röyala inanmış və bu məqsədlə ona 25.000 manat pulu qaytaracağına dair bir neçə dəfə müxtəlif məzmunlu qəbz də vermişdir. Hətta İddiaçı cavabdehdən müxtəlif instansiyalara, o cümlədən Vəkillər Kollegiyasına da şikayət ərizəsi ünvanlamış, lakin şikayət ərizəsi üzrə izahat vermək üçün çağırışlara şikayəti formal olduğu üçün getməmişdir. Onlar İddiaçılə kassasiya instansiyasında məhkəmə baxışına qədər mütamadi olaraq görüşmüş və telefon əlaqələri saxlayaraq, işlərin gedişatını müzakirə etmişlər. Həmin vaxt İddiaçı cavabdehə bildirmişdir ki, işlər danışıldığı kimi qaydasında gedir, ona kassasiya şikayəti vermək üçün yeni vəkil də verilmiş, hətta kassasiya protestinin verilməməsi üçün tərəfindən prokurorluğa verilməsi üçün 10.000 manat da pul verilmişdir. Cavabdeh həmin vaxt yeni vəkil tərəfindən verilmiş kassasiya şikayəti ilə tanış olmuş və şikayətin tutarlı yazılmadığı, iddiaçıya bu işdə bir yalnışlığın olduğunu bildirmişdir. İddiaçı mənə bildirdi ki, o da hazırda eyni düşüncədədir və mənim vəkil kimi işə daxil olmam lazımdı lakin, bunun prokuror tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bitməsindən sonra rəsmilşdirilməsini təklif etdi. Bu məqsədlə İddiaçı tərəfindən atasının ali məhkəmədə müdafiəsi üçün mənimlə müqavilə bağlandı və mən ilk olaraq kassasiya şikayətinə əlavə hazırladım, daha sonra Mübariz Hacıyevlə istintaq təcridxanasında görüşdüm, İddiaçı Ali Məhkəmədə qəbula yazaraq onun qəbulda olmasına dəstək oldum. xx.xx.2023 tarixdə ali məhkəmədə yekun məhkəmə iclası keçirildi və apellyasiya məhkəməsinin Mübariz Hacıyevlə bağlı kassasiya şikayəti təmin edilmədi. Hazırda İddiaçı cavabdehdən şikayətçi olması anlaşılan deyil. Bütün dedikləri həqiqətdir və cavabdehin ali məhkəmədə son günə kimi M.Hacıyevin müdafiəçisi kimi iştirak etməyi və aralarında olan telefon və vatsap danışıqları dediklərini bir daha təsdiq edir. Cavabdehə verilmiş 25.000 manat pula dair çəkilmiş xərclərə Bakı şəhərindən X3, Şəki Ağır cinayətlər və Şəki Apellyasiya məhkəməsinə təxminən ümumilikdə 40 dəfəyə yaxın gedilmişdir. Bu təyin edilən məhkəmə baxışları və istintaq təcridxanasına giriş-çıxışlarla təsdiq edilir. Hər dəfə istintaq təcridxanasına gedilərkən cavabdeh M.Hacıyevə müxtəlif məbləğlərdə pul vermişdir. Bundan əlavə iş üzrə sənədlərin toplanılması və şahidlərlə görüşmək üçün 5-6 dəfə Bakı şəhərindən Göyçay şəhərinə gedilmişdir. Eyni zamanda cavabdeh poçt və mətbuat orqanlarına da saysız ödənişlər etmişdir. Belə ki, hər həftə onlarla teleqram, məktub, sifariş əsasında müxtəlif saytlarda məqalələrin verilməsi, çəkilişlərin təşkil edilməsi və s. üçün xərclər edilmişdir. Xərclərə müqavilə üzrə edilmiş köçürmələr, nəqliyyat xərcləri, İddiaçı istəyi ilə cavabdeh tərəfindən müxtəlif şəxslərin kart hesablarına pul ödənişlərinin edilməsi və digər xərcləri daxildir. Aralarında olan münasibətlərlə müəyyən edilir ki, münasibətləri iddiaçının atasının müdafiəsi ilə bağlı müqavilə bağlanılan zaman yaranmış və aralarında olan pul vəsaitləri də həmin işə dair xərclər olmuş, həmin vaxt cavabdehin iddiaçıdan borc almaq və iddiaçının cavabdehə borc vermək məqsədi olmamış, hər hansı bir məbləğdə borc verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbz borc kimi qiymətləndirilməməlidir. İddia ərizəsində də pulun borc olaraq deyil, guya iddiaçının atasına bəraət alınması məqsədilə verilməsi göstərilir ki, iddiaçı eyni əsasla etdiyi şikayət AR Vəkillər Kollegiyası tərəfindən aparılmış araşdırma zamanı bu öz təsdiqini tapmamışdır. Göstərilənlərə istinadən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 25.000 manat pulun borc verilməsi ilə bağlı şifahi razılaşma olmuş, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən pulun alınmasına dair sonuncu tərəfindən yazılı əlyazma tərtib edilmişdir. Beləliklə, cavabdehin pulu alması işin mübahisəsiz halıdır. Məhkəmə cavabdehin etiraz ərizəsində istinad etdiyi hallara münasibətdə qeyd edir ki, etirazda qeyd edilən hallar cavabdeh tərəfindən hər hansı sübutla əsaslandırılmamış, buna dəlalət edən hər hansı mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İstinad olunanlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh pulun qaytarılmasına dair öhdəliyini icra etməmiş və 25.000 manat borcu geri qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi həmin təmin edilməli, Cavabdeh borc aldığı 25.000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı müharibə veteranıdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən, cavabdehdən 165 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 25.000 (iyirmi beş min) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 165 (bir yüz altmış beş) manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7484/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7484/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver