Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7535/2021 09.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pul vəsaitinin qaytarılması, mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı - “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adından iddiaçı X1 dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara ödənilmiş 20.000 manat, avtomobilə təmir üçün xərclənmiş 5.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun tutularaq iddiaçıya verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “GMC TERRAİN” markalı (hazırda Tural Nuriyevin mülkiyyətində olan) avtomobil daha öncə X7 mülkiyyətində olmuşdur. Avtomobil bankın girovunda olduğundan Namiq Qafarov tərəfindən bank qarşısında olan öhdəliklər icra olunmadığı üçün Nizami Rayon Məhkəməsinin 21.07.2016-cı il tarixli, 2(007)- 394/2016 saylı qətnaməsilə 32.006 ABŞ dolları borc X13 və qeyrilərindən tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın X10 məxsus və banka ipoteka qoyulmuş “GMC TERRAİN” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitin N.Qafarovun borcuna yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası olaraq Nizami rayon İcra və Probasiya Şöbəsində 21.07.2016-cı il tarixli, 2(007)-394/2016 saylı icra sənədi üzrə icra icraatı başlanmış, “GMC TERRAİN” markalı avtomobil hərraca çıxarılmış, “X6” MMC-nin keçirdiyi hərracda Hərracın Yekunları barədə 21.12.2018-ci il tarixli, 353 saylı protokolu ilə həmin avtomobil hazırki iş üzrə Cavabdeh1 satılmışdır. Əldə edilmiş vəsait borclu Namiq Qafarovun borcuna yönəldilmişdir, icra icraatına xitam verilmişdir. Lakin, Namiq Qafarov qeyd oluna hərracla razılaşmamış, 2019-cu ildə cavabdehlər "xxxx" MMC, “X6” MMC, "xxxx" ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh1 qarşı Nərimanov Rayon Məhkəməsinə hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.02.2020-ci il tarixli, 2(103)-497/2020 saylı qətnaməsilə “GMC TERRAİN” markalı avtomobilin satılmasına dair hərracın nəticələri etibarsız hesab edilmiş, avtomobilin təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil edilməsi və sair qət edilmişdir. Mübahisəli avtomobillə bağlı məhkəmə icraatının getməsinə, hərracın nəticələrinin ləğv edilməsi, avtomobilin yenidən hərrac yolu ilə satılması barədə məhkəmə aktının olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və onun adından çıxış edən nümayəndəsi Cavabdeh2 bu barədə iddiaçılara məlumat vermədən onları aldadaraq avtomobili 21.02.2020-ci il tarixdə İddiaçı2 baş etibarnamə verməklə etibarnamə əsasında 20.000 manata satmışdır. İddiaçı2 07.05.2021ci il tarixdə avtomobili Tural Nuriyevin adına keçirmişdir. Lakin, əvvəlki iş üzrə tələbkar X13 ərizə ilə Nizami rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Tural Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı avtomobilin üzərinə həbs qoyulmasına və axtarışa verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək həmin “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq Nizami rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsi təqdimatı qismən təmin etmiş, Tural Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair 25.01.2021-ci il tarixli qərardad çıxarılmışdır. Həmin qərardaddan T.Nuriyev şikayət vermişdir. Şikayət Nizami Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayətə baxıb şikayəti təmin etmədi. Onlara məlum oldu ki, avtomobil 2018-ci il tarixdə hərracdan satılıb, avtomobili Cavabdeh1 almış, 2019-cu və 2020-ci ildə məhkəmələrin qətnaməsi əsasında həmin hərrac etibarsız hesab edilib, avtomobilin yenidən hərrac yolu ilə satılması qət edilib lakin, buna baxmayaraq cavadehlər avtomobili yenidən hərrac yolu ilə satılması üçün İcra şöbəsinə təqdim etmək əvəzinə 2020-ci ildə avtomobili 20.000 manata iddiaçılara sataraq onları zərərə salıblar. Hazırda T.Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil üzrəində mülkiyyət hüququ məhdudlaşdırılıb, həmçinin avtomobilin hərracdan yenidən satılması haqqında məhkəmə aktı var. Bundan başqa, cavabdehlər avtomobili onlara İddiaçı2 adına verdikləri etibarnamə əsasında satıblar, bu zaman alqı-satqı qaydalarına riayət olunmayıb. Odur ki, mübahisəli avtomobilin onlara satılması barədə alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, cavabdehlərdən ödədikləri 20.000 manat tutularaq iddiaçılara qaytarılmalıdır. Onlar avtomobili alandan sonra onu saz vəziyyətə gətirmək üçün zərurət olduğundan avtomobilə 5.000 manat pul xərcləmişdir, həmin pul da cavabdehlərdən tutulmalıdır. Cavabdehlərin onlara qarşı bu cür aldadıcı hərəkətlər etməsi, gözlənilən zərərlərini onların üzərinə yönəltmələri, bunun nəticəsində məhkəmə və icra şöbələrində qalmağı onlarda stres, əsəb gərginliyi yaratmışdır. Onların bu hərəkətləri iddiaçılara mənəvi zərər yetrimişdir, mənəvi zərəri 10.000 manat dəyərində qiymətləndirirlər. Odur ki, cavabdehlərdən 10.000 manat mənəvi zərərin əvəzi tutulmalıdır. İddiaçılar iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adından iddiaçı X8 adına sonradan rəsmiləşdirilməsinə dair tərtib olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq avtomobilin dəyəri kimi ödənilmiş 20.000 manat, avtomobilə təmir üçün xərclənmiş 5.000 manat və mənəvi zərərin əvəzi olaraq 10.000 manat, ümumilikdə 35.000 manat pul məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, Cavabdeh2 mübahisəli avtomobili almaq üçün verilmiş 20000 manat məbləğində pulun yarısını İddiaçı2 vermişdir. Cavabdeh1 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, o pul verib mübahisəli avtomobili almış, təmir etdirərək 20000 manata Cavabdeh2 satmışdır. O, iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, mübahisəli avtomobili Cavabdeh1 almış, həmin avtomobili İddiaçı2 sataraq 20000 manat məbləğində pul almışdır. O, iddiaya etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 nömrəli 24.07.2019-cu il tarixli qətnaməsinə əsasən “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən Nizami rayon İcra və Probasiya şöbəsi, “X6” MMC və Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” 21.12.2018-ci il tarixli, 353 nömrəli Protokol, "xxxx" MMC tərəfindən verilmiş QR-1697 saylı, 30.10.2018-ci il tarixli Qiymətləndirmə rəyi etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyanın 2(103)-497/2020 nömrəli 10.02.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbləri təmin edilməsi, “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən Nizami rayon İcra və Probasiya şöbəsi, “X6” MMC və Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” 21.12.2018-ci il tarixli, 353 nömrəli Protokol, "xxxx" MMC tərəfindən verilmiş QR-1697 saylı, 30.10.2018-ci il tarixli Qiymətləndirmə rəyi etibarsız hesab edilsin. “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobil təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil olunması qət edilmişdir. Həmin qətnaməyə əsasən müəyyən edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı, 21.07.2016-cı il tarixli Qətnaməsinin və bu Qətnaməyə uyğun olaraq verimiş icra vərəqəsinin surətlərinə əsasən 25 yanvar 2013-cü il tarixli 1312 XZAK nömrəli kredit müqaviləsi üzrə 24.308 ABŞ dolları əsas borc, 7.698 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.006 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X13, X11, X3 və X4 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın X10 məxsus olan və banka ipoteka qoyulmuş 10 NB 280i/o dövlət qeydiyyat nişanlı, "GMC TERRAİN" minik markalı, Universal tipli, 2010-cu il buraxılışlı, 2CTFLJEYA6404664 ban nömrəli, qara rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına X7 "xxxx" ASC-nə olan borcun ödnilməsi qət edilmişdir. "xxxx" MMC-nin 30.10.2018-ci il tarixli, QXM/1697 nömrəli qiymətləndirmə rəyinə əsasən X7 mülkiyyətində olan ** NB *** dövlət qeydiyyat nişanlı, "GMC Terrain" minik markalı nəqliyyat vasitəsinin bazar dəyəri 8.800 (səkkiz min səkkiz yüz) manat təşkil edir. "X6" MMC-nin açıq hərracın yekunları barədə 353 nömrəli, 21 dekabr 2018-ci il tarixli protokolunun surətinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı, 21.07.2016-cı il tarixli icra vərəqəsinin və Nizami rayon İcra şöbəsinin 19.11.2018-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmış və X7 mülkiyyətində olan ** NB *** dövlət qeydiyyat nişanlı, "Gmc Terrain" minik markalı nəqliyyat vasitəsi 8.888 manata Cavabdeh1 satılmışdır. "xxxx" MMC-nin 29 may 2019-cu il tarixli, ƏEM/M 83- 623/19 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, ** NB *** dövlət qeydiyyat nişanlı, "GMC TERRAİN" minik markalı avtomobilin 2018-ci ilin oktyabr ayı üçün orta bazar qiyməti 25.000 manat təşkil edir. İş materiallarında olan AD 794441 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RZ-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “GMC TERRAİN” minik markalı avtomobilin sahibi İddiaçı1dur. Şəhadətnamənin verilmə tarixi 07.05.2020-ci il tarixidir. İş materiallarında olan Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında 05.02.2020-ci il tarixli ƏN-Vİİ seriyalı 103512 nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 AD 389867 nömrəli 22.01.2019-cu il tarixl qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus **-RZ-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “GMC TERRAİN” minik markalı avtomobilini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. Etibarnamə 1 il müddətinə 05.02.2021-ci il tarixədək qüvvədədir. İş materiallarında olan Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında 21.02.2021-ci il tarixli ƏN-Vİİ seriyalı 143120 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 05.02.2020-ci il tarixli etibarnamə üzrə, Cavabdeh1 AD 389867 nömrəli 22.01.2019-cu il tarixl qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus **-RZ-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “GMC TERRAİN” minik markalı avtomobilini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir. Etibarnamə 1 il müddətinə 05.02.2021-ci il tarixədək qüvvədədir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon icra şöbəsinin 24.11.2021-ci il tarixli 17/71_11E/8260 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-394/2016 saylı, 21.07.2016-cı il tarixli icra vərəqəsinə əsasən, 25.01.2013-cü il tarixli 1312 XZAK nömrəli kredit müqaviləsi üzrə 32.006,00 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) borc və 30 manat dövlət rüsumu X13, X11, X5 və X4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması və tutumanm X10 məxsus olan və banka ipoteka qoyulmuş ** NB *** i/o dövlət qeydiyyat nişanlı, "GMC TERRAİN" minik markalı, Universal tipli, 2010-cu il buraxılışlı, 2CTFLJEYA6404664 ban nömrəli, qara rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına X7 "xxxx" ASC-yə olan borcunun ödənilməsi qərara alınmışdır. X2 məxsus olan "GMC TERRAİN" minik markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən 21.12.2018-ci il tarixli protokolla qalib alıcı Cavabdeh1 satılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2020 saylı 10.02.2020-ci il tarixli icra vərəqəsinə əsasən "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə 21.12.2018-ci il tarixli, 353 nömrəli protokol etibarsız hesab edilmişdir, "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobil təkrar qiymətləndirilərək hərracın keçirilməsi yenidən təşkil olunmalı olduğu qərara almışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti borclular "xxxx" MMC-dən, "X6” MMC-dən və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Əmlak Ekspert Mərkəzi MMC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat dövlət rüsumu Qiymətləndirmə Xidməti Mərkəzi 2” MMC-dən, “X6” MMC-dən və "xxxx" ASC-dən müştərək qaydada tutularaq iddiaçı X10 ödənilməlidir. İcra zamanı X13 şöbəyə ərizə ilə müraciət edərək eyni ban nömrəli (2CTFLJEYA6404664), rəngi qara və buraxılış ili 2010 olan "GMC TERRAİN" markalı nəqliyyat vasitəsi, dövlət qeydiyyat nömrəsini **-RZ-*** dəyişərək İddiaçı1 mülkiyyətində olduğunu bildirərək nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq hazırda Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi ev 29, mənzil 89 qeydiyyatda olan İddiaçı1 məxsus "GMC TERRAİN" markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-34/2021 saylı 25.01.2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. İş üzrə borclu X7 borcu tam ödənilmədiyi, həmçinin, “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil icra şöbəsinə təqdim edilmədiyi üçün hər iki icra işi üzrə icraat davam etdirilir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 nömrəli 25.01.2021-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 10.02.2020-ci il tarixli, 2(103)- 497/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 mülkiyyətində olan 2010-cu il buraxılışlı, qara rəngli, “GMC TERRAİN” markalı, 2CTFLJEYA6404664 ban nömrəli, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyanın 8(103)-160/2021 nömrəli 05.05.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbini “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adından iddiaçı X8 adına sonradan rəsmiləşdirilməsinə dair tərtib olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində araşdıraraq hesab edir ki, sözügedən nəqliyyat vasitəsinin alqı-satqısının əsasını təşkil edən müqavilə məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Dəlillərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddia tələbini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq avtomobilin dəyəri kimi ödənilmiş 20.000 manat məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092.1-ci maddəsi). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM 1092.3-cü maddəsi). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan, səlahiyyəti olmadığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli avtomobili sataraq sonuncuların hesabına 20000 manat məbləğində əsassız varlanmışdır. İddiaçıların izahatlarına əsasən müəyyən edilir ki, avtomobilə görə verilmiş 20000 manat vəsaitin yarısı İddiaçı1 və yarısı isə İddiaçı2 məxsusdur. Odur ki, Cavabdeh2 heç bir qanuni əsas olmadan mənimsədiyi 20000 manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Məhkəmə Cavabdeh1 münasibətdə qeyd edir ki, Cavabdeh1 iddiaçıların hesabına əsassız varlandığı halı məhkəmə iclasında müəyyən edilmədiyindən iddia ona qarşı yönəldilmiş hissədə təmin edilməməlidir. Məhkəmə iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilə təmir üçün xərclənmiş 5.000 manat məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən qeyd edilən tələb barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq, 10000 (on min) manat İddiaçı1, 10000 (on min) manat İddiaçı2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7535/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7535/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver