Məhkəmə qərarları › İş №2(011)-757/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-757/2023

16.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-757/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 390 manat dəyərində iddiaçının avtomobilinə dəymiş maddi zərərin əvəzi, avtomobil servisində qüsur aktının tərtib edilməsi üçün ödədiyi 50 manat, hüquqi xidmətin göstərilməsi üçün ödədiyi 126 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə 596 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 90ZA007 dövlət qeydiyyat nişanlı “Toyota Rav4” minik üniversal markalı avtomobil iddiaçının mülkiyyətindədir. Həmin avtomobili etibarnamə əsasında oğlu Nümayəndə idarə edirdi. xx.xx.2022-ci il tarixində oğlu Nümayəndə iddiaçıya məxsus “Toyota Rav4” minik üniversal markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə hərəkətdə olarkən arxadan gələn Cavabdeh idarə etdiyi ** FX *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” yük markalı avtomobil arxadan vurmuşdur. Hadisə zamanı xəsarət alan və ya yaralanan olmasa da avtomobilinə maddi ziyan dəymişdir. DYP əməkdaşları hadisə ilə bağlı avtomobilə baxıldı və cavabdeh X2 İPX ******* saylı İnzibati Xəta haqqında Protokol və TP ******* saylı Qərar qəbul etdilər. Göstərilən yol nəqliyyatı hadisəsi “Ford Transit” yük markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh AR İXM-nin müvafiq maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları aleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol hərkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri DYP-nin əməkdaşları tərəfindən tanınmışdır. Yol-nəqliyyatı hadisəsi nəticəsində iddiaçının avtomobilinə 390 manat maddi ziyan dəymişdir. Əlavə olaraq də iddiaçı tərəfindən avtomobil üçün servisdə qüsur aktı tərtib edilməsi üçün 50 maant rüsum ödənilmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə dəfələrlə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 50-70 manat olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli TP5317883 nömrəli “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları aleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar olan digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 19:00-da Nərimanov rayonu Xətai prospekti ərazisində “Ford Transit yük” markalı 77FX085 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərəd tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş iş kartına əsasən “Toyota Rav4” markalı 90ZA007 dövlət qeydiyyat nişanlı avtomobilin qüsur aktının tərtib edilməsi üçün ödənilmiş xidmət haqqı 50 manat təşkil etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı X1 126 manat məbləğində vəkil haqqnı ödəmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərətib edilmiş xx.xx.2022-ci il tarixli “İlkin qiymətləndirmə Akt”ından görünür ki, iddiaçı məxsus “Toyota Rav 4” markalı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan vəsaitinin məbləği 390 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 05/01-250 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyatı hadisəsi nəticəsində İddiaçı məxsus “Toyota RAV4” markalı **-ZA-*** dövlət qeydiyyat nişanllı avtomobilə dəymiş zərərə görə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən avtomobilə 390 manat məbləğində ziyan dəymişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı əmlakına 440 (390+50=440) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh ərizə ilə müraciət edərək İddiaçı məxsus avtomobilə dəymiş ziyanın məbləği 50-70 manat məbləğində olduğunu iddia etsə də, cavabdeh bununla bağlı dəlilini məhkəməyə son məhkəmə iclasında təqdim etmiş, qeyd edilən dəlili təsdiq edəcək hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia avtomobilə dəymiş 390 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddiaya ödənilmiş hüquqi xidmət haqqının əvəzi olaraq 126 manat və dövlət rüsumun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin ödənilməsi ilə məqsədi ilə iddiaçıya məhkəmədə iddia qaldırması ilə əlaqədar hüquqi yardıma görə haqqın və dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçıya vurulmuş maddi zərərin məbləğinin cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının hüquqi xidmət haqqının və dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş hüquqi xidmət haqqı və dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 440 (dörd yüz qırx manat) manat, hüquqi xidmət haqqının əvəzi olaraq 126 (yüz iyirmi altı) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar