Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7572/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı Cavabdeh ilə 4 oktyabr 2017-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur.
2. İlk vaxtlarda ailə münasibətləri normal olsa da, bir müddət sonra cavabdehlə münasibətləri kəskin pisləşmişdir. Bu səbəbdən ilkin olaraq 2019-cu ildə aliment tələbi ilə İddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin məhkəmənin 2(011)- 4478/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, birgə nikahdan anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin cavabdehdən hər ay onun aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bu məbləğ isə sabit olmadığı üçün getdikcə azalmışdır və hazırda 172 manat təşkil edir.
3. 2021-ci ildə nikahın pozulması tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət olunmuş 2(011)-337/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, daha sonra 16 mart 2021-ci il taixdə 135 nömrəli nikahın pozulması haqqında şəhadətnamə alınmışdır.
4. Birgə nikahdan olan X2 rayonu, Mərdəkan qəsəbəsi, Hacı Muradov küçəsində yerləşən "Şirin bəbələr" Uşaq Bağçasında məkətəbəqədər təhsil alır. Bağçanın 160 manat təhsil haqqı ödənişi də İddiaçı tərəfindən qarşılanır.
5. Həmçinin iddiaçıya Bakı 6 saylı Mediasiya Təşkilatı xx.xx.2023-cü il tarixli, № MSB/6- 0432 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuş və iddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. İddiaçının tələbi:
6. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, 220 manat müəyyən edilməsi və həmin pul vəsaitinin iddia ərizəsi verildiyi gündən Cavabdeh hər ay tutularaq İddiaçı verilməsi barədə, X3 təhsil haqqı ödənişi olan 160 manat məbləğin Cavabdeh hər ay tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
7. İddiaçı tərəfindən məhkəməyə verilmiş xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən, alimentin formasının dəyişdirilərək cavabdehdən hər ay birgə nikahdan olan uşağın saxlanılması üçün 220 manat məbləğində sabit pul məbləğinin tutulmasını və digər tələblərin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:
8. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, Cavabdeh birgə nikahdan doğulmuş uşağın saxlanması üçün hər ay 220 manat məbləğində aliment ödəməyə etiraz etmir.
İşdə iştirak edən şəxslərin izahatları:
9. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və əvvəlki alimentin dəyişdirilərək 220 manat sabit pul məbləğində alimentin təyin olunmasını istəyir, eyni zamanda, uşaq bağçaya gedir, buna görə də aylıq 300 manat ödəyir bu səbəbdən cavabdehdən əlavə aylıq 160 manat alimentin tutulmasını xahiş etmişdir. Bundan başqa iddiaçı qeyd etmişdir ki, aralarında olan məsələ mediasiyada həll oluna bilərdi, lakin cavabdeh buna razı olmadı, ona görə onun tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq özünə ödənilməsini xahiş edir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, 220 manat alimentin ödənilməsinə etiraz etmir. Lakin uşağın özəl bağçaya getməsinə görə 160 manat aliment tələbinə etiraz edir, ödənişsiz dövlət bağcaları var, uşaq ora da gedə bilər. Bundan başqa Mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin ondan tutulmasına etiraz edir. Hazırda onun vəzifəsi aşağı düşdüyü üçün maaşı da aşağı düşmüşdür, həmçinin ödəməli olduğu kredit borcları var. Buna görə də maddi imkanı çatmır.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar
11. AZ-İV № 254913 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2019cu il tarixində doğulmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır.
12. AZ-İ № 379661 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh və İddiaçı arasında olan nikaha xx.xx.2021-ci ildə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli,135 № ilə qeyd edilmişdir.
13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 9 avqust 2019-cu il tarixli 2(011)-4478/2019 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
14. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 9 fevral 2021-ci il tarixli 2(011)-337/2021 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən 04 oktyabr 2017-ci il tarixli, 2860 saylı akt qeydli nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün İddiaçı yanında saxlanması qət edilmişdir.
15. X5 tərəfindən verilmiş RA230901 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən, X4 həqiqətən də "Şirin bəbələr" Tədris Mərkəzində hazırlıq kurslarında iştirak edir və kurslara görə hər ay valideyni tərəfindən 160 manat ödənilir.
16. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, aliment məbləğinin artırılması tələbinə dair mediasiya sessiyasında Cavabdeh və İddiaçı iştirak etmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. 17.İş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli kredit hesabatına əsasən, Cavabdeh aktiv kreditlərinin cəmi qalıq məbləği 4 kredit üzrə 11,852.14 manat, cəmi aylıq ödəniş məbləği 482.53 manatdır.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
19. xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiya:
3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
20. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:
8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
25. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
30. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 9 avqust 2019-cu il tarixli 2(011)-4478/2019 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir (§13). Qətnamədən də göründüyü kimi, alimentin ödənilmə forması hazırki iddia tələbində qeyd edilən formadan fərqli müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin tutulması qaydası dəyişdirilməsi hissəsində əsaslıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdehin əmək haqqı və digər gəlirlərinin miqdarı azalmış, bu da alimentin miqdarının azalmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, alimentin forması müəyyən edilərkən iddiaçının tələbi və uşağın ən üstün maraqları mühüm əhəmiyyət kəsb edir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§21). Qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.
32. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (§28)
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§22).
33. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§19). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə (§20)), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.
34. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 9 avqust 2019-cu il tarixli 2(011)-4478/2019 nömrəli qətnaməsinə əsasən, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin İddiaçı xeyrinə tutulması qaydası dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
35. Məhkəmə iddia tələbinin X3 təhsil haqqı ödənişi olan 160 manat məbləğin Cavabdeh hər ay tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi arayışda (§15) müəssisənin möhürü mövcud deyil, bu səbəbdən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Qeyd edilənə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
36. Məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında məhkəmələrə izah edilmişdir ki , məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. (§28)
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq (MPM-in 112.1.3-cü maddəsinə əsasən (220-172=48 48x12=576), yəni 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
38. Məhkəmə iddia tələbini Cavabdeh 50 manat mediasiya xərci tutulması hissəsində əsaslı hesab edir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4478/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin.
3. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın.
4. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin.
5. Cavabdeh 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin.
6. İddia qalan hissədə təmin edilməsin.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova