Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7592/2025 13.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “Mitsubishi Outtlander” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi zərərə görə 1300 manat məbləğində pulun və ödənilmiş 35 manat dövlət rüsümunun Cavabdeh tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 15:15-də Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ilə M.Hadi küçəsinin kəsişməsində “VGV U75 Plus” minik markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcının keçmə qaydalarını pozması ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Mitsubishi Outtlander” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomaşına zərər dəymişdir. Qiymətləndirmə zamanı məlum olmuşdur ki, cavabdeh ona məxsus olan “Mitsubishi Outtlander” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1300 manat məbləğində maddi zərər vurmuşdur. Hesab edir ki, avtomobilin təmir üçün çəkilmiş xərcləri ödəmək Cavabdeh üzərinə düşür. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin faktiki halları: Cavabdeh xx.xx.2025-ci il tarixdə “VGV U75 Plus” minik markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə cavabdehin nəqliyyat vasitəsi ilə İddiaçı mülkiyyətində olan “Mitsubishi Outtlander” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur və “Mitsubishi Outtlander” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisə baş verən zaman Cavabdeh barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən İddiaçı məxsus “Mitsubishi Outtlander” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilkdə 1300 manat dəyərində zərər dəymişdir. İş materiallarında olan Atəşgah Sığorta Şirkəti ASC-nin xx.xx.2026-cı il tarixli məktubuna əsasən xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər dəymiş ** HM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə "xxxx" Sığorta Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi qüvvədə olmuşdur. Hadisənin baş verməsində təqsirli olan şəxs tərəfindən idarə edilən ** YJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə isə qüvvədə olan “Mülki məsuliyyətin icbari sığortası” müqaviləsi mövcud olmamışdır. Bu səbəbdən, mövcud iş üzrə “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydalarının tətbiqi mümkün olmamışdır. Qeyd edilən qaydaların 3.0-cı maddəsinə əsasən, aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: 3.0.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 3.0.2, yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Göründüyü kimi, zərərçəkən zərərin əvəzinin ödənilməsini yalnız hadisədə iştirak edən nəqliyyat vasitələri üzrə qüvvədə olan icbari sığorta müqaviləsi mövcud olduqda öz sığortaçısından tələb edə bilər Baxılan halda isə, zərərvuran nəqliyyat vasitəsi üzrə icbari sığorta müqaviləsi mövcud olmadığından, sığorta şirkəti tərəfindən zərərin qiymətləndirilməsi aparılmamış və sığorta ödənişi həyata keçirilməmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən “Mitsubishi Outtlander” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dal sağ tərəfinin zədələndiyi müəyyən edilir. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli qiymətləndirmə rəyinə əsasən “Mitsubishi Outtlander” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktında qeyd edilən dəymiş zərər və dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin və dəyişdirilməli olan ehtiyat hissələrin bazar qiyməti 1000 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixində, saat 15:15 radələrində Neapol küçəsi ilə Məhəmməd Hadi küçəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş vermişdir. Mülki iş materiallarına əsasən, Cavabdeh məxsus “VGV U75 Plus” minik markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı məxsus “Mitsubishi Outtlander” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticə etibarı ilə sonuncunun avtomobilinə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsinin Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsi tərtib edilmiş protokol əsasında öz təstiqini tapmışdır. Belə olan halda İddiaçı avtomobilinə dəymiş ziyanın qarşılanması Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə avtomobilə dəymiş ziyanın məbləğinə dair qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən İddiaçı məxsus “Mitsubishi Outtlander” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilkdə 1300 manat dəyərində zərər dəymişdir. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş qiymətləndirmə tədqiqatına əsasən isə dəymiş zərər və dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin və dəyişdirilməli olan ehtiyat hissələrin bazar qiyməti 1000 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın məbləği 1000 manat kimi qəbul edilməli və Cavabdeh İddiaçı xeyrinə 1000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə xərcləri: İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edildiyini görə, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq dövlət rüsumu və qiymətləndirmə tədqiqatına görə xdmət haqqı cavabdehə aid edilsin. Belə olan halda ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat mələğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya, qiymətləndirmə tədqiqatına görə 200 manat pul vəsaiti cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurduğu maddi ziyanın əvəzi olaraq 1000 (min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə tədqiqatına görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7592/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7592/2025
13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver