Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-76/2023 06.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “sığorta şirkəti tərəfindən 750 manat az köçürülən məbləğin cavabdeh şəxsdən alınıb ona verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək sığorta şirkəti tərəfindən 750 manat az köçürülən məbləğin cavabdeh şəxsdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə ona məxsus **-DH-*** nömrəli dövlət qeydiyyat nişanlı “Hundai Equus” markalı avtomobili ilə işıqforun qırmızı işığında dayandığı halda arxadan gələn **-UY-*** nömrəli dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı avtomobil onun avtomobilini və sağ tərəfində dayanan “Opel” markalı avtomobili arxa hissəsindən vurmuş və qəza baş vermişdir. Hadisə yerinə X1 əməkdaşları və Dövlət Sığorta Şikətinin əməkdaşları gəlmişlər. Hadisə yerinə baxış keçirildikdən sonra X1 əməkdaşının göstərişi ilə o, avtomobilini evakuatorla servisə göndərmişdir. xx.xx.2022-ci il tarixdə isə Dövlət Sığorta Şirkətinin təyin etdiyi servisə avtomobilini aparmışdır. Servisdə avtomobilnə baxış keçirildikdən sonra Dövlət Sığorta Şirkəti tərəfindən avtomobilinə dəyən zərər 4800 manat məbləğində qiymətləndirilmişdir. Qəzada 2 avtomobilə ziyan dəydiyinə görə ona 4050 manat məbləğ ayrılmışdır. Geridə qalan 750 nanat məbləği sığorta şirkəti bildirmişdir ki, zərərin qalan hissəsini Cavabdeh ödəməlidir. Yazılı və şifahi deməyinə baxmayaraq dəyən 750 manat maddi ziyan ona ödənilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli Hyundai Equus markalı 10DH099 dövlət qeydiyyat nişanlı maşına Dəymiş zərərin hesabatından görünür ki, ümumi zərər 4800 manatdır. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 4047,50 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış məktubdan görünür ki, avto qəza nəticəsində avtomobilinə sığorta şirkəti tərəfindən 4800 manat ziyan dəyməsi qərarı alınmışdır. Qəza nəticəsində onun avtomobilindən əlavə 2 avtomobilə maddi ziyan dəymişdir. Dəyən zərərin kompensasiyası maksimum 5000 manat olduğuna görə propasiya nəticəsində onun avtomobilinə 4050 manat, digər avtomobilə 950 manat pul ayrılmışdır. Dəyən ziyan tam ödənilməsi üçün onun 750 manat az ödənilən məbləği ona ödəməyi sığorta şirkəti tərəfindən bildirilmişdir. 1 aydan çox müddət keçməsinə baxmayaraq üzərinə düşən 750 manat məbləği ona ödəməmişdir. 5 gün ərzində üzərinə düşən 750 manatı ödəməyi, əks halda hüquqi müstəvidə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Nəqliyyat vasitələrinin zədələnməsi barədə 028123 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:00-da Gəncə prospektində baş vermiş yol nəqliyyat hadisəsində Ford markalı, 99UY174 qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi, Opel markalı, 90OY648 qeydiyyat nişanlı avtomobilin arxa hissəsi, Hyundai markalı 10DH099 qeydiyyat nişanlı avtomobilin arxa hissəsi zədələnmişdir. Xətai DYPŞ-nin İXP ******* saylı xx.xx.2022-cİ il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Ford Focus minik markalı 99UY174 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Xətai RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 18:00 da Ford Focus minik markalı 99UY174 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 9/6316-8/2358 saylı ekspert rəyindən görünür ki, “İdeal Motors” tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Equus” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3879 manat müəyyən edilir. Tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən, sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Ford Focus minik” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən İddiaçı məxsus “Hyundai Equus” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Cavabdehə məxsus avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalı olduğundan, sığorta şirkəti tərəfindən dəymiş zərər görə iddiaçıya 4047,50 manat məbləğində sığorta ödənişi edilmişdir. Lakin, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının avtomobilinə daha az, yəni 3879 manat məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər sığorta şirkəti tərəfindən artıqlaması ilə ödənildiyindən, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan və buna görə də rədd edilməli olduğundan, məhkəmə xərci isə iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı sığorta şirkəti tərəfindən 750 manat az köçürülən məbləğin cavabdeh şəxsdən alınıb ona ödənilməsi barədə iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-76/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-76/2023
06.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver