Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7653/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Bakı şəhəri 36 saylı Notariat Ofisi və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Cavabdeh2 ASC-nin xeyrinə 2096 manat 27 qəpik tutulması ilə bağlı Bakı şəhəri 36 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən aparılmış 16 iyul 2021-ci il tarixli, 8İ-2673 nömrəli icra qeydinin ləğv olunmasına və məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlər kimi Bakı şəhəri 36 saylı Notariat Ofisi və Cavabdeh2 ASC göstərilmişdir, iddia tələbi isə icra qeydinin ləğv olunması barədədir. Bununla belə iddia tələbinin cavabdehlərdən hər birinə qarşı yönələn tələbin nədən ibarət olması iddia ərizəsindən müəyyən olunmur. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən eyni iddia tələbi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixində də müraciət edilmiş, həmin iddia ərizəsi də qeyd edilən forma və məzmun tələblərinə riayət edilmədən verildiyi üçün Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-7178/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə eyni əsaslarla geri qaytarılmış, iddiaçı isə qərardadda göstərilən nöqsanları aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bir neçə cavabdehə verildiyindən və onların hər birinə qarşı yönələn tələbin nədən ibarət olması göstərilmədiyindən, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun deyildir və ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər. (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Bakı şəhəri 36 saylı Notariat Ofisi və Cavabdeh2 ASC-yə qarşı “ondan Cavabdeh2 ASC-nin xeyrinə 2096 manat 27 qəpik tutulması ilə bağlı Bakı şəhəri 36 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən aparılmış 16 iyul 2021-ci il tarixli, 8İ-2673 nömrəli icra qeydinin ləğv olunmasına və məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi” tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7653/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7653/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver