Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7699/2021 14.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında 21 saylı Notariat Ofisində bağlanmış 23 aprel 2020-ci il tarixli 3M-312 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin və Cavabdeh2 ilə aralarında 50 saylı Notariat Ofisində bağlanmış 27 sentyabr 2019-cu il tarixli 3M-982 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nəzakət X1 ilə ona məxsus mənzili 110.000 manata almağa razılaşmışlar. İddiaçının həmin vaxt cəmi 55.000 manat pulu olduğundan, qalıq pulu 1 il müddətinə tam şəkildə X2 ödəməli olmuşdur. Lakin maddi durum və s. səbəblərdən iddiaçı qalıq məbləği ödəyə bilmədiyindən X6 Rayon Məhkəməsinə müraciət edərək aralarındakı alğı-satqı müqaviləsinin və mənzilin çıxarışının ləğv edilməsinə nail olmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Mülayim İmanova iddiaçıya 55.000 manat pul qaytarmalı olmuş, lakin o, iddiaçıya evini satacağını və satdıqdan sonra pulunu qaytaracağını bildirmişdir. Həmin vaxt o, iddiaçıdan evin satılmasına kömək etməsini istəmiş, iddiaçı alğı-satqı ofisinə yaxınlaşıb mənzilin satılmasına köməklik edilməsini xahiş etmişdir. Sonradan Elxan adlı vasitəçi bir neçə alıcı gətirmiş, mənzilə baxmaq istədiklərini bildirmişdir. Bundan sonra Cavabdeh1 həyat yoldaşı Mamed mənzili almaq istədiyi barədə qərarı olduğunu bildirmiş, Mülayimin mənzili alğı-satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirənə qədər verdiyi pul məbləğini notariat ofisində rəsmiləşdirməyi təklif etmişdir. İddiaçı bu barədə Mülayimə məlumat vermiş, alacağı pulun ilk hissəsinin Mülayim tərəfindən ona verilməli 55.000 manat puldan çıxaraq özünə götürəcəyi barədə onun razılaşmışdır. Cavabdeh1 həyat yoldaşı Mamed hissə-hissə olmaqla iddiaçıya cəmi 49.000 manat pul vermişdir. Sonradan Mamed iddiaçıya ona verdiyi pulun həyat yoldaşının qardaşına və yoldaşına məxsus pul olmasını bildirmiş, bu səbəbdən də həmin pula dair həyat yoldaşı Vüsalə ilə borc müqaviləsi bağlamasını xahiş etmişdir. 21 saylı Notariat Ofisində Mamed həyat yoldaşı Cavabdeh1 və qardaşına məxsus puldan ümumilikdə 8.000 manat xərclədiyini və bunu Vüsalənin bilmədiyini deyərək borc müqaviləsini 57.000 manat kimi rəsmiləşdirməyi təklif etmiş, sonradan həmin 8.000 manatı verəcəyini bildirmişdir. 21 saylı Notariat Ofisində iddiaçı heç bir pul vəsaiti almasa da, onlar arasında sənədləşmə aparılmış və kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh1 arasında 23 aprel 2020-ci ildə 21 saylı Notariat Ofisində bağlanmış kredit müqaviləsi əhəmiyyətsiz əqddir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 57.000 manat və ödənilmiş 291 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 İddiaçı onun xahişi ilə 57.000 manat pul vermişdir. Cavabdeh həmin pulu qısa zaman ərzində, 2 ayadək müddətə qaytarmağı öhdəsinə götürmüşdür. Pulu qaytara bilməyəcəyi təqdirdə İddiaçıya Nizami rayonu, R.Rüstəmov küçəsi, 26 saylı evin 88 saylı mənzilini verəcəyini bildirmişdir. Onların arasında 23 aprel 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Razılaşdırılmış zaman bitdikdən sonra iddiaçı pulu dəfələrlə tələb etsə də, cavabdeh pulu qaytaracağını, qaytarmadığı təqdirdə evi ona verəcəyini bildirmişdir. Lakin cavabdeh nə pulu qaytarmış, nə də hər hansı əmlakı iddiaçıya vermişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, onun vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, ilkin iddia tələbinə isə etiraz edərək, onun rədd olunmasını xahiş etdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 21 saylı Notariat Ofisinə və X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin olunmalıdır. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh2 aid hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı tərəfin verdiyi izahatlarda müqavilənin kredit müqaviləsi olmasına baxmayaraq, əslində beh müqaviləsi olmasına və qanunvericiliyin tələblərinə əsasən etibarsız hesab edilməli olmasına istinad edilmişdir. İddiaçı tərəfin hazırkı dəlilinə münasibətdə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı sözügedən müqavilənin pərdələnmiş əqd olması ilə bağlı hər hansı sübut aşkar olunmadığından, iddiaçı tərəfin də təqdim etdiyi sübutlar yalnızca verdiyi ifadələrlə məhdudlaşdığından məhkəmə hazırkı iddianın təmin olunmasını ağlabatan hesab etmir. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər bir-birlərini ev alğı-satqısı əsnasında tanımışlar. Daha sonradan iddiaçının həmin evi satmaq üçün qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin olmaması və evin üzərində həbsin olması aşkarlandığından tərəflər aralarındakı pul haqq-hesabının tənzimlənməsi üçün 50 saylı saylı Notariat Kontorunda kredit müqaviləsi bağlamışlar. Məhkəmə araşdırması zamanı izahat vermiş iddiaçı özü 49.000 manat pulun aldığını etiraf etmişdir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə uyğun olaraq, Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yuxarıda istinad edilənlərə əsasən məhkəmə etibarsızlıqla bağlı normaları hazırkı mübahisəyə tətbiq etməklə hesab edir ki, müqavilənni etibarsız sayılması üçün hər hansı bir əsaslı səbəb yoxdur. Odur ki, ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 23 aprel 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 İddiaçı 57.000 manat məbləğində borc vermiş, borcalan krediti 23 aprel 2021-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Qanunvericiliyin tələblərinə əsasən müqavilə tərəfləri öz üzərlərinə müəyyən öhdəlikləri yerinə yetirməyi götürmüşlər. Hazırkı mübahisənin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı pulu götürmüş, lakin geri qaytarmamışdır. İddiaçı 49.000 manat pulu götürdüyü halda hansı səbəblərdən 57.000 manatla bağlı kredit müqaviləsinə imza etməklə rasmiləşdirməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən məhkəmə hazırkı iddianı tam təmin etməyi qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı 57.000 manat pul vəsaiti alınaraq iddiaçı Cavabdeh1 verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 10 manat dövlət rüsumu, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə 291 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələyə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edildiyindən, ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir, qarşılıqlı iddia tələbi təmin edildiyindən, İddiaçı 291 manat dövlət rüsumu alınaraq Cavabdeh1 ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - Cavabdeh1 ilə aralarında 21 saylı Notariat Ofisində bağlanmış 23 aprel 2020-ci il tarixli 3M-312 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin və Cavabdeh2 ilə aralarında 50 saylı Notariat Ofisində bağlanmış 27 sentyabr 2019-cu il tarixli 3M-982 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı 57.000 (əlli yeddi min) manat pul vəsaiti və 291 (iki yüz doxsan bir) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh1 ödənilsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7699/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7699/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver