Məhkəmə qərarları › İş №2(011)-7719/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7719/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7719/2021 28.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 485.95 manat, faiz borcu 3.36 manat, cərimə borcu 7.59 manat, dövlət rüsumu qismində ödənilmiş 20,40 manat, ümumilikdə 517.30 manat pulun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 60 ay müddətinə qaytarılmaq şərti ilə 485.95 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 17 dekabr 2019-cu il tarixli, 394-RKM-0421-19 saylı kredit müqaviləsi bağlanmışdır, Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə aylıq kredit ödənişləri razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, Kreditorun müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcalandan tələb etmək hüququ vardır, hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT "xxxx" QSC-nə 26.08.2021-ci il tarixə əsas borcu 485.95 manat, faiz borcu 3.36 manat, cərimə borcu 7.59 manat olmaqla, ümumi borcu 496.90 manat təşkil edir ki, bu borcun cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir, cavabdehə 01.04.2021-ci il tarixli, 14317/21 saylı və 06.05.2021-ci il tarixli, 14803/21 saylı pretenziya (xəbərdalıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında 17 dekabr 2019-cu il tarixli, 394-RKM-0421-19 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh BOKT "xxxx" MMC tərəfindən illik 1% olmaqla 60 ay müddətinə 485.95 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 17 dekabr 2019-cu il tarixli, 394-RKM-0421-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, BOKT "xxxx" QSC tərəfindən Cavabdeh 17.12.2019-cu il tarixdə illik 1% dərəcəsi ilə 60 ay müddətinə 485.95 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26.08.2021-ci il tarixli N MA-0022592-21 saylı maliyyə arayışından görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 394-RKM-0421-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 26.08.2021-ci il tarixə əsas borcu 485.95 manat, faiz borcu 3.36 manat, cərimə borcu 7.59 manat olmaqla, ümumi borcu 496.90 manat təşkil edir ki. İş materiallarından görünür ki, BOKT "xxxx" QSC tərəfindən borclu Cavabdeh 01.04.2021-ci il tarixdə, 14317/21 saylı və 06.05.2021-ci il tarixdə, 14803/21 saylı xəbərdarlıq məktubu göndərilməklə ondan 17 dekabr 2019-cu il tarixli, 394-RKM-0421-19 saylı kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 31.08.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin Xətai rayon Məhkəməsinə verilməsi üçün 20 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. İşmateriallarında olan 04.05.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında iddiaçı tərəfindən cavabdehə illik 1% dərəcəsi ilə 60 ay müddətinə 485.95 manat məbləğində kreditin ayrılması barədə 17 dekabr 2019-cu il tarixli, 394-RKM-0421-19 saylı kredit müqaviləsi bağlanmış, lakin cavabdeh müvafiq müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir, hazırda cavabdehin müvafiq müqavilə üzrə ödənilməmiş əsas borcu 485.95 manat, faiz borcu 3.36 manat, cərimə borcu 7.59 manat olmaqla, ümumi borcu 496.90 manat məbləğində borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borcu 485.95 manat, faiz borcu 3.36 manat, cərimə borcu 7.59 manat olmaqla, cəmi 496.90 manat alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borcu 485.95 manat, faiz borcu 3.36 manat, cərimə borcu 7.59 manat olmaqla, cəmi 496 (dörd yüz doxsan altı) manat 90 (doxsan) qəpik məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 20 (iyirmi) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar