Məhkəmə qərarları › İş №2(011)-7750/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7750/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7750/2022 29.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 466,65 manat əsas borcun, 1,12 manat faiz borcu və 6,2 manat cərimə borcu olmaqla, ümumilikdə 473,97 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 819,98 manat kredit götürmüşdür, lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır, 2022-ci il noyabr ayının 18-dək Cavabdeh banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 466,65 manat əsas, 1,12 manat faiz borcu və 6,2 manat cərimə borcu olmaqla, ümumilikdə 473,97 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditor "xxxx" İKB ASC və borcalan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərindən görünür ki, müştərinin restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə ona 5 il müddətinə illik faiz dərəcəsi 1 % olmaqla, kredit verilmişdir. Müqavilənin 4.4.1-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulu Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kreditor "xxxx" İKB ASC və borcalan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli 1-Y-3-0-709-15 saylı Kredit müqaviləsindən görünür ki, kreditin məbləği 819,98 manat, müddəti 5 il, faiz illik 1%-dir, cərimə illik 0,02%, güzəşt müddəti 1 ildir, təminat yoxdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1-Y-3-0-709-15 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu müqaviləyə görə Bank borcalana 60 ay müddətinə, 12 ay güzəşt müddəti, illik 1 faiz dərəcəsi ilə 819,98 manat kredit vəsaiti ayırmışdır. İş materiallarında olan “Maliyyə arayışı"ndan görünür ki, görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə banka 466,65 manat əsas borc, 1,12 manat faiz borcu, 6,2 manat cərimə borcu olmaqla, cəmi 473,97 manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli KBD14439 saylı məktubdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdə sürətli poçt vasitəsilə xəbərdarlıq göndərilməklə ondan kredit müqaviləsi üzrə borcunun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda gecikdirilmiş 5%-lə hesablanmış əldən çıxmış faydanın da ödənilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixi ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, kreditor "xxxx" İKB ASC və borcalan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 1-Y-3-0-709-15 saylı kredit müqaviləsi bağlanmışdır, üqaviləyə əsasən, Cavabdeh restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 5 il müddətinə illik faiz dərəcəsi 1 % olmaqla 819,98 manat kredit verilmişdir, müqaviləyə əsasən, caavbdeh ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu Banka ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, o, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilsə də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir. Hazırda cavabdehin banka olan ödənilməmiş borc məbləği xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 466,65 manat əsas, 1,12 manat faiz və 6,2 manat cərimə borcu olmaqla, ümumilikdə 473,97 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2019-cu il tarixli 1-Y-3-0-709-15 saylı kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır və iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılması barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli 1-Y-3-0-709- 15 saylı kredit müqaviləsi üzrə 466,65 manat əsas, 1,12 manat faiz və 6,2 manat cərimə borcu olmaqla, ümumilikdə 473,97 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 466,65 AZN əsas borc, 1,12 AZN faiz borcu, 6,2 AZN cərimə borcu olmaqla, cəmi 473 (dörd yüz yetmiş üç) manat 97 (doxsan yeddi) qəpik və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar