Məhkəmə qərarları › İş №2(011)-777/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-777/2022

06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-777/2022 06.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, X1 8 markalı telefon, X2 qoruyucu üzlük üçün 104,2 manat ödənilməmiş hissə, 10,8 manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A31 markalı telefon, Samsung A31 Araree A Cover qoruyucu örtük, 4D Glass Fell qoruyucu üzlük üçün 682 manat ödənilməmiş hissə, 68 manat cərimə, 27.08.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 5 markalı saat üçün 95 manat ödənilməmiş hissə, 9 manat cərimə, 31.08.2020-ci il tarixli müqaviləyə əsasən, Acer Aspire notebook üçün 359 manat ödənilməmiş hissə, 35 manat cərimə, ümumilikdə 1363 manat borc pulun və 33,63 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, X1 8 markalı telefon, X2 qoruyucu, 05.06.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A31 markalı telefon, Samsung A31 Araree A Cover qoruyucu örtük, 4D Glass Fell qoruyucu üzlük 27.08.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 5 markalı saat 31.08.2020-ci il tarixli müqaviləyə əsasən, Acer Aspire notebook almışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə 1363 manat borc yaranmışdır, müqavilələr üzrə cavabdehin ödədiyi məbləğ 1432,20 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, X1 8 markalı telefon, X2 qoruyucu üzlük müştəriyə satılmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.06.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A31 markalı telefon, Samsung A31 Araree A Cover qoruyucu örtük, 4D Glass Fell qoruyucu üzlük müştəriyə satılmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.08.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 5 markalı saat müştəriyə satılmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.08.2020-ci il tarixli müqaviləyə əsasən, Acer Aspire notebook müştəriyə satılmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.01.2020-ci il tarixli müqavilə üzrə X1 8 markalı telefon, X2 qoruyucu üzlük üçün 104,2 manat ödənilməmiş hissə, 10,8 manat cərimə, 05.06.2020-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A31 markalı telefon, Samsung A31 Araree A Cover qoruyucu örtük, 4D Glass Fell qoruyucu üzlük üçün 682 manat ödənilməmiş hissə, 68 manat cərimə, 27.08.2020-ci il tarixli müqavilə üzrə, Xiaomi Mi band 5 markalı saat üçün 95 manat ödənilməmiş hissə, 9 manat cərimə, 31.08.2020-ci il tarixli müqavilə üzrə, Acer Aspire notebook üçün 359 manat ödənilməmiş hissə, ümumilikdə ödənilməmiş borcu 1363 manat təşkil edir. İş materiallarında olan 01.01.2020-ci il tarixli, 05.06.2020-ci il, 27.08.2020-ci il 31.08.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktlarından görünür ki, X1 8 markalı telefon, X2 qoruyucu üzlük, Samsung Galaxy A31 markalı telefon, Samsung A31 Araree A Cover qoruyucu örtük, 4D Glass Fell qoruyucu üzlük, Xiaomi Mi band 5 markalı saat Acer Aspire notebook Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 23.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 33,63 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 06.11.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01.01.2020-ci il, 05.06.2020-ci il, 27.08.2020-ci il və 31.08.2020-ci il tarixlərində alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək qeyd olunmuş əşyaları alıcıya qüsursuz halda təhvil vermiş, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə onun şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu ümumilikdə 1363 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, X1 8 markalı telefon, X2 qoruyucu üzlük üçün 104,2 manat ödənilməmiş hissə, 10,8 manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A31 markalı telefon, Samsung A31 Araree A Cover qoruyucu örtük, 4D Glass Fell qoruyucu üzlük üçün 682 manat ödənilməmiş hissə, 68 manat cərimə, 27.08.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 5 markalı saat üçün 95 manat ödənilməmiş hissə, 9 manat cərimə, 31.08.2020-ci il tarixli müqaviləyə əsasən, Acer Aspire notebook üçün 359 manat ödənilməmiş hissə, 35 manat cərimə, ümumilikdə 1363 manat borc məbləği Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 33,63 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, X1 8 markalı telefon, X2 qoruyucu üzlük üçün 104,2 manat ödənilməmiş hissə, 10,8 manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A31 markalı telefon, Samsung A31 Araree A Cover qoruyucu örtük, 4D Glass Fell qoruyucu üzlük üçün 682 manat ödənilməmiş hissə, 68 manat cərimə, 27.08.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 5 markalı saat üçün 95 manat ödənilməmiş hissə, 9 manat cərimə, 31.08.2020-ci il tarixli müqaviləyə əsasən, Acer Aspire notebook üçün 359 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla, ümumilikdə 1363 (min üç yüz altmış üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 63 (altmış üç) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar