Məhkəmə qərarları › İş №2(011)-778/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-778/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-778/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Notariat ofisinə, Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Notariat ofisinə, Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehlərin nümayəndələri iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəblərlə bağlı olmasına dair məhkəməni hər hansı qaydada əvvəlcədən məlumatlandırmamışlar. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iddia tələbinə mahiyyəti üzrə baxılıb-baxılmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, tərəflər məhkəmənin baxış iclasının yeri və vaxtı haqqında prosessual qanunvericiliklə nəzərdə tutulduğu kimi lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də, tərəflər məhkəmə iclasında iştirak etməmələrinin üzrlü səbəblərlə bağlı olmasına dair məhkəməni hər hansı qaydada əvvəlcədən məlumatlandırmamışlar. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Notariat ofisinə, Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar