Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7783/2021 01.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 30.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2867.06 manat əsas borc, 252.48 manat faiz borcu, 137.25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3256.79 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi O.K.Məhərrəmov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 30.07.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətində 3500 manat kredit götürmüşdür, lakin borclu müqavilə şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır, 24.09.2021-ci ilədək Cavabdeh banka 30.07.2020ci il tarixli kredit müqaviləsi üzrə 2867.06 manat əsas borc, 252.48 manat faiz borcu, 137.25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3256.79 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda iddiaçının O.K.Məhərrəmov iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh 01.11.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında 30.07.2020-ci il tarixli 12-Y-1-0-601-20 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 36 ay müddətinə, illik 22 % hesabı ilə 3500 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 12-Y-1-0-601-20 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kreditin məbləği 3500, illik faiz 22%, müddət 36 ay, güzəşt müddəti 0 ay , aylıq annuitet 133,67 manat təşkil edir. İş materiallarında olan məxaric orderindəm görünür ki, Cavabdeh 3500 manat məbləğində pulu təhvil almışdır. İş materiallarında olan 28.09.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh 08.09.2021-ci ildə xəbərdarlıq məktubu göndərilməklə ondan 30.07.2020-ci il tarixli 12-Y-1-0-601-20 saylı kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.09.2021-ci il tarixli arayışından görünür ki Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC və Cavabdeh arasında 30.07.2020-ci il tarixli 12-Y-1-0-601-20 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən Cavabdeh bank tərəfindən illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 3500 manat məbləğində kredit vəsaiti ayrılmış, Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir. Cavabdehin hazırda banka olan ödənilməmiş borc məbləği 2867.06 manat əsas borc, 252.48 manat faiz borcu, 137.25 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3256.79 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2867.06 manat əsas borc, 252.48 manat faiz borcu, 137.25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3256.79 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 30 iyul 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 30.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2867.06 manat əsas borc, 252.48 manat faiz borcu, 137.25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3256 manat (üç min iki yüz əlli altı) manat 79 (yetmiş doqquz) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7783/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7783/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver