Məhkəmə qərarları › İş №2(011)-780/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-780/2021

18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-780/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı2 Cavabdeh Müqabil oğluna qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı1 Cavabdeh Müqabil oğluna qarşı – cavabdehdən bir ədəd elektron nəzarət vasitəsinin komplektinin dəyəri olan 1346,03 manat vəsaitin alıanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Müqabil oğluna Xətail Rayon Məhkəməsinin 7(011)-133 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası şöbəyə həvalə olunmuşdur. xx.xx.2019-cu il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) R.Ağayev məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmişdir. Həmin gün müvafiq iltizamla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd sadə elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü, bir ədəd adaptor məhkum hazırkı iş üzrə Cavabdeh Müqabil oğluna tətbiq edilərək təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 1346,03 manat dəyəri olan elektron nəzarət vasitəsi mobil qurğunu qısa qapanma nəticəsində yararsız hala salmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Cavabdeh lazımınca məsuliyyətli olmadığından bir ədəd elektron nəzarət vasitəsinin komplektini təhvil verməmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ziyan dəymişdir. Nazirliyin verdiyi məlumata görə həmin komplektin dəyəri 1346,03 manat təşkil edir. Cavabdeh Müqabil oğlu dəymiş ziyanı könüllü olaraq ödəməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri İddiaçı1 əsl İddiaçı2 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı Bakı şəhəri İddiaçı1 əsl İddiaçı2 ilə əvəz etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Müqabil oğlu məhkəmə iclasının məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 7(011)-133/2019 saylı qərarından görünür ki, Cavabdeh Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-367 saylı xx.xx.2016-cı il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 3750 manat cərimə cəzasının bu günədək ödənilməmiş qalan 2950 manat hissəsi, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası ilə əvəz edilmiş, cəzaçəkmə müddətinin əvvəli X1 cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması, Cavabdeh Müqabil oğlunun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarəti vasitəsini gəzdirək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, Cavabdeh Müqabil oğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cavabdeh Müqabil oğlu tərəfindən imza olunmuş protokoldan görünür ki, məhkuma təhkim olunmuş elektron nəzarət vasitələri: 01 ədəd “İdrak” markalı mobil qurğu, 01 ədəd mobil qurğunun enerji toplayıcı başlığı, 01 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbağ, 01 ədəd sadə elektron qolbağ üçün nəzərdə tutulmuş yükləmə qurğusu və 02 ədəd siqnal ötürücüsüdür. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cavabdeh Müqabil oğlu tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh Müqabil oğlu bu iltizamı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri İddiaçı1nə vermişdir ki, Xətai rayon Məhkəməsinin 7(011)-133 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Cavabdeh Müqabil oğluna təhkim olunmuş elektron nəzarət vasitələrini – 01 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbağ, 01 ədəd sadə elektron qolbağ üçün nəzərdə tutulmuş yükləmə qurğusu və 02 ədad siqnal ötürücüsünü qəbul etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 21/-3-1717 №-li məktubdan görünür ki, 1 ədəd biometrik məlumatların yoxlanması üçün lisenziyalar 88,26 manat, 1 ədəd ev siqnal ötürücüsü 108,32 manat, 1 ədəd mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə 1346,03 manat, 1 ədəd elektron qolbağlar 637,91 manatdır. İş materiallarında olan Elektron nəzarət dəstinin vəziyyəti haqqında Texniki Rəydən görünür ki, Cavabdeh təhkim olunmuş elektron nəzarət dəsti mobil qurğu qısa qapanma nəticəsində siradan çıxıb. Təmir olunması mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156-1.4-cü maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədibtərətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. İş materillarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin təyin olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Protokolla müəyyən edilir ki, cavabdehə tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası məqəsədilə ona mobil nəzarət qurğusu, mobil qurğunun adaptoru, mobil qurğunun enerji toplayıcı kabeli, enerji bloku, elektron qolbaq, sadə elektron qolbaq üçün nəzərdə tutulmuş yükləmə qurğusu və ev siqnal ötürücüsü təhkim olunmuş, həmin nəzarət avadanlıqlarına xidmət etmək, zədələməmək, onu üzərində saxlamaq, nəzarət avadanlıqlarını zədələdikdə dəymiş maddi zərərin ondan tutulması barədə xəbərdarlıq edilmiş, həmçinin bu barədə cavabdehə yaddaş kitabçası verilmişdir. Protokol icra məmuru Rövşən Ağayev və cavabdeh tərəfindən imzalanmışdır. Beləliklə, işin şərh edilən hallarından da göründüyü kimi cavabdeh, məhkum olunduğu azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının təmin edilməsi üçün təhkim edilmiş nəzarət avadanlıqlarının salamatlığına əməl etməyə borclu olduğu halda bunu etməməklə (qanunazidd əməl), ona verilmiş 1 ədəd elektron qolbaq qurğusunu itirməsi (təqsirli hərəkət) nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi zərər dəyməsinə səbəb olan (səbəbli əlaqə) mülki hüquq pozuntusu törətmişdir. Dəymiş zərərin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən tərtib edilmiş qiymət cədvəlinə əsasən elektron qolbağın avadanlıqları ilə birlikdə ümumi dəyəri 1346,03 manatdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bir ədəd elektron nəzarət vasitəsi komplektinin dəyəri olan 1346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pul Cavabdeh Müqabil oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar