Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7812/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X1 21.06.2019-cu il tarixli, SHKRK-0211_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 432,87 manat, faiz borcuna görə 1,55 manat, dəbbə borcuna görə 0 manat, cəmi 434,42 manat məbləğində pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə cavabdehlər Cavabdeh arasında bağlanmış 21.06.2019-cu il tarixli SHKRK-0211_KMP saylı kredit müqaviləsinə əsasən, illik 1 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 546,63 manat məbləğində cavabdehə kredit verilmişdir, həmin kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır, kredit müqaviləsinin ayrılmaz hissəsi hesab Kreditin ödəniş cədvəli əsasında, hər ayın 21dən gec olmayaraq hər ay 9,35 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir, təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 21.06.2019-cu il tarixli, SHKRK-0211_KMP saylı kredit müqaviləsinə əsasən, əsas borcu 432,87 manat, faiz borcu 1,55 manat, dəbbə borcu 0 manat olmaqla, cəmi borcu 434,42 manat təşkil edir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.06.2019-cu il tarixli SHKRK-0211_KMP saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında 5 il müddətinə illik 1 faiz olmaqla, 546,63 manat məbləğində kredit ayrılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 24.09.2021-ci il tarixli RB-02/PK-7907 saylı arayışdan görünür ki, Cavabdeh 21.06.2019-cu il tarixli, SHKRK-0211_KMP saylı müqaviləsi üzrə 21.09.2021-ci il tarixinə əsas borcu 432,87 manat, faiz borcu 1,55 manat, cərimə borcu 0 manat olmaqla, cəmi borcu 434,42 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 137***-******* saylı 21.06.2019-cu il tarixli bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh bank hesabı açılmışdır. İş materiallarından görünür ki, 25.08.2021-ci il tarixində İddiaçı ASC tərəfindən cavabdehə borcunu 3 iş günü müddətinə ödəməsi barədə bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan 27.09.2021-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh bankdan illik 1 faiz olmaqla 60 ay müddətinə 546,63 manat kredit alaraq, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti və ondan istifadəyə görə faizlərin qaytarılması, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, cavabdehin 432,87 manat əsas, 1,55 manat faiz borcu olmaqla, cəmi borcu 434,42 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 432,87 manat əsas, 1,55 manat faiz borcu olmaqla, cəmi 434,42 manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 20 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 20 manat cavabdehə aid edilməli, ondan 20 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 21.06.2019-cu il tarixli SHKRK-0211_KMP saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 432,87 manat əsas, 1,55 manat faiz borcu olmaqla, cəmi 434 (dörd yüz otuz dörd) manat 42 (qırx iki) qəpik borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 20 (iyirmi) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7812/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7812/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver