Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-783/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında 21 yanvar 2014-cü il tarixdə rəsmi bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3998/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin birgə nikahlarından doğulmuş 21 yanvar 2014-cü il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılmaqla, Cavabdeh 14 mart 2014-cü il tarixindən başlayaraq azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancından 136.60 manat stabil pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda qeyd edilən məbləğə azyaşlının xərclərinin qarşılanmasını həyata keçirə bilmir, çünki kəsilmiş aliment məbləği kifayət etmir. Beləliklə onun mövqeyi ondan ibarətdir ki, Cavabdeh əmək haqqının ¼ hissəsində aliment məbləği tutularaq yetkinlik yaşına çatmayan X1 məqsədilə ona ödənilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, 21 yanvar 2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan X1 üçün hər ay əmək haqqının ¼ hissəsində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3998/2017 saylı, 21 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, tərəfər arasında 21 yanvar 2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan övladları 01 iyul 2015-ci il təvəllüdlü X3 anasının yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən ünvan ünvanlanmış 19 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh oğu "xxxx" QSC-də işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3998/2017 saylı, 21 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən 01 iyul 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay bir uşağa görə qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin yeni qaydada tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3998/2017 saylı, 21 iyul 2017ci il tarixli qətnaməsinə əsasən 01 iyul 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay bir uşağa görə qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-783/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-783/2022
09.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver