Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7835/2021 04.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ödənilmiş pulun geri qaytanlması tələbinə dair” mülki iş üzrə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ödənilmiş pulun geri qaytanlması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 120000 manat pulun tutulaqraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında Bakı şəhəri. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi 85 ünvanda yerləşən 32,2 kv.m olan qeyri-yaşayış binasına dair 27.04.2018-ci il tarixli icarə müqaviləsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi 85 ünvanda yerləşən 32,2 kv.m olan qeyri-yaşayış binasına və 428.7 kv.m torpaq sahəsinə dair 11.06.2018-ci il tarixli 6946 saylı alqı-satqı müqaviləsi bağlanmış və onun əsasında verilmiş hüquqların döviət qeydiyyatı haqqında RX ******* seriyalı ********** nömrə ilə 05.07.2018-ci il tarixdə qeydiyyata alınmış çıxarış verilmişdir. Qeyri-yaşayış binası və 428.7 kv.m torpaq sahəsi 120.000 manata ona satılmışdır. Ödənilmiş 120.000 manat pul vəsaitinin 25% Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, 75% isə Azərbaycan Republikası Maliyyə Nazirliyinin hesabına köçürülmüşdür. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-49/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında Bakı şəiıəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi 85 ünvanda yerləşən 32,2 kv.m olan qeyri-yaşayış binasına dair bağlanmış 27.04.2018-ci il tarixli icarə müqaviləsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi 85 ünvanda yerləşən 32.2 kv.m olan qeyri-yaşayış binasına və 428.7 kv.m torpaq sahəsinə dair 11.06.2018- ci il tarixli 6946 saylı alqı-satqı müqaviləsi və onun əsasında ona verilmiş hüquqların dövlət qeydiyyatı haqqında RX ******* seriyalı ********** nömrə ilə 05.07.2018-ci il tarixdə qeydiyyata alınmış çıxarış etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5901/2021 saylı 22.07.2021-ci il tatixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-49/2021 saylı 16.02.2021-ci il tarixli g qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş və apellyasiya icraatına xitam verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi 85 ünvanda yerləşən 32,2 kv.m olan qeyri-yaşayış binası və 428.7 kv.m torpaq sahəsinə dair müqavilələr və çıxarış ləğv olunmuş, lakin ödənilmiş pul vəsaiti geri qaytarılmamışdır. Bu səbəbdən də cavabdehlərdən ödənilmiş 120.000 manat pul vəsaitini geri qaytarılması xahiş olunmuş, lakin pul məbləği cavabdehlər tərəfindən bu günə kimi qaytarılmamışdır. Bu səbəbdən də həmin pulun cavabdehlərdən alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X5 iddianı qismən qəbul edərək bilidirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi. X8 küçəsi 85 ünvanında yerləşən 32,2 kv.m qeyri-yaşayış binası və 428.7 kv.m torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən özəlləşdirilmiş, iddiaçı qeyd edilən əmlakın özəlləşdirilməsi zamanı 120.000 manat ödəmişdir. Həmin vəsaitin 25%-nin AR İqtisadiyyat Nazirliyi y anında ƏMDX-nin. qalan 75%-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına köçürülmüşdür. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçtirüliir. Qeyrivaşayış sahələrinin açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 120.000 manat vəsaitin 25 %-i AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və 75 %-i Azərbaycan Respublikası Maliyy ə Nazirliyindən geri qaytarılaraq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hebir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.02.2021ci il tarixli, 2(005)-49/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X2 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ("xxxx" ASC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “əqdin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddiası təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi 85 ünvanda yerləşən 32,2 kv.m olan qeyri-yaşayış binasına dair bağlanmış 27.04.2018ci il tarixli icarə müqaviləsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi 85 ünvanda yerləşən 32,2 kv.m olan qeyri-yaşayış binasına və 428.7 kv.m torpaq sahəsinə dair 11.06.2018-ci il tarixli 6946 saylı alqı-satqı müqaviləsi və onun əsasında İddiaçı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında RX ******* seriyalı ********** nömrə ilə 05.07.2018-ci il tarixdə qeydiyyata alınmış çıxarış etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5901/2021 saylı 22.07.2021-ci il tatixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-49/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş və apellyasiya icraatına xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanladığı 10.08.2021-ci il tarixli, **********90 saylı məktubundan göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi, 85 ünvanında yerləşən 32.2 kv.m. qeyri-yaşayış binası və 428.7 kv.m. torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı ödənilmiş 120000 manatın geri qaytarılmasına dair iddiaçının müraciətinə baxılmış, bununla əlaqədar bildirilmişdir ki, qeyd edilən əmlakların özəlləşdirilməsi ilə bağlı ödənilmiş pul vəsaitinin ona qaytarılması məhkəmə qərarında qeyd edilməmişdir. Eyni zamanda, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununun 11.1ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti döviət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Göstərilənləri nəzərə alaraq, müraciətdə qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etməsinin məqsədəuyğun olması bildirilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin İddiaçı ünvanladığı 08.09.2021-ci il tarixli, 112-2-2021-2 saylı məktubundan göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi, 85 ünvanında yerləşən 32.2 kv.m. qeyri-yaşayış binası və 428.7 kv.m. torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı ödənilmiş 120000 manatın geri qaytarılmasına dair iddiaçının müraciətinə baxılmış, bununla əlaqədar bildirilmişdir ki, sözügedən vəsaitin qaytarılması məsələsinə bununla bağlı yekun məhkəmə qərarı və Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi əsasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Ozəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə Qaydaları"nın 2-ci bəndinə əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edllmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 13-cü bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumlann ödənilməsindən əldə edilən pul vəsaiti və daxilolmalardaxil olur. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə daxil olur. Dövlət əmiakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinln ödənilməsl məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd olunan normativ hüquqi aktların tələblərindən göründüyü kimi, özəlləşdirmə nəticəsində əldə edilən pul vəsaitinin 25 faizinin Azərbaycan Respublikası Dövİət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Əmlak Məsələləri Dövlət Xidmətinin) hesabına, 75 faizinin isə dövlət büdcəsinə keçməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsində müəyyən ediimişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edilməlidir ki, iş üzrə iddiaçı iiə bağlanmış və sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmiş 11.06.2018-ci il tarixli 6946 saylı alqı-satqı müqaviləsinin digər tərəfi dövlət olmuş, qanunvericiliyin təiəblərinə əsasən həmin əqddən əldə olunən vəsaitin 75 faizi dövlət büdcəsinə köçürülmüşdür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respubiikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxsiər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respubiikasının səlahiyyətlərini onun hüquqi şəxsiər olmayan orqanları həyata keçirirlər. Bu baxımdan konkret əqd üzrə hüquq münasibətlərində dövlətin səlahiyyətlərini hansı orqanının həyata keçirilməsindən asılı oimayaraq, etibarsız əqd üzrə dövlət büdcəsinə ödənilmiş vəsait həmin pulu ödəmiş şəxsə qaytarılmalıdır. Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlərə restitusiyanın tətbiqi tərəflərin hər hansı təqsirli hərəkətərinin olub-olmamasından asılı edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qeyriyaşayış sahəsinə və torpağa görə ödənilmiş 120000 manat məbləğində pulun 25 %-i, yəni 30000 manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-i, yəni 90000 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi 85 ünvanda yerləşən 32,2 kv.m olan qeyri-yaşayış binasının və 428.7 kv.m torpaq sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 12000 (bir yüz iyirmi min) manat pulun 25 %-i, yəni, 30000 (otuz min) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-i, yəni, 90000 (doxsan min) manat hissəsi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7835/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7835/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver