Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7848/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ilə Cavabdeh arasında bağlanmış 17.09.2020-ci il tarixli 304645-1-35867 saylı nağd pul krediti müqaviləsinə əsasən, 16.09.2021-ci il tarixə Banka borclu olduğu 1467,21 AZN məbləğində əsas borc, 119,19 AZN məbləğində faiz borcu, 178,30 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 1764,70 AZN məbləğində borc və 30 manat dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 17.09.2020-ci il tarixli 304645-1-35867 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 13 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 3000 AZN məbləğində kredit verilmişdir, lakin Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir, nəticədə cavabdehin banka 16.09.2021-ci il tarixinə 1467,21 AZN məbləğində əsas borc, 119,19 AZN məbləğində faiz borcu, 178,30 AZN məbləğində cərimə borcu olmaqla, ümumilkdə isə 1764,70 AZN məbləğində borcu vardır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.09.2020-ci il tarixli 304645-1-35867 saylı “nağd pul krediti müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" ASC tərəfindən illik 20% olmaqla 13 ay müddətinə 3000 AZN məbləğində istehlak kredit verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, 17.09.2020-ci il tarixli 304645-1-35867 saylı kredit müqaviləsi üzrə 16.09.2021-ci il tarixə Cavabdeh banka borcu 1467,21 AZN məbləğində əsas, 119,19 AZN məbləğində faiz, 178,30 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1764,70 AZN təşkil edir. İş materiallarından görünür ki, 12.08.2021-ci il tarixdə Cavabdeh borcunu ödəmədiyi ilə əlaqədar pretenziya məktubu göndərilməklə ondan borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 17.09.2020-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC Cavabdeh hesabına 2970 AZN vəsait köçürmüşdür. İş materiallarında olan 29.09.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 03.08.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC və Cavabdeh arasında 17.09.2020-ci il tarixli 304645-1-35867 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 13 ay müddətinə 3000 AZN məbləğində kredit vəsaiti ayrılmış, cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir, cavabdehin hazırda banka olan ödənilməmiş borc məbləği əsas borc 1467,21 AZN, faiz borcu 119,19 AZN, cərimə borcu 178,30 AZN olmaqla, ümumilikdə isə 1764,70 AZN təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1467,21 AZN məbləğində əsas borc, 119,19 AZN məbləğində faiz borcu, 178,30 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 1764,70 AZN məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 17.09.2020-ci il tarixli 304645-1-35867 saylı kredit müqaviləsi üzrə 1467,21 AZN məbləğində əsas borc, 119,19 AZN məbləğində faiz borcu, 178,30 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 1764 (min yeddi yüz altmış dörd) manat 70 (yetmiş) qəpik məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7848/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7848/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver