Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7900/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə "xxxx" Bank ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə Cavabdeh "xxxx" Bank ASC–nin xeyrinə 496,47 manat əsas, 513,77 manat faiz, cəmi 5310,24 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Bank ASC ilə Cavabdeh arasında 13.11.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır, müqavilənin şərtlərinə əsasən, cavabdehin hazırda banka əsas borcu 4796,47 manat, faiz borcu 513,77 manat, cəmi 5310,24 manat təşkil edir, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh yenə də borcunu ödəməkdən yayınmışdır, cavabdehə göndərilən pretenziya məktubları da cavabsız qalmışdır, beləliklə cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən borcun tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim etmiş və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, 4796,47 manat əsas, 513,77 manat faiz borcu olmaqla, cəmi 5310,24 manat məbləğində borcunun olmasını etiraf edir, borcunu ödəyəcəkdir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin 04.11.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" Bank ASC arasında 13.11.2020-ci il tarixli ******* saylı Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 36 ay müddətinə, illik 21 faiz olmaqla, 5000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 13.11.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməli 4796,47 manat əsas, 513,77 manat faiz, ümumilikdə 5310,24 manat borcu vardır. İş materiallarından görünür ki, "xxxx" Bank ASC tərəfindən borclu Cavabdeh 18.05.2021-ci ildə pretenziya məktubu göndərilməklə ondan 13.11.2020-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun 5 iş gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 11.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" Bank ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 21 faiz olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit ayrılması barədə tərəflər arasında müqavilə bağlanmışdır, cavabdeh müqavilədə nəzərdə tutulan 5000 manat kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, hazırda onun iddiaçıya 4796,47 manat əsas, 513,77 manat faiz, ümumilikdə 5310,24 manat ödənilməmiş borcu qalmışdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 4796,47 manat əsas, 513,77 manat faiz olnmaqla, ümumilikdə 5310,24 manat məbləğində kredit borcu alınaraq "xxxx" Bank ASC -yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin isə dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məmkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumu və bank xidmətinə görə ödənilmiş 30,40 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəainə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Bank ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 13.11.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 4796,47 manat əsas, 513,77 manat faiz, ümumilikdə 5310 (beş min üç yüz on) manat 24 (iyirmi dörd) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7900/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7900/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver