Məhkəmə qərarları › İş №2(011)-7906/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7906/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7906/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh Əsgər oğlundan 15000 manat məbləğində pul alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Əsgər oğlu ilə X4 bir yerdə işləmişdirlər. İddiaçı bildirir ki, cavabdeh iddiaçıdan hissə-hissə olmaqla 15.000 manat pul almışdır. Lakin, iddiaçı verdiyi pulunu geri almaq məqsədilə ona mobil telefon vasitəsilə zəng etmiş, ancaq o, müxtəlıif bəhanələr gətirərək pulu geri qaytarmaqdan imtina etmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb Nizami rayon Polis İdarəsinin 23-cü X1 Oqtay Əsgər oğlu barəsində şikayət ərizəsi ilə müraciət etdmişdir. Həmin şikayət ərizəsi 23-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X3 tərəfindən araşdırılmışdır. Araşdırma zamanı təhqiqatçının yanında Cavabdeh yazılı qaydada izahat verib bildirmiş ki, həqiqətən məndən 15.000 manat borc alıbdır. Oqtay dedimişdir ki, 15.000 manat pulu birdəfəlik ödəməyə imkanı olmadığına görə hər ay 200 manat olmaqla 2022-ci ilin yanvar ayından etibarən ödəyəcəyini bildirmiş, lakin Oqtay verdiyi sözə əməl etməyib pul ödəməmişdir. X2 iddiaçının şikayət ərizəsinə baxaraq işdə cinayət tərkibi olmadığını və bu barədə Azərbaycan Respublikası MPM-nin 25 -ci maddəsinə əsasən aidiyyatı məhkəməyə müraciət etmək hüququnu ona izah etmişdir. 03 oktyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı qeyd edir ki, Cavabdehla həmin qərardan sonra dəfələrlə telefon əlaqəsi saxlayıb görüşmuş, o hər dəfə iddiaçını aldadaraq vəd vermişdir ki, pulunu hissə-hissə olsa da ödəyəcəkdir. İddiaçı cavabdehin səmimiliyinə inanaraq ona 15.000 manat məbləğində borc vermişdir, bu səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Tərəflərin izahatları: İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, cavabdehə ayrı-ayrı vaxtlarda 15 000 manat pul vermişdir. Cavabdeh pulu qaytarmaq üçün ona pensiya kartını vermiş, lakin bir müddət sonra kartının dondurduğundan pul çıxara bilməmişdir. Həmin puldan cavabdeh ona 3150 manat pul qaytarmış, pulun qalanını isə ödəməmişdir. Cavabdeh məhkəmə baxış iclasında iddianı qəbul etmədiyini və ona 15 000 manat pul verilmədiyini bildirmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qəbul etdiyini, 1 il ərzində iddiaçıya 3150 manat ödədiyini, pulun qalanını isə aylıq olaraq 150 manat məbləğində ödəyəcəyini bildirmişdir. İş materiallarında olan: İş materiallarına əlavə edilmiş, Nizami RPİ-nin 23-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş, Nizami RPİ-nin 23-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatından görünür ki, 2019-cu il tarixdən 2021-ci il tarixədək olan müddətdə onunla birlikdə işləmiş İddiaçı borca ümumilikdə 15.000 manat pul aldığını, həmin 15.000 manat pulu birdəfəyə ödəmək üçün imkanı olmadığından hər ay 200 manat olmaqla 2023-cü ilin yanvar ayından etibarən ödəməyə hazır olduğunu, həmin pulları ehtiyacı olduğundan hissə-hissə alıb xərclədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 135 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Nizami RPİ-nin 23-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, 2019-cu il tarixdən 2021-ci il tarixədək olan müddətdə onunla birlikdə işləmiş İddiaçı borca ümumilikdə 15000 manat pul aldığını, həmin 15.000 manat pulu birdəfəyə ödəmək üçün imkanı olmadığından hər ay 200 manat olmaqla 2023-cü ilin yanvar ayından etibarən ödəməyə hazır olduğunu, həmin pulları ehtiyacı olduğundan hissə-hissə alıb xərclədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia iş materiallarına əlavə olunmuş qərardakı cavabdehin izahatı ilə etiraf edildiyindən qismən təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardakı izahatı ilə təsdiq olunduğundan, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilməlidir. Məhkəmə iclasında cavabdeh ilk olaraq iddiaçıya olan borcundan 3150 manat məbləğini ödədiyini bildirmiş, iddiaçı cavabdehin izahatı ilə razılaşdığından, məhkəmə hesab edir ki, buna görə də iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 11850 manat məbləğində pul tutulmalıdır. Bundan başqa məhkəmə cavabdehin iş üzrə təyin edilmiş sonuncu məhkəmə iclasında iddianı qəbul etməməsi və ona pulun verilmədiyini bildirməsinə məhkəmə münasibət olaraq bildirir ki, cavabdehin məhkəməyə ilk olaraq verdiyi izahat əsas götürülməlidir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da o, məhz izahatında İddiaçı tərəfindən 15 000 manat pulun verildiyini, 2023-cü ilin yanvar ayından pulu hissə-hissə ödəməyə qadir olduğunu bildirmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 11850 manat (on bir min səkkiz yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar