Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7979/2024 19.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 oktyabr 2023-cü il tarixli, 15-Y-1-0-1052-23 saylı kredit müqaviləsi üzrə 23.847,64 manat əsas borc, 1.344,14 manat faiz borcu və 3.09 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 25.194,87 manat borcu və 23 noyabr 2023-cü il tarixli, 15-TK-2-0-1264-23 saylı kredit müqaviləsi üzrə 3.000 manat əsas borc, 345.12 manat faiz borcu və 3.90 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.349,02 manat və 175.63 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19 oktyabr 2023-cü il tarixli, 15-Y- 1-0-1052-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.9 faizlə 48 ay müddətinə 25.000 manat kredit götürmüşdür. Cavabdeh 23 noyabr 2023-cü il tarixli, 15- TK-2-0-1264-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 3.000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il mayın 30-dək Cavabdeh banka 19 oktyabr 2023-cü il tarixli, 15-Y-1-0-1052-23 saylı kredit müqaviləsi üzrə 23.847,64 manat əsas borc, 1.344,14 manat faiz borcu və 12.34 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 25.204,12 manat borcu vardır. Cavabdeh 19 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 12.34 manat təşkil etməsinə baxmayaraq 3.09 manat məbləğində tələb olunur. 2024-cü il mayın 30-dək Cavabdeh banka 23 noyabr 2023-cü il tarixli, 15-TK-2-0-1264-23 saylı kredit müqaviləsi üzrə 3.000 manat əsas borc, 345.12 manat faiz borcu və 7.79 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.352,91 manat borcu vardır. Cavabdeh 23 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 7.79 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 3.90 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək bildirmişdir ki, o, maddi imkanı olmadığından borcu ödəyə bilməmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli, 15-Y-1-0-1052-23 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15.5% dərəcəsi ilə 48 ay müddətinə 25.000 manat kredit verilmişdir. 19 oktyabr 2023-cü il tarixli məxaric qəbzinə əsasən həmin məbləğ cavabdehə təhvil verilmişdir. Eyni zamanda iş materiallarında olan 23 noyabr 2023-cü il tarixli razılaşmaya əsasən cavabdeh ona kredit verilməsini xahiş etmiş, tərəflər arasında bağlanmış 23 noyabr 2023cü il tarixli, 15-TK-2-0-1264-23 saylı kart vasitəsilə kredit xəttinin ayrılmasına dair müqaviləyə əsasən cavabdehə illik 25% dərəcəsi ilə 48 ay müddətinə 3.000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışlarından görünür ki, cavabdehin 30 may 2024cü il tarixinə banka olan borcu 19 oktyabr 2023-cü il tarixli 15-Y-1-0-1052-23 saylı kredit müqaviləsi üzrə 23.847,64 manat əsas, 1.344,14 manat faiz, 12.34 manat cərimə olmaqla, cəmi 25.204,12 manat; 23 noyabr 2023-cü il tarixli, 15-TK-2-0-1264-23 saylı kredit müqaviləsi üzrə 3.000 manat əsas, 345.12 manat faiz, 7.79 manat cərimə olmaqla, cəmi 3.352,91 manat borcu mövcuddur. İddiaçı hazırda 19 oktyabr 2023-cü il tarixli 15-Y-1-0-1052-23 saylı kredit müqaviləsi üzrə 3.09 manat, 23 noyabr 2023-cü il tarixli, 15-TK-2-0-1264-23 saylı kredit müqaviləsi üzrə 3.90 manat cərimə tələb edir. Cavabdehə borc barədə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və cavabdehin izahatını dinləyərək hesab edir ki, idida tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin əsas borc və faiz borcuna aid hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 19 oktyabr 2023-cü il tarixli 15-Y-1-0-1052-23 saylı kredit müqaviləsi üzrə 23.847,64 manat əsas, 1.344,14 manat faiz, 3.09 manat cərimə olmaqla, cəmi 25.194,87 manat; 23 noyabr 2023-cü il tarixli, 15-TK-2-0-1264-23 saylı kredit müqaviləsi üzrə 3.000 manat əsas, 345.12 manat faiz, 3.90 manat cərimə olmaqla, cəmi 3.349,02 manat, hər iki müqavilə üzrə ümumilikdə 28.543,89 manat pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 175.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın 175.63 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 19 oktyabr 2023-cü il tarixli 15-Y-1-0-1052-23 saylı kredit müqaviləsi üzrə 23.847,64 manat əsas, 1.344,14 manat faiz, 3.09 manat cərimə olmaqla, cəmi 25.194,87 (iyirmi beş min yüz doxsan dörd manat səksən yeddi qəpik) manat; 23 noyabr 2023-cü il tarixli, 15-TK-2-0-1264-23 saylı kredit müqaviləsi üzrə 3.000 manat əsas, 345.12 manat faiz, 3.90 manat cərimə olmaqla, cəmi 3.349,02 (üç min üç yüz qırx doqquz manat iki qəpik) manat, hər iki müqavilə üzrə ümumilikdə 28.543,89 (iyirmi səkkiz min beş yüz qırx üç manat səksən doqquz qəpik) manat pul vəsaiti və ödənilmiş 175.63 (bir yüz yetmiş beş manat altmış üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7979/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7979/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver