Məhkəmə qərarları › İş №2(011)-805/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-805/2025

03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-805/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “Toyota Avensis” minik markalı **- EU-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə 1.422,39 manat pulun və ödənilmiş 34,23 manat dövlət rüsumunun, cəmi 1.456,59 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “Toyota Rav-4” minik markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobillə və Cavabdeh2 idarə etdiyi **-TB-*** dövlət nömrə nişanlı “Toyota Prius” minik markalı avtomobil yol-hərəkəti qaydalarını pozaraq İddiaçı məxsus dövlət nömrə nişanlı “Toyota Avensis” minik **-EU-*** dövlət nişanlı avtomobili vurmuşlar. Nəticədə iddiaçıya məxsus avtomobilə 4.785 manat maddi zərər dəymişdir. İddiaçının avtomobilinə dəymiş zərərlə bağlı müstəqil ekspert rəyi vardır. "xxxx" tərəfindən həmin zərərdən iddiaçıya cəmi 3.362,61 manat pul ödənilmişdir. Onun avtomobilinə dəymiş zərərdən qalan 1.422,39 manat dəymiş zərər indiyənədək ödənilməmiş qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o, iddiaçıya 700 manat pul təklif etsə də, lakin iddiaçı bununla razılaşmır. İddiaçının tələb etdiyi məbləğ ona real dəymiş ziyanın əks etdirmir. Göstərdiklərinə əsasən, o məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə iştirak etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati Xəta haqqında İXP ******* nömrəli xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokol”un surətindən görünür ki, “Toyota Rav-4” minik markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında” TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati Xəta haqqında” İXP ******* nömrəli xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokolun surətindən görünür ki, “Toyota Prius” minik markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında” TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyinin surətindən görünür ki, İddiaçı məxsus “Toyota Avensis” minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın mməbləği 4.785 manatdır. İş materiallarında olan 7794 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı 3.362,61 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən “Toyota Avensis” minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ilkin olaraq 3.250 manat müəyyən edilmiş, daha sonra İddiaçı ərizə ilə ASC-nə müraciət edərək, yenidən qiymətləndirmə təyin edilməsini xahiş etmiş, yenidən təyin edilmiş rəylə avtomobilə dəymiş zərərin məbləği 4.785 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında zəncirvari yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, İddiaçı məxsus “Toyota Avensis” minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı minik avtmobilinin arxa hissəsinə Cavabdeh1 idarə etdiyi “Toyota Rav-4” minik markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobil dəymişdir; bunun nəticəsində iddiaçının avtomobili öz önündəki “VAZ 21723” markalı, **-CT-*** qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı Cavabdeh1 idarə etdiyi “Toyota Rav-4” minik markalı avtomobilin arxa hissəsinə digər Cavabdeh2 idarə etdiyi “Toyota Prius” markalı **-TB-*** qeydiyyat nişanlı avtomobil dəymişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı məxsus “Toyota Avensis” minik markalı **- EU-*** dövlət qeydiyyat nişanlı minik avtmobilininə zərərin vurulmasında təqsirli şəxs Cavabdeh1 olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmçinin müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən iddiaçıya 3.362,61 manat sığorta ödənişi verilmişdir. İddiaçının avtomobilinə dəymiş maddi zərərin məbləği "xxxx" ASC tərəfindən 4.785 manat məbləğində qiymətləndirmişdir. İddiaçıya sığorta ödənişi qismində 3.362,61 manat məbləğinin ödənilməsini, avtomobilə dəymiş maddi ziyanın isə ümumilikdə 4.785 manat olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış fərq məbləği olan 1.422,39 manat pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının əmlakına zərərin vurulması Cavabdeh1 təqsirindən baş verdiyindən, iddia tələbləri digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbinin qismən təmin edildiyinə görə işə baxılması ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 34,23 manat pul məbləği Cavabdeh1dan alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. “Toyota Avensis” minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 1.422,39 (bir min dörd yüz iyirmi iki manat otuz doqquz qəpik) manat pul məbləği və 34,23 (otuz dörd manat iyirmi üç qəpik) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar