Məhkəmə qərarları › İş №2(011)-8070/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8070/2021

30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8070/2021 30.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Vəkil və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı cavabdeh Vəkil və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı 27.06.2018-ci il tarixli 3M-270 nömrəli Kredit Müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 İddiaçı arasında Bakı şəhəri 18 saylı Notariat Ofisində imzalanmış 27.06.2018-ci il tarixli kredit müqaviləsinə görə cavabdehin iddiaçıya 72000 manat borc pul vermişdir. Həmin müqaviləyə görə iddiaçı 27.06.2033-cü ilə qədər hər ay 400 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə iddiaçı arasında imzalanmış 27.06.2018-ci il tarixli kredit müqaviləsi əslində mahiyyəti etibarı ilə iddiaçının hüquqi biliyinin az olması səbəbindən aldanılmaqla və zor şərtlərlə bağlanmış etibarsız əqddir. Müqavilədə göstərilən məbləğ iddiaçı tərəfindən alınmamış, nə də Notariat Ofisində iddiaçıya hər hansı bir məbləğdə pul verilməmişdir.18 saylı Notariat Ofisi müqavilədə göstərilən məbləğin iddiaçıya verilməsini təsdiq edən sübut olmadan həmin Müqaviləni təsdiq etmişdir. Cavabdeh2 həyat yoldaşı X3 liftlərin təmiri zamanı ehtiyatsızlıqdan ölümü səbəbindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsi liftlərin quraşdırılması ilə məşğul olan "xxxx" MMC-nin direktoru olaraq iddiaçı haqqında 27.06.2018-c il tarixli hökm çıxarmışdır. Məhkəmə iclası vaxtı hakimin təkidi ilə zərərçəkən Cavabdeh2 ilə "xxxx" MMX-nin direktoru olaraq iddiaçı arasında qeyd edilən Müqavilənin imzalanmasına məcbur olmuşdur. Həmin müqavilənin imzalanması vaxtı Cavabdeh2 vəkili qismində məhkəmə iclasında iştirak edən Vaqif adlı şəxs həmin Müqavilənin tərtib edilməsində iştirak etmiş, lakin iddiaçı həmin Müqavilənin iddiaçı ilə deyil "xxxx" MMC ilə imzalanması olması izah etmişdir. Ona görə də iddiaçı məhkəmənin təkidi ilə imzalamış olduğu həmin müqaviləni "xxxx" MMC-nin direktoru olaraq hüquqi şəxs kimi deyil fiziki şəxs olaraq imzalayıb. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh 18 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan 27.06.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı 72000 manat məbləğində pulu borc verir borcalan kredit 27.06.2033-cü il tarixinədək hər ay 400 manat borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli 1(011)-185/2018 nömrəli Hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətinə liftlərin quraşdırılması və texniki xidmət göstərilməsi sahəsində məsul şəxs olmaqla fəaliyyət göstərmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası Cİnayət Məcəlləsinin 69.33-cü maddəsinə əsasən təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il müddətinə liftlərin quraşdırılması, texniki xidmət göstərilməsi 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş, 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti verilməklə şərti hesab edilsin. İddiaçı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək İddiaçı bir vəzifə olaraq tapşırılsın. İddiaçı təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı təyin edilmiş 02 il müddətinə liftlərin quraşdırılması, texniki xidmət göstərilməsi sahəsində məsul şəxs olmaq və fəaliyyət göstərmək hüququndan məhrum etmə əlavə cəzası müstəqil icra edilsin və hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçı tərəflər arasında borc münasibətlərinin olmadığını iddia etsə də məhkəməyə tərəflər arasında bağlanmış kredit müqaviləsinin uydurma əqd olduğunu təsdiq edəcək hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim etməmişdir Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, İddiaçı Cavabdeh2 İddiaçı arasında 27.06.2018-ci il tarixində bağlanılmış kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Baki Şəhəri 1̇8 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh2 qarşı Cavabdeh2 ilə aralarında bağlanmış Baki Şəhəri 1̇8 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 27.06.2018-ci il tarixli 3M-270 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar