Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8121/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 4.500 manat məbləğində pul, 40 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh – X1 küçəsi ev 37 saylı binada 45 il ailəsi və özü ilə qonşu olduğu Cavabdeh iddiaçı olan yaşlı qadının etibarından istifadə edərək iş qurmaq adı ilə 4.500 manat pulunu aldadaraq almış və bu günə kimi qaytarmamışdır. Belə ki, 10 yanvar 2023-cü il tarixdə saat 19 radələrində cavabdeh iddiaçının evinə gəlib ata-anasından miras qalmış evin satmasından, yeni evin alınmasından, Əhmədlidə kirayə qaldığı yerini də bəlli edərək - əlində qalan məbləğlə biznes qurub işləyəcəyi barədə söhbət etmişdir. Sonra iddiaçıya da bu biznes işində sərmayə qoyub şərikinə ticarətlə məşğul ola bilərik və s. vədlər verdikdə iddiaçı cavabdehin səmimiliyinə inanıb çətin gün üçün yığdığı 4.500 manat məbləği 5 ay müddətinə 45 ilik qonşuluğa və təqaüdlə aldığı məbləğin az olmasını nəzərə alıb əlavə gəlir gələcəyini düşünərək inanıb-güvənib vermişdir. Cavabdeh əvvələr iddiaçı ilə lotoreya oynayaraq vaxtı-vaxtında pulu ödədiyinə görə iddiaçının ağlından belə keçməmişdir ki, cavabdeh iddiaçının etibarından istifadə edib iş qurmaq adı altında 4.500 manat pulunu aldadaraq iddiaçını polis-məhkəmə qapılarına salacaqdır. Əvvəllər iddiaçı Yunisin ***-***- **-** mobil nömrəsi ilə tez-tez əlaqə saxlayırdı. Cavabdeh Əhmədlidə yer götürdüyünü, işlərin öz qaydasında getdiyini və hansısa şirkətdə işə belə düzəldiyini bildirmişdir, son günlərdə telefonuna zəng çatsa da açmadığına görə iddiaçı cavabdehin Əhmədlidə kirayə qaldığı evə getmiş, komendant demişdir ki, kirayə pulunu ödəmədiyinə görə cavabdeh çıxardılıb, orada yaşamır. Cavabdeh tapmaq üçün iddiaçı cavabdehin xalası oğlu Samirin ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Yunisi 46 nömrəli maşurut xətti olan dayanacaqda və ya Həzi Aslanov metrosu ətrafında gördükləri barəsində məlumatlar alsa da Cavabdeh tapa bilmədiyindən, əlaqə saxlamaq mümkün olmadığından 07 iyun 2023-cü il tarixdə Yunisin xala oğlusu Samirə zəng edib aldadaraq evində aldığı 4.500 manat pulunu qaytarmasını istəmiş, yoxsa DİN-nin Polis İdarəsinə şikayət edəcəyini bildirmiş, Samir “get ver, harda olduğunu bilmirəm” demişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq DİN-nin Bakı şəhər Xətai Rayon Pİ-nin 35-ci PB-nə ərizə ilə müraciət etmişdir. 10 iyun 2023-cü il tarixdə Xətai RPİ-nin 35-ci PB-nə şikayət ərizəsi ilə müraciət Xətai RPİ-nin 35-ci PB-də sahə inspektoru Akif Süleymanov icraatında olan işi tam araşdırmadan, Cavabdeh və iddiaçıdan izahat almadan və onları üzləşdirmədən işin faktiki hallarını araşdırmadan mülki işdir deyə məhkəməyə müraciət etməyini şifahi bildirmişdir. 20 iyul 2023-cü il tarixdə rəis polis polkovnik-leytenant Rəhman İsmayılovun imzası ilə, tarix və işin nömrəsi göstərilmədən, qərarsız məktub verilmişdir. İddiaçı Xətai 35-ci PB-nin hərəkətlərindən Xətai Rayon Polis İdrəsinə şikayət etmişdir. Onlar da 05 avqust 2023-cü ildə 55/2-Ə-28630 saylı məktubu ilə Xətai rayon 35-ci PB-nin məktubunu təsdiqləmişlər. İddiaçı Xətai Pİ-nin məktubundan Baş Polis İdarəsinə şikayət etsə də 29 sentyabr 2023-cü il tarixdə 313- 443/2-Ə 599xx/xx/2023 saylı məktubda mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İddiaçı cavabdehi qeydiyyatda olduğu və ya faktiki daimi yaşadığı ünvanda tapa bilmir. İddiaçıdan iş adı ilə aldadaraq aldığı 4.500 manat pul məbləğini – dəymiş ziyanı məhkəmə qaydasında tələb etməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materialları və iddiaçının izahatı əsasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçını öz şəriki etməklə iş qurmaq və biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə iddiaçıyla şifahi razılığa gəlmiş, razılığa əsasən iddiaçı cavabdehə 4.500 manat pul vermişdir. Cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamış, iddiaçı mübahisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət etmiş, polis bölməsinin məktubu ilə mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı olis bölməsində müraciətinə baxılmamasına dair şiakyətlə Xətai Rayon Polis İdarəsinə müraciət etmiş, Polis İdarəsinin 05 avqust 2023-cü il tarixli məktubuna əsasən mübahisənin mülki xarakterli olduğu qeyd edilmişdir. Daha sonra iddiaçı Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, verilmiş cavabla mübahisənin mülki xarakterli olduğu və məhkəməyə müraciət etməli olması bildirilmişdir. Cavabdeh tərəfindən pul məbləği geri qaytarılmamışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçını öz şəriki etməklə iş qurmaq və biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə iddiaçıyla şifahi razılığa gəlmiş, iş qurmaq üçün iddiaçıdan 4.500 manat pul istəmişdir. İddiaçı yaşadığı evdə cavabdehə 4.500 manat pul vermişdir. Cavabdeh razılıq üzrə nəzərdə tutulan işi görməmiş, iddiaçıdan aldığı pulu da geri qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 4.500 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Eyni zamanda dövlət rüsumunun kəsr hissəsini təşkil edən 25 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 4.500 (dörd min beş yüz) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumunun kəsr hissəsini təşkil edən 25 (iyirmi beş) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8121/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-8121/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver