Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8142/2023 27.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı Cavabdehnə (Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxslər qismində cəlb edilməklə) qarşı müqavilənin ləğvi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlə onun arasında bağlanmış xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, alıq-satqı müqaviləsinə əsasən aldığı 59,5% və işçi kimi 10% payının ümumilikdə 69,5% əmlakın hərracdan satılıb dəyərinin ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisəyə Xətai Rayon Məhkəməsində baxıla bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onunla cavabdeh arasında bağlanmış 28 mart 1997-cı il tarixli, 4541 saylı müqaviləyə əsasən Lənkəran şəhəri Fizuli küçəsində (hal hazırda Hacılar küçəsi) yerləşən Lənkəran şəhəri Universal Ticarət Firmasının 1 saylı mağazasını filialının on beş milyan dörd yüz səksən bir manata almışdır. Müqaviləyə əsasən 40,5 % işci kollektivinə bağışlanmış yerdə qalan hissəsinə hərraca çıxarılmışdır, Yerdə qalan 59.5 faizin hərracdan o almışdır. O, həmin mağazanın işçisi olduğundan 40.5% -da onun da payı var. Ümümilikdə onun payı 69.5 faiz təşkil edir. Müqaviləyə əsasən əmlakın dəyəri 30% yəni ******* manatı ödənildikdən sonra şəhadətnamə verilir. Göstərilən məbləği yəni ******* manatı ödədikdən sonra şəhadətnaməmin almış və müqaviləyə əsasəndə yerdə galan pulu ödəmişdir. Marağlı şəxslər tərəfindən həmin vaxt bir manatda ödənilməyib və ödəmək iqtitarında deyildilər və ödəməmişdilər. Amma marağlı şəxslər bir qəpikdə pul ödəmədən məhkəməyə müraciət edərək hərracdan aldığı əmlakı paylara bölmüşlər. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, tərəflər arasındakı mübahisə yə ümumi məhkəmədə baxıla bilməz. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında kommersiya məhkəməsində baxılan mübahisələr 3 qrupa bölünmüşdür: 1) əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələr. Bunlara müqavilə münasibətlərindən yaranan tələblər aiddir; 2) iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələr. Bunlara əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir və 3) tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələr. Bunlara isə kommersiya hüquqi şəxsin özünün fəaliyyəti ilə bağlı olan korporativ mübahisələr aiddir (13-cü bənd). Bundan başqa, sözügedən Qərarda kommersiya məhkəmələrində baxılmalı olan mübahisələrin subyekt, predmet, habelə hüquq münasibətinin xarakterinə aid olan tələblər ayrıayrılıqda təsnifləşdirilmiş və kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılması birmənalı olaraq qeyd edilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli 6 nömrəli Qərarında qeyd edilmişdir ki, 2.1.19-cu bəndin sonuncu cümləsində “kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər” sözlərindən sonra “(təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər)” sözləri əlavə edilsin. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki işə baxılması ümumi yurisdiksiyalı məhkəmənin aidiyyətində olmadığından, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 42.2.2-ci maddəsinə əsasən, iç həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə (Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxslər qismində cəlb edilməklə) qarşı müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-8142/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8142/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver