Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8165/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil vəsatətlə müraciət edərək bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin icraatında hazırkı iş üzrə iddiaçı Əliхаnоvа Еlvirа Zаhid qızının cavabdeh qismində olduğu hazırkı iş üzrə cavabdeh Əliхаnоvа Zəmirə Veysəl qızının ona qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddiası vardır. Belə olan halda bu işlərin birləşdirilməsi zərurəti yaranmışdır. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbi əsasında 2(011)-8165/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 02 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. İddiaçı Cavabdeh Zahid qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev- 39, m-25 ünvanda yerləşən mənzildən cavabdeh İddiaçı istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında 2(011)-7936/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 24 sentyabr 2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-7936/2024 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-8165/2024 saylı mülki iş üzrə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-7936/2024 saylı mülki iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-7936/2024 saylı işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə iddiasına dair 2(011)-8165/2024 saylı mülki iş üzrə icraata xitam verilsin və həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” barədə iddiası üzrə 2(011)-7936/2024 saylı mülki işə birləşdirilsin. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8165/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8165/2024
29.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver