Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8246/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.100 (səkkiz min yüz) manat məbləğində pul vəsaitinin və 101 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilmişdir. O təqsirləndirilirdi ondan ötrü ki, Cavabdeh özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 mart 2024-cü il tarixdə, gecə saat 01 radələrində İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən evin həyətindəki saxlanc yeri olan tövlənin qapısının qıfılını sındırmaqla açaraq tövləyə qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 300 manat təşkil edən 6.600 manat dəyərində 22 baş qoyunu və hər birinin dəyəri 300 manat təşkil edən 1.500 manat dəyərində 5 baş keçini gizli olaraq talayıb zərərçəkmiş İddiaçı qızma ümumilikdə 8.100 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Cavabdeh özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 10 mart 2024-cü il tarixdə axşam saat 17 radələrində idarə etdiyi taksi avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozuna müştəri aparmışdır. Müştərini düşürdərkən yaxınlıqda olan həyətə kiminsə bir neçə baş heyvan saldığını görüb maşını sürüb biraz kənarda saxlayaraq düşüb ətrafa nəzər salmış, orada kameraların olmadığını müəyyən etmişdir. Daha sonra çıxıb evə getmiş, səhəri gün, yəni 11 mart 2024-cü il tarixdə gecə saat 23 radələrində yaşadığı evdən bir ədəd kiçik ölçülü armatur parçası götürüb evdən çıxaraq piyada təxminən 4-5 kilometr yol gedib, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən həmin heyvanlar olan evin yaxınlığına saat 00:30-da çatmışdır. Bir qədər kənarda dayanıb ətrafa nəzər saldıqdan sonra, saat 01 radələrində həmin həyətin küçəyə tərəf olan heyvanlar salındığı qapısının asma qıfılını özü ilə gətirdiyi armatur parçası ilə qıraraq içəri yəni (qərəbə) daxil olub orada olan 27 baş xırda buynuzlu heyvanı çıxarıb piyada yaşadığı Binə qəsəbəsindəki evinə aparmışdır. Həmin heyvanların 5-i keçi, 22-i isə qoyun olmuşdur. Saat 02:30-da həyətə çatıb, heyvanları həyətində olan tövləyə salmışdır. Tövlədə baxmışdır ki, həmin heyvanların 14 başı təzə doğub və onların balaları var. Qərara gəlmişdir ki, balaları olan heyvanları geri qaytarsın ki, günahdır südəmər balaları var. Ona görə də həmin heyvanların 6 baş toğlusunu, 1 baş qoyunu və 1 baş qoçu, ümumilikdə, 8 baş heyvanı ayırıb saxlamış, digər 14 baş doğmuş qoyunları və 5 baş keçini, yəni ,ümumilikdə, 19 baş heyvanı tövlədən çıxararaq gətirdiyi istiqamətdə bir qədər geri aparıb beton yolun tunelindən keçirib Türkan istiqamətinə ötürmüşdür ki, balalarına görə öz yerlərinə gedərlər. Özü isə geri evə dönüb həmin 8 baş heyvanı idarə etdiyi “Xəzər-Azsamand” markalı avtomobilin yük yerinə və salonuna qoyub gecə ilə Sabirabad rayonunda yerləşən heyvan bazarına apararaq satmışdır. Qayıdarkən Beton yol ilə gəlmişdir ki, bəlkə həmin geri qaytarmış olduğu 19 baş heyvanları görə bilsin. Həmin ərazidən keçən su kanalının yaxınlığında həmin heyvanları orada görmüşdür. Kanalın əks tərəfində dayanıb heyvanlara baxan qonşusu Vəli adlı şəxsi də orada görüb onun orada dayanmasına narahat olmuşdur. O, Vəliyə salam verəndə, Vəli ondan nə axtardığını soruşmuş, o da demişdir ki, adam axtarır. Sonra o, maşını sürüb Türkan qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyən qonşusu İsmətin dalınca getmişdir ki, onu da evə gətirsin. İsmət ilə birilikdə geri qayıdarkən beton yola yaxın kanalın kənarında heyvan otaran çobanın kanalı keçmək üçün nəzərdə tutulmuş keçiddən keçərək kanalın əks tərəfində otlayan həmin heyvanları kanaldan keçirərək öz heyvanlarına qatdığını görmüşdür. Həmin vaxtı da Vəli orada dayanıb həmin heyvanlara baxırmış. Lakin bu günə kimi həmin 19 baş heyvanın kim tərəfindən və hara aparılmasını dəqiq bilməmişdir. Bundan sonra tam xatırlamadığı tarixdə Türkan qəsəbəsi, Dənizkənarı bağlar sahəsində yaxınlıqda bir sürü heyvanın məftil çəpərdən olan qərəbə salındığını görmüşdür. Sonra gecə saatlarında piyada həmin heyvanlar saxlanan yerə gələrək setkadan olan qapını açaraq orada olan sürünü çıxarıb çöllüyə avtomobili saxladığı yerə tərəf aparmışdır. Avtomobilin yanında həmin sürünün içərisindən 7 baş qoyun tutaraq avtomobilin yük yerinə və salonuna yığaraq birbaşa Salyan rayon bazarına aparıb satmışdır. Daha sonra Türkan qəsəbəsində yerləşən daş karxanasına fəhlə aparmış və geri kanal qırağı gələrkən çöllük sahədə olan tikili yerdə bir sürü heyvanın həyətə, yəni qərəbə salındığını görüb, oradan da qoyunları oğurlamaq qərarına gəlmişdir. Ona görə də təxminən avqust ayının ortalarında gecə saatlarında idarə etdiyi “Xəzər-Azsamand” markalı avtomaşınla həmin yerə yaxın, yəni Qala-Türkan yolunun kənarında olan yarımtikilinin yanında avtomobili saxlayıb həmin heyvan olan tövlənin yanına piyada getmişdir. Həyətin açıq darvazasından həyətə daxil olaraq, oradan da heyvan saxlanılan həyətin içərisindəki qərəbə yaxınlaşaraq qapısını açaraq oradakı heyvanları darvazadan küçəyə çıxarmışdır. Qoyun sürüsü çox olduğundan yarısını bölüb yerində saxlamış, bir hissəsini isə darvazadan çıxararaq aparmışdır. Sürünün bir hissəsi keçəndən sonra darvazanı bağlamış, digər bir hissəsini isə qabağında sürərək oradan uzaqlaşdırmış və sürüb yaşadığı Binə qəsəbəsindəki həyətinə gətirib tövləyə salmışdır. Həyətdə heyvanları sayıb 42 baş qoyun və 4 baş keçi olduğunu bilmişdir. Yəni ,ümumilikdə, 46 baş xırda buynuzlu heyvan olmuşdur. Həmin heyvanlardan 27 baş qoyunu və 4 baş keçini, yəni 31 baş heyvanı idarə etdiyi avtomobilə hissə-hissə yığaraq müxtəlif vaxtlarda Bərdə, İmişli və Sabirabad rayonun heyvan bazarına apararaq orada tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Qalan 15 baş qoyunu isə qırxaraq öz həyətində olan heyvanlara qatıb tövlədə saxlamışdır. Tutulduqdan sonra isə sonuncu aparmış olduğu heyvanlardan həyətində olan 15 baş qoyunu polislərin vasitəsi ilə öz sahibi olan Elçin Əliyevə qaytarmışdır. İş üzrə tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxs iddiaçıya xeyli miqdarda zərər vurmuşdur. Bakı şəhər, Xəzər rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, İş №1(003)-111/2025 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 28 gün müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Hazırki şikayət işi üzrə iddiaçı ibtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınmışdır, ancaq mülki iddia verməmişdir. Hazırki iddia tələbi ilə iddiaçıya dəymiş ziyan 8.100 (səkkiz min yüz) manat pul tələb edir. Belə ki, iddiaçı rəsmi olaraq heç bir yerdə işləmir, yalnız həmin heyvanları saxlamaqla çörək pulunu qazanırdı. İş üzrə bildirilib ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında süd verən qoyun və keçiləri sağmaq üçün iddiaçının həyətindəki tövləyə salıb sağmış və tövlənin qapısını bağlamışdı. Öz həyətində olan tövləyə 13 baş qoyun, 13 baş keçi, yəni ümumilikdə, 26 baş heyvan salmışdı. Yaxınlıqda olan qızına məxsus həyətindəki tövləyə isə 22 baş qoyun, 5 baş keçi, yəni ,ümumilikdə, 27 baş heyvan salmışdı. 11 mart 2024-cü il tarixdə səhər saat 06 radələrində həyat yoldaşı Xəqani, qızına məxsus tövlədə olan heyvanları tövlədən buraxarkən tövlənin qapısının sındırıldığını görmüş, tövləyə daxil olan zaman tövlədəki heyvanların oğurlandığını bilmişdir. Oğurluq nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs iddiaçıya heç bir ödəniş etməmişdir. Məhkum Cavabdeh iddiaçının xeyrinə bilavasitə cinayət qanuni ilə nəzərdə tutulmuş əməllə 8.100 (səkkiz min yüz) manat miqdarında pulun ödənilməsinə dair qərar qəbul edilməlidir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X3 oğlu məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında iştirak etmək istəmir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli 1(003)-111/2025 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 mart 2024-cü il tarixdə, gecə saat 01 radələrində İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən evin həyətindəki saxlanc yeri olan tövlənin qapısının qıfılını sındırmaqla açaraq tövləyə qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 300 manat təşkil edən 6600 manat dəyərində 22 baş qoyunu və hər birinin dəyəri 300 manat təşkil edən 1500 manat dəyərində 5 baş keçini gizli olaraq talayıb zərərçəkmiş İddiaçı ümumilikdə 8100 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-1368/2025 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 1(003)-111/2025 nömrəli hökmündən zərər çəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair 05 may 2025-ci il tarixli, 1(003)-111/2025 nömrəli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 14.2.-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli olması, zərərçəkənə ziyan və zərərin vurulması və təqsirkar şəxsin əməlləri ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, Cavabdeh 11 mart 2024-cü il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən evin həyətindən hər birinin dəyəri 300 manat təşkil edən 6600 manat dəyərində 22 baş qoyunu və hər birinin dəyəri 300 manat təşkil edən 1500 manat dəyərində 5 baş keçini talamışdır. O, İddiaçı ümumilikdə 8100 manat məbləğində ziyan vurmuşdur. Cavabdehin təqsirli əməlləri nəticəsində iddiaçıya 8100 manat məbləğində zərərin vurulması iş materialları ilə təsdiq olunduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyindən, dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 iddiaçıya dəymiş maddi zərərə görə 8.100 (səkkiz min yüz) manat pul məbləği və 101 (bir yüz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-8246/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8246/2025
23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver