Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-831/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı LPO İddiaçıASC-nin Cavabdeh qarşı “borcun tutulmasına” dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 308,33 manat əsas, 790,51 manat cərimə, 42,92 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1141,76 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.09.2014-cü il tarixli, 460177 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 27 faiz ödənilmək şərti ilə 308,33 manat məbləğində kredit verilmişdir. 19.09.2014-cü il tarixli, 460177 sssuda hesablı müqavilənin bitmə tarixi 19.09.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 27.08.2020-ci il tarixinədək Cavabdeh LPO İddiaçı ASC-yə 308.33 manat əsas, 790,51 manat cərimə, 42,92 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1141,76 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Bununla belə, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi H.Həsənli 25.02.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini, ölkədə pandemiya şəraiti ilə əlaqədar mövcud vəziyyəti və s. bu kimi halları nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirib, iddia tələbinin təmin edilməsinə dair yekun məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsini nəzərə alaraq tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 07.09.2020-ci il tarixli, **********075 saylı maliyyə arayışından görünür ki, cavabdehin banka 27.08.2020-ci il tarixinə 308,33 manat əsas, 42,92 manat faiz, 790,51 manat cərimə borcu olmaqla, cəmi 1141,76 manat məbləğində kredit borcu var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə tərəfindən iş materialları əsasında, tərəflər arasında hər hansı bir kredit müqaviləsinin olmasını, borcun müqavilə öhdəliklərinə görə yaranmasını, borc məbləğinin ödənilməsi barədə cavabdehin xəbərdar olunması halları müəyyən olunmadı. Məhkəmə, iddia tələbi üzrə əsas borc məbləğinə münasibətdə hesab edir ki, bu, sübutetmə yükü ilə bağlıdır və iddiaçı buna dair sübutetmə vəzifəsi daşıyır, lakin o, cavabdehin müqavilə öhdəliklərinə, o cümlədən borcunun olmasını təsdiq edən hallara dair sübutları iş materiallarına əlavə etmədiyindən və belə hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, əsas borc məbləği üzrə iddia tələbi təmin edilə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, əsas tələb təmin edilmədiyindən, iddia tələbi qalan hissədə də təmin edilməməlidir. Məhkəmə, maliyyə arayışına münasibətdə hesab edir ki, həmin sənəd rəsmi maliyyə sənədi olmamaqla, iddiaçının iddia tələbi üzrə dəlillərinin birtərəfli qaydada yazılı ifadəsidir ki, bu da iddia tələbinin təmin edilməsi üçün yetərli deyil. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı, Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 308,33 manat əsas, 790,51 manat cərimə, 42,92 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1141,76 manat məbləğində borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçıASC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı, Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 308,33 manat əsas, 790,51 manat cərimə, 42,92 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1141,76 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-831/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-831/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver