Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-832/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçı və iddiaçı Mövsümov Fəxrəddin Ağaməmməd oğlunun nümayəndəsi İddiaçı4, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı “maddi zərər tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı “maddi zərər tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Seyfəli kəndi İnzibati ərazi vahidliyinin ərazisindən İddiaçı1 İsa qızına, Mövsümov Fəxrəddin Ağaməmməd oğluna, Mövsümova Arifə Kamil qızına, Mövsümov Ağaməmməd Fəxrəddin oğluna və İddiaçı4 Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 nömrəli qərarı ilə 0.28 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair adlarına nömrəsi JN-456F, KOD 50413005 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Daha sonra isə Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən həmin torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair ailə başçısı İddiaçı1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Həmin çıxarışda ümumi sahəsi 149.9 kv.m olan fərdi yaşayış evinin və sahəsi 0.2630 ha olan həyətyanı torpaq sahəsininin hüquqi sahibləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. İddiaçı1, torpaq sahəsi - ümumi birgə, ev - tam.
2. İddiaçı2, torpaq sahəsi - ümumi birgə.
3. Mövsümova Arifə Kamil qızı, torpaq sahəsi - ümumi birgə.
4. İddiaçı3, torpaq sahəsi - ümumi birgə.
5. İddiaçı4, torpaq sahəsi - ümumi birgə. Bakı şəhərində pasport qeydiyyatında olmaqla, orada yaşayan Mövsümov Zaməddin Ağaməməd oğlu həyat yoldaşı və oğlu ilə birlikdə onlara məxsus olan həyətyanı torpaq sahəsindəki 78 ədəd xirnik, 3 ədəd qoz və 1 ədəd ağaclarının məhsulunu özbaşına yığmışdır. Xirnik ağaclarının məhsulunu yığarkən, onlara iradını bildirdikdə, qardaşı Zaməddin, arvadı Tünzalə və oğlu Anar İddiaçı1 döyərək, zorla torpaq sahəsindən çıxartmışlar. Məhsulun talan edilməsi və döyüldüyü barədə 102 qaynar xətt xidmətinə müraciət etmiş, Şəmkir rayon Polis Şöbəsinin adını bilmədiyi əməkdaşı ona zəng edərək bildirmişdir ki, təcili Şəmkir rayon Polis Şöbəsinə gəlməlidir. Ona demişdir ki, “gəlirəm bu şərtlə ki, onlar tərəfindən məhsulun talanmasının qarşısı alınsın.” O, isə bildirmişdir ki, “narahat olma onları da çağırmışıq.” PŞ-nə gəldikdə, ondan izahat alınmış və ekspertdən keçmək üçün göndəriş verilmişdir. Evə qayıdıb görmüşdür ki, lələ köçüb, yurdu boş qalıbdır. Yəni məhsul onlar tərəfindən yığılıb götürülmüşdür. Nəticə də Polis tərəfindən başqasının əmlakının talanmasına göz yumulması və şərait yaradılması səbəbindən xirnik məhsulu onlar tərəfindən yığılarq götürülmüş və onlara xeyli miqdarda zərər vurulmuşdur. Hazırda da Bakı şəhər sakini Cavabdeh Ağaməmməd oğlu **********04-10301 nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən onlara məxsus olan həyətyanı torpaq sahəsinə qanunsuz müdaxilə edərək, orada özbaşına su arxını doldurmuş, xırda buynuzlu heyvanlar, toyuq-cücə saxlayır, usta gətirəndə onları qapıdan qovmuş, qardaşı və bacısı uşaqlarını buraxmır və s.bu kimi hərəkətlər edərək, həmin torpaq üzərində istifadə, sərəncam və mülkiyyət hüquqlarını pozur. Eləcə də indidən mülkiyyət torpaq sahəsindəki meyvə ağaclarının yığıması üçün hazırlıq görür. 2019-cu ilin noyabr ayında o, bağda olan 78 xurma ağacından 200 yaşik sataraq, 650 manat qzanc əldə etmişdir. Bu il də onun meyvə ağaclarını yığmaması üçün iddianın təmini tədbiri ilə bağlı məhkəməyə əirizə vermək məcburiyyətində qalmışlar. Çünki, Şəmkir RPŞ tərəfindən yazdığı ərizələrə cavab olaraq, məhkəmə orqanlarına müraciət etməli olduğu tövsiyə edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçı Mövsümov Fəxrəddin Ağaməmməd oğlunun nümayəndəsi İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə gəlməyən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdrıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Z.Məmmədovun 14.10. 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh DİN-nin 102 xidmətinə zəng edərək, 2 gün öncə Fəxrəddin adlı şəxsin onun evindən xurma yeşiklərini oğurlaması və həyətindəki ağacları kəsməsi barədə məlumat vermiş, aparılmış araşdırma zamanı həmin torpaq sahəsinə baxış keçirlimiş və heç bir ağacın kəsilmədiyi əksinə həmin həyətdə İddiaçı2 tərəfindən təmizlik işləri aparıldığı müəyyən olunmuşdur. Həmin yaşayış evindən və həyatyanı sahəsindən İddiaçı2 və qardaşı Cavabdeh bərabər istifadə hüquqlarına malik olduqları müəyyən edilmişdir. Hal hazırda həmin mülkün kimə aid olması barədə Şəmkir rayon məhkəməsində araşdırma aparılır. Həmçinin Cavabdeh izahatında göstərmişdir ki, qardaşı Fəxrəddin ona məxsus olan xurma yeşiklərini sındırdığı üçün ona 200 manat maddi ziyan vurmuşdur. Bununlada tərəflərin istəklərinin mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmələri məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən faktda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru E.Məmmədovun xx.xx.2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı2 DİN-nin 102 xidmətinə zəng edərək ona məxsus olan bağ sahəsindən meyvələrinin qardaşı Zaməddin, arvadı Tünzalə və oğlu Anar tərəfinən yığılaraq aparılması səbəbindən aralannda münaqişənin baş verməsini bildirmiş, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı2 və onun qardaşı Cavabdeh aralarında ata yurdu üstündə mübahisələri var və hal-hazırdada davam edir. Bu səbəbdən də aralarında tez tez münaqişlər baş verir. xx.xx.2019-cu il tarixdə Zaməddin və ailə üzvləri bağçalarında olan xurmanı yığan zaman Fəxrəddinin onları kameraya çəkmələrini görmüş və ona öz iradların bildirərək evdən çıxarmışlar. Fəxrəddin bağçadan çıxan zaman sol çiyin nahiyəsi bağçada olan ağaca dəymişdir. Həmin zaman heç bir dava dalaş olmamış və İddiaçı2 heç kim vurmamışdır. Onların aralarında ancaq sözlə mübahisə olmuşdur. Bununlada göstərilən fakt öz təsdiqini tapmamışd, göstərilən hadisə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5660/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı - cavabdehdən maddi zərərə görə 30000 manatın, 6000 ABŞ dollar borcunun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə iddiası rədd edilməsi qət olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddiasının əsası kimi göstərdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir, iddiaçı özünün irəli sürdüyü tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmış, lakin cavabdehlə həqiqətən hər ay cavabdehin ona 50 ABŞ dolları ödəməsi barədə razılaşmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə iddiaçının cavabdehin ona məxsus həyətyanı sahədə əkilmiş ağaclardan məhsul götürməsi barədə iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddiaçı qeyd edilən iddiasını da iddia ərizəsində göstərilənlərlə əsaslandırmaqla kifayətlənmiş, lakin məhkəməyə bununla bağlı, heç bir sübut təqdim etməmişdir. Həmin qətnamə üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X2 Məhkəməsi “X1” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı “maddi zərər tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onlara 700 manat maddi ziyan vurulduğunu iddia etsələr də, tələbin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdirlər. Həmin hal məhkəmə tərəfindən araşdırılmış sübutlarla da təsdiq olunmamışdır. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq,
QƏT E T D İ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı cavabdehdən maddi zərərə görə 700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb onlara ödənilməsi barədə iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev