Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-845/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 'Yelo Bank" ASC-nin xeyrinə 13 yanvar 2015-ci il tarixli kredit üzrə 7857.06 ABŞ dollan məbləğində əsas borcun və 130.07 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl " İKB ASC -dən (hazırki İddiaçı ASÇ) illik 26 faizlə 36 ay müddətinə 25575 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz cərimə borcunun və illik 5 faizlə hesablanmış məbləği cavabdehdən tutulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Baki şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7107/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 13.01.20 5-ci il tarixli. 22-G-l-0-38-15 saylı kredit müqaviləsi üzrə 6131 ABŞ dolları faiz, 14.21 ABŞ dolları cərimə və 8.15 ABŞ dolları illik 5 faizlə hesablanmış əldən çıxmış məbləğ olmaqla, cəmi 6153.36 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-84/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh Raşidovnamn apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(011)-7107/2019 saylı qətnaməsinin faiz borcu hissəsində dəyişdirilməsi, Cavabdeh xx.xx.2015-ci il tarixli 22-G- 1-0-38-15 saylı kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləğinin 299.13 ABŞ dollan məbləğində (ödənilən vaxtda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dol arının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla) müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamədən tərəfimizdən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2(l()2)- 5344/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı ASC qeyd edilən işə baxılarkən əsas borcun tutulması ilə bağlı iddia irəli sürməmişdir. Belə ki. bankın hesablamasına əsasən, cavabdehin əsas borcunun 0 ABŞ dolları olduğu nəzərə alınmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq, əlavə məhkəmə mühasibatlıq və təkrar məhkəmə mühasibatlıq ekspertizalarının yekdil rəyinə əsasən müəyyən olunmuşdur ki. xx.xx.2018-ei il tarixədək Cavabdeh tərəfindən xx.xx.2015- ci il tarixi 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə “Yelo Bank" ASC-yə 26377,65 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki. həmin məbləğin 12206,61 ABŞ dollan əsas borca. 14171,04 ABŞ dolları isə faiz borcuna silinir. Cavabdeh müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixinə əsas borcu 13368.39 ABŞ dolları, faiz borcu 299,30 ABŞ dollar təşkil edir. xx.xx.2018-ci il tarixdən sonra ödənilmiş 5511,33 ABŞ dollan məbləğində pul hesablamada nəzərə alınmamışdır. Göündüyü kimi artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə Cavabdeh iddiaçı təşkilata 13368.39 ABŞ dollan məbləğində əsas borcunun olması, cavabdehin həmin borcdan 5511.33 ABŞ dollan hissəsini ödədiyi müəyyən edilmişdir. Apırılmış ödənişləri, yəni 5511.33 ABŞ dollan məbləği cavabdehin əsas borcundan, yəni 13368.39 \BŞ dollarından çıxdıqda cavabdehin iddiaçıya xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7857.06 (133xx.xx-5511.33=7857.06) ABŞ dolları borcunun olduğu müəyyən edilir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, həmçinin ərizə ilə müraciət edərək, izahatında göstərmişdir ki, iddia tələbi əsassız olmaqla yanaşı iddia müddətinin ötürülməsi səbəbindən də rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olsa belə, iddia müddətinin ötürüldüyünə görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(011)-7107/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli, 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə 6131 ABŞ dolları faiz, 14.21 ABŞ dolları cərimə və xx.xx.2018-ci il tarixdən 2.07.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 8,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6153,36 (altı min bir yüz əlli üç dollar otuz altı sent) ABŞ dolları məbləğində borc və 60 (altmış) məhkəmə xərcləri "Nikoyr İKB ASC- nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən, 2 otaqlı, 29.01 kv.m yaşayış sahəsindən ibarət 100 nömrəli evin 7 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 65000 (altmış beş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən, 2 otaqlı, 29.01 kv.m yaşayış sahəsindən ibarət 100 nömrəli evin 7 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində Cavabdeh mənzildən çıxarılması və mənzil boşadılmasr qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-84/2022 saylı qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(011)- 7107/2019 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilmiş, cavabdeh X2 xx.xx.2015-ci il tarixli 22-G-1-0-38- 15 saylı kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 299,13 ABŞ dolları məbləğində (ödənilən vaxtda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla) müəyyən edilməsi qət edilmişdir. Qətnamədə göstərilmişdir ki, məhkəmə mühasibatlıq əlavə məhkəmə mühasibatlıq və təkrar məhkəmə mühasibatlıq ekspertizalarının yekdil rəyinə əsasən xx.xx.2018-ci il tarixinədək Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 26377,65 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 12206,61 ABŞ dolları əsas borca, 14171,04 ABŞ dolları isə daiz borcuna silinir. Cavabdeh müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixinə əsas borcu 13368,39 ABŞ dolları, faiz borcu 299,30 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixdən sonra ödənilmiş 5511, 33 ABŞ dolları məbləğində pul hesablamada nəzərə alınmamışdır. Ekspert rəyinə əsasən Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə faiz borcu düzgün hesablanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5344/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 84/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/401 saylı ekspert rəyinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə əsas borc üzrə 13.368,39 ABŞ dolları, faiz borcu üzrə 299,30 ABŞ dolları məbləğində borcu vardır. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh X4 krediti üzrə banka xx.xx.2018-ci il tarixdən (sualda göstərilən tarix) sonra 5.511,33 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Hazırki tədqiqatla borc qalığının hesablanması xx.xx.2018-ci il tarixədək (sualda göstərilən tarix) olduğundan sonradan ödənilən 5.511.33 ABŞ dolları hzırki hesablamada nəzərə alınmadı. İddia tələbinin hüquqi əsasını təşkil edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə ki, yuxarıda sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İddiaçı cavabdehlərdən xx.xx.2015-ci il tarixli 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 130.07 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin hazırki iddia tələbi əsaslı olsa da mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yenə həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2015-ci il tarixli 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimə məbləğinin ödənilməsi tələbi ilə 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin göründüyü kimi, iddiaçının tələbi xx.xx.2015-ci il tarixli 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə əsas borcun qaytarılması ilə bağlı olmamışdır. Hazırki iddia üzrə iddia müddətinin axımı müqavilə üzrə öhdəliklərin icrası müddəti yəni, xx.xx.2018-ci il tarixdən başlanmalı (kredit 36 ay müddətinə verilmişdir), iddiaçı isə pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə xx.xx.2022-ci il tarixində, yəni üç illik iddia müddətini ötürməklə müraciət etmişdir. Bununla da iddiaçı xx.xx.2015-ci il tarixli 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə tələbləri üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdehdən 'Yelo Bank" ASC-nin xeyrinə 13 yanvar 2015-ci il tarixli kredit üzrə 7857.06 ABŞ dollan məbləğində əsas borcun və 130.07 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-845/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-845/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver