Məhkəmə qərarları › İş №2(011)-8533/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8533/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8533/2024 22.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2814.9 AZN asas borc, 178.99 AZN faiz borcu, 57.22 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 3051.11 AZN borcun və 50.51 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 17 faizlə 36 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2025-ci il tarixinə kimi uzadılmışdır. 2024-cü il avqustun 29-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2814.9 AZN əsas borcu, 178.99 AZN faiz borcu, 114.44 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 3108.33 AZN borcu vardır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 114.44 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 57.22 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Bu müqaviləyə görə Bank borcalana 21 ay müddətinə, 0 ay güzəşt müddəti, 17 faiz dərəcəsi ilə 3218,58 manat kredit vəsaiti ayırmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 5000 manat məbləğində pulu təhvil almışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli 11-Z1-1-0-2775-22 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2022ci il tarixli 11-Z1-1-0-2775-22 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılmış vəsaitdir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli 11-Z1-1-0-2775-22 saylı kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavə saziş görünür ki, kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 17% təşkil edir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2022-ci il tarixli 11-Z1-1-0-2775-22 saylı kredit müqaviləsinə əlavə saziş 1-dən görünür ki, kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 180% təşkil edir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2022-ci il tarixli 11-Z1-1-0-2775-22 saylı zaminlik müqaviləsinə əlavə sazişdən görünür ki, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3218,58 manat təşkil edir, kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılır, kreditin qaytarılması gecikdirildiyi halda illik faiz dərəcəsi 17% təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə, xx.xx.2022-ci il tarixli 11-Z1-1-0-2775-22 saylı müqavilə üzrə banka 2814,9 manat əsas borc, 178,99 manat faiz borcu, 114,44 manat cərimə borcu olmaqla, cəmi 3108,33 manat borcu vardır, əsas borcdan ödənilən cəmi məbləğ 2185,1 manat, faizdən ödənilən cəmi məbləğ 1097,63 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və X1 xəbərdarlıq göndərilməklə onlardan kredit müqaviləsi üzrə borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 50,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı və Cavabdeh1 arasında sonuncuya illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilməsi barədə kredit müqaviləsi bağlanmışdır, Cavabdeh1 müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, həmçinin kredit müqaviləsinin təminatı kimi bankla digər cavabdeh R.Hacıyev arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli əlavə sazişlərə əsasən, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3218,58 AZN müəyyən edilmiş, kreditin qaytarılma müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdirlər, onlar, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdirlər. Hazırda cavabdehlərin banka olan ödənilməmiş borc məbləği 2814,9 manat əsas borc, 178,99 manat faiz borcu, 57,22 manat cərimə olmaqla, ümumilikdə 3051,11 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehlər xx.xx.2022-ci il tarixli kredit və zaminlik müqavilələrini öz riski ilə bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyırlar. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli 11-Z1-1-0-2775-22-ci il tarixli kredit müqaviləsinə əsasən ümumilikdə ödənilməmiş 2814,9 manat əsas, 178,99 manat faiz, 57,22 manat cərimə borcu olmaqla, cəmi 3051,11 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC -yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbinin həcmi alınmaqla dövlət rüsumuna görə ödənilmiş 50,51 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli 11-Z1-1-0-2775-22 nömrəli kredit müqaviləsi üzrə 2814,9 manat əsas, 178,99 manat faiz, 57,22 manat cərimə olmaqla, cəmi 3051 (üç min əlli bir) manat 11 (on bir) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat 51 (əlli bir) qəpik pul məbləği Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar