Məhkəmə qərarları › İş №2(011)-8545/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8545/2025

14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8545/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahələrinin tam boşaldılması, mülkiyyətində olan sökülmüş daş hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsi, cavabdeh tərəfindən torpaq sahəsinə istifadəyə maneələrin qadağan olunması, mülkiyyətində olan fərdi yaşayış evinin zirzəmisində cavabdehlər tərəfindən yerləşdirilən toyuq-cücə və digər ev heyvanlarının öz hesablarına çıxarılması, mülkiyyətində olan fərdi yaşayış evinin zirzəmisinin əvvəlki vəziyyətinə bərpa olunması və mülkiyyətində olan torpaq sahəsinin münbit qatının bərpa olunmaqla əvvəlki vəziyyətinə gətirilməsi, mülkiyyətinə vurulmuş ziyanın cavabdehdən tutularaq ona ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata götürülənədək İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul edilənədək iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahələrinin tam boşaldılması, mülkiyyətində olan sökülmüş daş hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsi, cavabdeh tərəfindən torpaq sahəsinə istifadəyə maneələrin qadağan olunması, mülkiyyətində olan fərdi yaşayış evinin zirzəmisində cavabdehlər tərəfindən yerləşdirilən toyuq-cücə və digər ev heyvanlarının öz hesablarına çıxarılması, mülkiyyətində olan fərdi yaşayış evinin zirzəmisinin əvvəlki vəziyyətinə bərpa olunması və mülkiyyətində olan torpaq sahəsinin münbit qatının bərpa olunmaqla əvvəlki vəziyyətinə gətirilməsi, mülkiyyətinə vurulmuş ziyanın cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. “Milliön” vasitəsilə (**********) ödənilmiş 100,60 (bir yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar