Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8557/2021 27.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Nağıyev X9 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nağıyev X8 13 avqust 2007-ci il təvəllüdlü X3 və 22.05.2009-cu il təvəllüdlü Nağıyev X1 üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.12.2016-cı il tarixli 2(011)-14145/2016 saylı Qətnaməsi ilə təyin edilmiş hər uşağa görə 100 manat, cəmi 200 manat alimentin artırılaraq hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 27.12.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Məmmədov iddanın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hər uşağa görə 125 manat olmaqla, 250 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.M.Məmmədov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər 11.02.2006-cı ildə rəsmi nikaha daxil olmular, birgə nikahdan 13 avqust 2007-ci il təvəllüdlü X5 və 22.05.2009-cu il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13.01.2010-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanmışdır, uşaqların saxlanması üçün hər uşağa 80 manat olmaqla cəmi 160 manat aliment tutulması qət edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.12.2016-cı il tarixli 2(011)-14145/2016 saylı Qətnaməsi ilə həmin məbləğ artırılaraq hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat müəyyən edilmişdir, hal-hazırda uşaqların yaşının artması, məktəb, hazırlıq, digər məsrəflər xeyli artmışdır, təyin olunmuş aliment məbləği uşaqların saxlanması üçün kifayət etmir, onların təlabatlarını ödəmir, bu səbəbdən aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Sonda R.M.Məmmədov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir, iddiaçı ilə 2010-cu ildə boşanmışdırlar, birgə nikahlarından 13 avqust 2007-ci il təvəllüdlü X5 və 22.05.2009-cu il təvəllüdlü X6 adlı iki uşaqları var, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.12.2016-cı il tarixli 2(011)- 14145/2016 saylı Qətnaməsi ilə iddiaçıya 160 manat məbləğində aliment ödəyir, hazırda çətinlik çəksə də, uşaqların saxlanması üçün aliment məbləğinin 50 manat artırılaraq, hər uşaq üçün hər ay 125 manat olmaqla, cəmi 250 məbləğində aliment ödəməyə etiraz etmir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.12.2016-cı il tarixli 2(011)-14145/2016 saylı Qətnaməsi ilə işin müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahından 13 avqust 2007-ci il təvəllüdlü X5 və 22.05.2009-cu il təvəllüdlü X6 doğulmuşdur, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-106/2010 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat aliment tutulmuşdur. İş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.12.2016-cı il tarixli 2(011)-14145/2016 saylı Qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-106/2010 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, Nağıyev X8 13 avqust 2007-ci il təvəllüdlü X3 və 22.05.2009-cu il təvəllüdlü Nağıyev X1 üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları vardır, nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmışdır və halhazırda da onun yanındadırlar, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər uşaq üçün hər ay 100 manat miqdarında aliment məbləği onların saxlanması məqsədilə yetərli deyildir və aliment məbləğinin artırılması tələbi uşaqların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.12.2016-cı il tarixli 2(011)- 14145/2016 saylı Qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların sayını, onların yaş həddini və mənafelərinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, həmçinin cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq cavabdehdən hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 13 avqust 2007-ci il təvəllüdlü X3 və 22.05.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Nağıyev X8 hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan çox olduğundan, həmçinin aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət mədaxilinə 35 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.12.2016-cı il tarixli 2(011)-14145/2016 saylı Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 13 avqust 2007-ci il təvəllüdlü X3 və 22 may 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Nağıyev X8 hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 35 (otuz beş) manat məbləğində dövlət rüsumu Nağıyev X8 alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-8557/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8557/2021
27.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver