Məhkəmə qərarları › İş №2(011)-857/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-857/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-857/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6 və Cavabdeh2 əsas borc üzrə 3029,61 manat olmaqla, faiz borcu üzrə 544,85 manat, cəmi 3574,46 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan AZ-İ 772962 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18.09.2015-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsinin 19.03.2021-ci il tarixli 05/1753-11 saylı məktubunda bildirilir ki, “Elektron notariat” informasiya sistemində 10.03.2021-ci il tarixədək aparılmış araşdırma nəticəsində Cavabdeh1 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia ərizəsində iddiaçı əsas cavabdeh kimi X5 göstərmiş, X6 18.09.2015-ci il tarixində Bakı şəhərində ölmüşdür. Qanunvericiliyə əsasən, yalnız iddia tələbinin yönələ bildiyi şəxs cavabdeh ola bilər, lakin iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman əsas cavabdeh ölmüş olduğundan və nəticədə ona qarşı tələb irəli sürmək mümkünlüyü aradan qalxdığından hazırkı iddia tələbinə də məhkəmə qaydasında baxıla bilməz. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar