Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8769/2025 27.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı, 2025 ci ilin iyun ayında Cavabdeh2 ilə tanış olmuşdur. Həmin şəxslə onu Hollandiyada işə düzəltməsi və iki illik oturum alması haqqında danışmışdırlar. Cavabdehin dediyi sözlərə, təkliflərə inanaraq, iddiaçı xx.xx.2025 ci il tarixdə, xaricdə işlə və 2 illik oturumla təmin edilmək üçün, başqa şəxslərdən borc alaraq cavabdehə 6000 (altı min) manat məbləğində pul vermişdir. İddiaçı pulu cavabdehin qardaşı, Cavabdeh2 vermişdir. İddiaçı pulun verilməsi zamanı videogörüntü qeydə almış və həmin videonu iddia ərizə ilə birgə təqdim etmişdir. Lakin, cavabdeh, iddiaçının etibarından sui istifadə edərək bu günə qədər iddiaçıya verdiyi sözü tutmamış, deyilən müddətdən xeyli zaman keçməsinə baxmayaraq onu işlə və oturumla təmin etməmiş, dəfələrlə müraciət etməyinə, cavabdehə maddi vəziyyətinin çətin olduğunu deməyinə baxmayaraq iddiaçının ödədiyi pulu geri qaytarmamışdır.
İddiaçının tələbi:
2. Cavabdehdən iddiaçının xeyrinə 5800( beş min səkkiz yüz) manat məbləğin, məhkəmə xərcləri və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2026-cı il tarixində iddiadə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5800( beş min səkkiz yüz) manat məbləğin və iddia ərizəsi üçün ödədiyi 78 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2026-cı il tarixində iddiadə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5800( beş min səkkiz yüz) manat məbləğin, iddia ərizəsi üçün ödədiyi 80.4 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş ödənilmiş 325 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirmişdir ki, İddiaçı, 2025 ci ilin iyun ayında Cavabdeh2 ilə tanış olmuşdur. Həmin şəxslə onu Hollandiyada işə düzəltməsi və iki illik oturum alması haqqında danışmışdırlar. Cavabdehin dediyi sözlərə, təkliflərə inanaraq, iddiaçı xx.xx.2025 ci il tarixdə, xaricdə işlə və 2 illik oturumla təmin edilmək üçün, başqa şəxslərdən borc alaraq cavabdehə 6000 (altı min) manat məbləğində pul vermişdir. İddiaçı pulu cavabdehin qardaşı, Cavabdeh2 vermişdir. İddiaçı pulun verilməsi zamanı videogörüntü qeydə almış və həmin videonu iddia ərizə ilə birgə təqdim etmişdir. Lakin, cavabdeh, iddiaçının etibarından sui istifadə edərək bu günə qədər iddiaçıya verdiyi sözü tutmamış, deyilən müddətdən xeyli zaman keçməsinə baxmayaraq onu işlə və oturumla təmin etməmiş, dəfələrlə müraciət etməyinə, cavabdehə maddi vəziyyətinin çətin olduğunu deməyinə baxmayaraq iddiaçının ödədiyi pulu geri qaytarmamışdır
8. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir.
İş materiallarına əlavə edilmiş sənədlər:
9. xx.xx.2025-ci il Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri, Nəsimi RPİ 19-cu X2 görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 1-NK/2911 (19 PŞ) №-li araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və material üzrə izahatı alınmış Cavabdeh1 izahatında hazırda Hollandiyanın Amsderdam şəhərində ailəsi ilə birlikdə yaşayı qardaşı Cavabdeh2 2025ci ilin iyun ayında İddiaçı borc olaraq 6000 manat pul aldığını, pulun alınmasında və verilməsində iştirakı olmadığını bildirmişdir.
10. xx.xx.2026-cı il tarixli müqavilədən görünür ki, Vəkil İddiaçı hüquqi yardım göstərməsi müqabilində iddiaçının vəkilinə 325 manat məbləğində ödəniş etməyi öhdəsinə götürür.
11. Mülki iş materiallarına əlavə edilmiş disk və fləşkart, digər sənədlər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
Məhkəmənin mövqeyi:
15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
18. Məhkəmə araşırması zamanı məlum olmuşdur ki, tərəflər arasında razılıq əldə olunmuş, bir tərəf (iddiaçı) digər tərəfə (cavabdehə) pul ödəməyi öhdəsinə götürmüş, dogər tərəf isə əvəzində müəyyən xidmətlər göstərməyi vəd etmişdir. Mülki işin hllarından görünür ki, tərələr arasında əvəzli, konsensual müqavilə bağlanmışdır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Müqavilə azadlığı və mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi prinsipinə uyğun olaraq mülki qanunvericilik imkan verir ki, tərəflər Mülki Məcəllədə sadalanan öhdəliklərin icrası ilə bağlı istənilən formada müqavilə bağlaya bilərlər.
19. Məhkəmə araşdırması zamanı tərəflər arasında etibarlı müqavilə münasibətlərinin yarandığı müəyyən edilmiş, müqavilənin etibarsızlığı halları aşkarlanmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik münasibətlərinə qanunun analogiyasına uyğun olaraq borc müqaviləsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
20. Məhkəmə hesab edir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh1 borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2).
21. Məhkəmə ödənilməli pulun Cavabdeh1 Böyükaöa oğluna münasibətdə əsaslı hesab edir, digər Cavabdeh2 münasibətdə təmin edilməməli olduğu qənaətinə gəlir.
22. Belə ki, mülki iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmaması haqqında qərardan görünür ki, qeyd edilən məbləğ iddiaçı tərəfindən Cavabdeh1 ödənilmiş, Cavabdeh1 verdiyi izahında həmin məbləği aldığını etiraf etmiş, lakin pulu digər cavabdehə göndərdiyini qeyd etsə də bu halı sübut edən hər hansı dəlil məhkəməyə nə iddiaçı, nə də cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə ki, xx.xx.2025-ci il Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri, Nəsimi RPİ 19-cu X2 görünür ki, material üzrə izahatı alınmış Cavabdeh1 izahatında hazırda Hollandiyanın Amsderdam şəhərində ailəsi ilə birlikdə yaşayı qardaşı Cavabdeh2 2025-ci ilin iyun ayında İddiaçı borc olaraq 6000 manat pul aldığını, pulun alınmasında və verilməsində iştirakı olmadığını bildirmişdir.
23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 5800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78 (yetmiş səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
25. Hüquqi yardım göstərilməsi üçün İddiaçı tərəfindən 325 (üç yüz iyirmi beş) manat məbləğində pul vəsaiti ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən 325 (üç yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.
26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh1 5800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin.
4. Cavabdeh1 göstərilmiş hüquqi yardımın əvəzi olaraq 325 (üç yüz iyirmi beş) manat pul tutularaq iddiaçı X1 ödənilsin.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova