Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8848/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 2800 manat məbləğində pul vəsiti və 48 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh iddiaçı olaraq İddiaçı artıq 15 ildirki tanıyır. Cavabdeh ona birlikdə iş qurub aylıq qazac əldə edə biləcəklərini bildirmişdir. Buna görədə iddiaçı ona inanıb və onunla razılaşıb Cavabdeh 3.000 manat pul vermişdir. Cavabdeh verdiyi 3.000 manat pulun müqabilində hər aya 500 manat ona qazanc verməli idi. Lakin verdiyi vədə əməl etməmişdir. Buna görə də cavabdehin ona 3.000 manat borcu yaranmışdır və artıq bunun üstündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmaqdan boyun qaçırtmışdır. Cavabdeh ona yalan danışaraq və onu aldadaraq iddiaçıya borclu olduğu 3.000 manat pulunu vermir. Cavabdeh borcunu iddiaçıya qısa müddətə qaytarmağı öhdəsinə götürsədə hələdə ona borclu olduğu 3.000 manat puldan 200 manat geri qaytarmışdır. Qalan 2.800 manat pulunu cavabdehdən istəsə də vermiyərək imtina etmişdir. Bu səbəbdən də aralarında yaranan borc üstündə mübahisəyə görə iddiaçı olaraq o İddiaçı Cavabdeh Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə şikayət etmişdi. Polis bölməsində onların izahatları almış, Cavabdeh polisə gələrək ona borclu olduğunu etiraf etmişdir və qalan 2.800 manat borcunu guya ki, 3 ay ərzində qaytaracağını bildirmişdir. İddiaçı yenə də cavabdehdən borclu olduğu 2.800 manat məbləği tələb etsə də cavabdeh ona borclu olduğu 2.800 manat pulu qaytarmamaq üçün min bir bahanə gətirir. Tərəflərin izahatları: İddiaçı və onun mümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatdında iddianı qəbul etdiyini bildirərək, verdiyi izahatında bildirmişdir ki, iddiaçı ona 3500 manat borc pul verib. O həmin puldan 500 manat bir, 200 manat bir olmaqla cəmi 700 manat pul qaytarıb. Hazırda iddiaçıya 2800 manat borcu qalıb. İşin halları İddiaçı Cavabdeh iş qurub qazanc əldə etmək məqsədilə 3500 manat borc pul vermişdir. Tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh İddiaçı pulu qısa müddətdə qaytarmağı öhdəsinə götürsə də, üzərinə aldığı öhdəliyi yerinə yetirməmiş, pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh borcdan 700 manat geri qaytarmışdır. Hal-hazırda cavabdehin iddiaçıya 2800 manat borcu qalmışdır (Xəta RPİ-nin 35-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Rəşad Nurinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd olunması haqqında” Qərarı). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslar. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan borc pul almışdır və kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdurlar. Lakin, cavabdeh borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmiş, borcdan 2800 manat məbləği geri də ödəniş etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun geri ödənilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli Cavabdeh 2800 manat məbləğində vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 48 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8848/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8848/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver