Məhkəmə qərarları › İş №2(011)-8998/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8998/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8998/2024 24.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə 17.000 manat borcdan qalmış 8.000 manat pulun birdəfəlik tutularaq iddiaçıya qaytarılması və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək tərəflər arasında mübahisə ilə bağlı qətnamənin olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, iddiaçılar X1 və İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(011)-3008/2018 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh ödəniş gününə qüvvədə olan məzənnə ilə 14.000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6349/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6349/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7312/2018 saylı 13 noyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda tələb etdiyi məbləğ yuxarıda istinad edilən məhkəmə qərarı ilə qiymət verilmiş məbləğdir. Tərəflər qətnamənin icrası zamanı aralarında razılığa gəlmişlər və cavabdeh qətnamə ilə tutulmuş məbləğin bir qismini iddiaçıya ödəmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən öənilməyən qalıq məbləği tələb edir. İddiaçı yuxarıda istinad edilən qətnamənin icrasını tələb etmək əvəzinə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə qətnaməsi mövcud olmuşdur. Bu səbəbdən hazırkı 2(011)- 8998/2024 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair 2(011)-8998/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar