Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-901/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh X4 nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh X9 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və onun ailə üzvlərinin üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə və ona inventarlaşma işinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmağına şərait yaradılması öhdəçiliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 40 saylı Notariat Ofisinə 10.05.1930-cu il təvəllüdlü mərhum atası X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir, Bakı şəhər 40 saylı Notariat Ofisi tərəfindən müraciəti əsasında vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi kimi tanınmışdır, Bakı şəhər 40 saylı Notariat ofisinin məktubunda qeyd edilmişdir ki, bütün daşınmaz əmlakına dair mərhum X6 adına mülkiyyət hüququ haqqında sənəd verildikdən sonra vərəsələrin dairəsi müəyyən ediləcək və mərhum atasının vərəsələrinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir, bu səbəbdən Bakı şəhər 40 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə vərəsəlik işinin açıldığı barədə məktub göndərilmişdir. Mərhum atasının adına 1970-ci ildə Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport aşkar olmuşdur. 16.12.2020-ci il tarixli ərizə ilə Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı evin atasının adına özəlləşdirilməsini vərəsə kimi payının ayrılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 25.01.2021-ci il tarixli **********99 nömrəli imtina məktubu verilmişdir ki, texniki inventarlaşdırma işlərinin aparılması üçün ünvan 1 ünvanında idarənin mütəxəssisinə şərait yaradılmadığı üçün ərizənin icrası mümkün olmamışdır, üçüncü şəxslə əlaqə yaratmışdır və cavabdehin mütəxəsislərinə şərait yaradacağına razılaşmışdır və 14.06.2021-ci il tarixdə cavabdehə yenidən ərizə ilə müraciət etmişdir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.06.2021-ci il tarixli **********30 nömrəli məktubla qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********993 nömrəli 25.01.2021-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan həmin ünvanda özbaşına məskunlaşmış üçüncü şəxs onun iştirakı ilə cavabdeh idarənin mütəxəsisləri ünvana buraxmışdır, cavabdeh X11 və ailə üzvləri X18 Komitəsinin 1 saylı Bakı şəhər ərazi idarəsinin mütəxəsislərinə mərhum atasından qalmış ünvan 1 saylı fərdi yaşayış evinə daxil olmalarına imkan verməmişlər və bu səbəbdən də miras əmlakın özəlləşdilməsinə maneələr yardılmışdır. Cavabdeh S.B.Qaharmanov 14.01.2022-ci il tarixdə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, ailə üzvləri ilə birlikdə atasından ona miras qalmış, Bakı şəhəri, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı özbaşına tikilmiş evdə bu günə kimi yaşayır, vaxtı ilə iddiaçı, yəni qardaşı X1 arvadının anası ilə mübahisələri olduğundan, iddiaçı ilə belə bir razılaşmaya gəlmişlər ki, xüsusi mülkiyyətində olduğu, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 20/19 saylı evi və torpaq sahəsini iddiaçı X2 verir, əvəzində isə özü indiki sözügedən mübahisələndirilən evə köçür, 29 mart 2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən, torpaq sahəsini və onun daxilində olan evi bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamışdır, əvəzində isə atasından miras qalmış Bakı şəhəri, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı ev evə köçmüşdür, o vaxtdan etibarən indiki vaxta qədər burada öz ailə üzvləri ilə yaşayır, sözügedən mübahisəli Bakı şəhəri, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı torpaq sahəsinin hər hansı bir hüquqi sənədi yoxdur və eyni zamanda həmin sözgedən torpaq sahəsində xeyli saylı özbaşına olan tikililər var, iddiaçı hər dəfə ailə üzvləri ilə yaşadıqları evə gələndə mübahisələr edir, onların ünvanına təhqiredici ifadələr işlədir, bir sözlə iddiaçının onun yaşadığı mübahisəli evə daxil olması gələcəkdə mübahisə predmeti ola bilər, çünki sonuncu dəfə Azərbaycan Pespublikası Daşınmaz Əmlakın əməkdaşları ilə gəldiyi zaman orada ona və ailəsinin ünvanına xoşagəlməz təhqir edici ifadələr işlətmiş, bu barədə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsində İddiaçı barədə maierial da var, bu bir daha onu sübut edir ki, iddiaçı sözügedən evə daxil olması hər hansı bir cinayətin törənməsinə səbəb ola bilər, elə ona görə də, hesab edir ki, iddiaçı ona və ailə üzvlərinin üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə (mütəxəssislərinə) və ona invertarlaşma işinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmaqlarına şərait yaradılması öhdəçiliyinin qoyulması tələbinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Q.S.Qaharmanov etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 14.10.2020ci il tarixli məktubun surətindən görünür ki, 10.05.1931-ci il tarixdə anadan olmuş, ölən günədək, yəni 16.05.2020-ci il tarixədək ünvan 4 ünvanında yaşamış mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqıda şəhadətnamənin verilməsi ilə bağlı oğlu İddiaçı tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır, daşınmaz əmlakına dair X7 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra vərəsələrin dairəsi müəyyən ediləcək və onun vərəsələrinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 16.10.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1972-ci il tarixli Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ev sahibi X10r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən mənzilə dövlət reyestrindən çıxarış verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, 25.01.2021-ci il tarixli məktubda göstərilmiş iradlar aradan qaldırılmadığından Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən mənzilə dövlət reyestrindən çıxarış verilməsindən təqdim olunmuş sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığından imtina olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evində hazırda cavabdeh Səftər Qaharmanov ailəsi ilə birlikdə yaşayır, iddia tələbi iddiaçı və digər şəxslərin mübahisəli yaşayış evinə daxil olmasına cavabdeh və onun ailə üzvləri tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədədir, həmin əmlaka dair mülkiyyət hüququ müvafiq dövlət reyesterində qeydiyyata alınmamış, həmçinin sözügedən ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı bir sənəd müəyyən deyildir. Bundan başqa, mübahisəli əmlakın miras qoyanın əmlak hüquqlarının toplusuna daxil olması da iş materialları ilə müəyyən olunmur. Bununla belə, İddiaçı mübahisəli yaşayış sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, hazırkı vəziyyətdə, yəni mübahisəli mənzildə cavabdeh və onun ailə üzvlərinin yaşaması, iddiaçının isə həmin mənzil üzrə miras əmlaka hüquqlarını təsdiq edən əsasların (miras əmlaka dair vərəsəlik şəhadətnaməsi) olmaması, həmçinin də miras qoyanın adına mənzilin mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmaması halında, mənzildə yaşayanların iradəsi əleyhinə oraya daxil olmaq, mənzildə yaşayanların konstitusiya ilə müəyyən olunan mənzil toxunulmazlığı hüququ ilə ziddiyyət təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlİənİn 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcələnin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh X9 qarşı “cavabdeh və onun ailə üzvlərinin üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə və ona inventarlaşma işinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmağına şərait yaradılması öhdəçiliyinin qoyulması” barədə iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu (100 manat) iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X9 qarşı “cavabdeh və onun ailə üzvlərinin üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə və ona inventarlaşma işinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmağına şərait yaradılması öhdəçiliyinin qoyulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-901/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-901/2022
18.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver