Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-903/2022 31.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin birdəfəlik 50000 (əlli min) manat, həmçinin mərhumun sığorta pulu və 12 iyul 2018-ci il təvəllüdlü övladı X2 18 yaşı tamam olanadək, yəni 12 iyul 2036-cı ilədək hər ay 400 manat miqdarında pulun Cavabdeh MMCdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X3 ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini, həmin hüquqi şəxsin qeydiyyat ünvanının Nizami rayonunda yerləşdiyindən mülki işin baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdeh "xxxx" MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyatı qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyatı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ 1029 ünvan 2r. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yurisdiksiyasına aid olduğundan mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. MPM-nin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 (on) gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənləri əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1 və 39.1ci və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-903/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-903/2022
31.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver