Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-913/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi. İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi və Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, ev 136 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 14 iyun 1990-cı ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan 2 övladı var. Övladları yetkinlik yaşına çatmışdır. Bir müddət cavabdehlə mehriban münasibətləri olsa da, lakin bu uzun çəkməmişdir. Ailə daxili problemlər və ən əsası xasiyyətlərinin qətiyyən uyğun gəlməməsi səbəbindən İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuşdur. Tərəflər birgə nikah dövründə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, ev 136 ünvanında ev tikmişdir və hal-hazırda da cavabdeh həmin mənzildə yaşayır. Göstərilən ev birgə nikah dövründə əldə olunmuş vəsait hesabına tikilmişdir və həmin evdə iddiaçının istifadə hüququ vardır. Ona görə də məhkəmə qətnaməsi ilə həmin evə iddiaçının istifadə hüququ təmin edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və ərizənin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, ev birgə nikah dövründə əldə edilsə də, onun tikintisinə özü xərc çəkmişdir. Evin hər hansı sənədi yoxdur. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə 1990-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, tərəflərin nikahı İsmayıllı Rayon Məhkəməsinin 2(037)-972/2020 saylı, 16 dekabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin mənzilə istifadə hüququnun yaranması ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, ev 136 ünvanında yerləşən ev özbaşına tikilidir. Belə ki, evlə bağlı hər hansı hüquqi sənədləşmə mövcud deyildir. Qanunvericiliyin tələbinə əsasən istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsidir və əmlaka dair istifadə hüququnun yaranması üçün əmlak dövlət qeydiyyatına alınmış olmalıdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, istinad edilən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır, iddiaçının həmin evə dair istifadə hüquqları tanına bilməz. Yuxarıda sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - iddia tələbinin təmin edilməsi və Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, ev 136 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququnun tanınması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-913/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-913/2025
28.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver