Məhkəmə qərarları › İş №2(011)-9217/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9217/2024

23.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9217/2024 23.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçılar Partina Alla Valeryevna, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:

1. İddiaçılar Partina Alla Valeryevna, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

İşə baxan məhkəmənin mövqeyi:

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Belə ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməsi, həmin şəxsin məhkəmə iclasına çağırılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır.

5. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. AR MPM-nin 35.1-ci maddəsinə görə iddia Xətai Rayon Məhkəməsinə deyil, cavabdehin rəsmi qeydə alındığı ünvan ərazisində yerləşən rayon məhkəməsinə verilməlidir.

6. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Xətai rayonunda qeydiyyatda olmadığından iddiaçının hazırki iddia ərizəsi MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması yol verilməzdir, bu son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur.

7. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından İddiaçı2 tərəfindən xx.xx.2024-cü il tarixdə “Kapital Bank” ödəniş sistemi vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 50 (əlli) manat dövlət rüsumu və iddiaçı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə “Kapital Bank” ödəniş sistemi vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 170 (yüz yetmiş) manat dövlət rüsumu geri qaytarılmalıdır.

8. Eyni zamanda iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçılara izah olunur.

9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ:

1. İddiaçılar Partina Alla Valeryevna, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.

2. İddiaçılar Partina Alla Valeryevna, İddiaçı2 və İddiaçı3 hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.

3. İddiaçı2 tərəfindən xx.xx.2024-cü il tarixdə “Kapital Bank” ödəniş sistemi vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 50 (əlli) manat dövlət rüsumu və iddiaçı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə “Kapital Bank” ödəniş sistemi vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 170 (yüz yetmiş) manat dövlət rüsum geri qaytarılsın.

4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar