Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-93/2021 05.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, nümayəndəsi və vəkili X10, Cavabdeh1, Cavabdeh2, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və “xxxx” MMC-yə qarşı “mənzilin yerləşdiyi binanın daşıyıcı divarında cavabdehlər tərəfindən qanunsuz açılmış qapı boşluğunun ləğv edilərək divarın əvvəlki layihə vəziyyətinə gətirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və “xxxx” MMC-yə qarşı “mənzilin yerləşdiyi binanın daşıyıcı divarında cavabdehlər tərəfindən qanunsuz açılmış qapı boşluğunun ləğv edilərək divarın əvvəlki layihə vəziyyətinə gətirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, ev (giriş) 21-də yerləşən, 724 nömrəli mənzilin yerləşdiyi mərtəbədə binanın daşıyıcı divarında cavabdehlər tərəfindən qanunsuz açılmış qapı boşluğunun ləğv edilərək daşıyıcı divarın əvvəlki layihə vəziyyətinə gətirilməsi (bərpa edilməsi) vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə xx.xx.2016-cı il tarixli 2241 nömrəli "çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilə bağlamış, həmin tarixli AXU 338 nömrəli kassa mədaxil orderi əsasında mənzilin dəyərini ödəyərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, ev (giriş) 21-də yerləşən, 724 nömrəli, ümumi sahəsi 137 kv.m olan mənzili almışdır. Mənzillə bağlı tikinti şirkəti və ya hər hansı üçüncü şəxs qarşısında icra edilməmiş öhdəliyi qalmamış və ailəsi ilə birlikdə həmin mənzildən hazırda istifadə edir. Ona məxsus mənzil elektrik enerjisi, su və qazla təmin edilmiş və bununla bağlı müvafiq qurumlarla müqavilələr bağlanmışdır. Sonradan onun mənzilinin yerləşdiyi bina da daxil olmaqla "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarının idarəetməsi "X23 LTD" MMC-yə həvalə edilmişdir. "X23 LTD" MMC ilə arasında təsərrüfat xidmətlərinin görülməsi ilə bağlı müvafiq müqavilə də bağlanılmışdır. Onda olan məlumata əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onunla eyni mərtəbədə, yəni, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, ev (giriş) 21-də yerləşən, 723 nömrəli mənzili xx.xx.2019-cu il tarixdə almış və onun mənzilinə bitişik, binanın beton daşıyıcı divarından əlavə qapı açmışlar. Açılan qapının yerləşdiyi divar yaşayış binasının daşıyıcı divarıdır. Bu hal isə binanın hər an uçması, yaşayan sakinlərin həyatına ciddi təhlükə yaratmış, yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün etmiş və qapının açılması qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydaları kobud şəkildə pozmuşdur. Qanunsuz qapının açılması bir qonşu kimi onun hüquqlarını və qanuni mənafelərini pozmaqla yanaşı, eyni zamanda onun və ailəsinin həyat və sağlamlığına təhlükə yaradır. Cavabdehlərə o və həyat yoldaşı Bayramov Elman tərəfindən 2019-cu ilin təxminən oktyabr ayından başlayaraq bununla bağlı irad tutulduqda cavabdehlər qanunsuz açılmış qapını tez bir zamanda bağlayacaqlarını və yaranmış təhlükəni aradan qaldıracaqlarını bildirmişlər.Sonradan isə məlum olmuşdur ki, cavabdehlər nəinki qapını bağlayaraq daşıyıcı divarı əvvəlki vəziyyətə gətirməmişlər, əksinə öz qanunsuz əməllərinə qanuni don geydirmək üçün açılan qapı ilə bağlı sonradan hansı qaydada bərkitmə işləri apara biləcəkləri barədə təsərrüfat hesablı "Azkommunlayihə" KLİ ilə müqavilə bağlamış və müvafiq rəy almışlar. Hesab edir ki, cavabdehlər qüvvədə olan qanunvericiliyin tələbini kobud şəkildə pozaraq əvvəlcədən səlahiyyətli orqana müraciət edərək müvafiq razılıq və layihələndirmə işləri aparmadan binanın daşıyıcı divarında qapı açmışdır. Ancaq buna etiraz etdikdən və müvafiq orqanlara müraciət etdikdən sonra, cavabdehlər öz əməllərinə qanuni don geydirmək üçün sənəd toplamağa çalışırlar. Bütün bu qanunsuzluqla bağlı AR Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli məktubu ilə, iddia ərizəsində qeyd edilən qanunsuzluqlar bir daha təsdiq edilmiş və idarəedici şirkətdən qapının bağlanılması tələb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4, onun nümayəndəsi və vəkili X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1, Cavabdeh2, onun nümayəndəsi və vəkili X6 izahatlarında iddia tələbinin əsassız olduğunu göstərərək, təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və “xxxx” MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 2241 saylı müqavilədən və eyni tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, ev (giriş) 21-də yerləşən, 724 nömrəli, ümumi sahəsi 137 kv.m olan mənzil iddiaçı tərəfindən əldə edilmişdir və dəyəri tam olaraq ödənilmişdir. “xxxx” MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilələrdən və maliyyə arayışlarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən blok XXİ saylı coxmənzilli yaşayış binasının İX mərtəbəsində, 2 otaqlı 64 kv.metr mənzil Cavabdeh2, 2 otaqlı 84 kv.m. sahəsi olan mənzil Cavabdeh1 tərəfindən əldə olunmuş və dəyəri tam olaraq ödənilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 həqiqətən Bakı şəhəri, Xətai rayonu, Xocalı pr.29 ünvanında inşa olunan 21-ci blok, 9-cu mərtəbə, 148 kvm sahəsi olan 723 saylı mənzili xx.xx.2019-cu il tarixdə almışlar. Aldıqları mənzildə binanın beton pərdəsində əsas giriş qapısından əlavə olaraq, ikinci qapı yeri, mənzilin əvvəlki sahibi həmçinin, binanın keçmiş rəhbəri olan X19 tərəfindən 2010-cu ildə qoyulmuşdur. Evin birinci sahibi X19 sözü gedən mənzili X5, Şəbinə isə həmin mənzili Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixində satmışdır. Cavabdeh1 və Cavabdeh2 723 saylı mənzili binanın beton pərdəsində qapı boşluğu açılmış formada almışlar. Mənzilin dəyərini tam şəkildə ödəmişlər. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli, notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X12 və X7 müvafiq olaraq xx.xx.2016-ci tarixli 2066 saylı və xx.xx.2019-cu il tarixli 225 saylı müqavilələr üzrə Baki şəhəri,Xətai rayonu, Xocali prospekti, 29 ünvaninda yerləşən 21-ci blok 9-cu mərtəbəsində 3 otaqli 148 kv.m sahəsi olan 723 sayli mənzili alarkən nağd şəkildə ödəniş etdiklərini, mənzili alarkən və satarkən binanin beton pərdəsində əsas giriş qapisindan əlavə olaraq 2-ci qapi yerinin mövcud olduğunu bildirmiş və yazilanlari imzaları ilə təsdiq etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-490/2020 saylı qərardadından görünür ki, Cavabdeh2 Cavabdeh1 qarşı əmlak tələbi barədə mülki iş üzrə xx.xx.2020-ci tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilmişdir: “1. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən blok XXİ saylı coxmənzilli yaşayış binasının İX mərtəbəsində, 3 otaqlı 148 kv.m. sahəsi olan 723 saylı mənzil binanın inşa olunmasını sifariş edən "X23 LTD" MMC-nin yazılı razılığı və təsdiq olunmuş bölgü sxemi əsasında tərəflər arasında naturada bölünsün.
2. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən blok XXİ saylı coxmənzilli yaşayış binasının İX mərtəbəsində, 3 otaqlı 148 kv.m. sahəsi olan 723 saylı mənzili tərəflər almamışdan öncə artıq mənzildə olan iki giriş qapıları tərəflərin özlərinə məxsus olan sahələrinin giriş qapıları hesab edilsin.
3. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən blok XXİ saylı coxmənzilli yaşayış binasının İX mərtəbəsində, 3 otaqlı 148 kv.m. sahəsi olan 723 saylı mənzil fərqli iki girişə malik iki ayrı mənzil hesab olunmaqla, 64 kv.metr olan bir mənzilə iddiaçı Cavabdeh2 sahiblik və istifadə hüququ, 84 kv.m. sahəsi olan ikinci mənzilə isə Cavabdeh1 sahiblik və istifadə hüququ müəyyən olunsun.” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli, 37/Ş-01274 saylı məktubundan görünür ki, Xocalı prospekti, ev 29, 21-ci blok, 723 saylı (9-cu mərtəbə) cavabdehlərə məxsus olan mənzilin daxilində yeni planlaşdırma işlərinin aparılmasına münasibət bildirilməsinə dair Agentliyə ünvanladıqları 24. 01. 2020-ci il tarixli müraciətə baxılmış, müəyyən edilmişdir ki, “X24 LTD” MMC tərəfindən sözügedən 3 otaqlı mənzili ilkin layihədən fərqli olaraq iki mənzilə bölmək məqsədi ilə 3-4 oxları arasında E oxu boyuna dəmir-beton diafraqmada 1.7 x 2.1 (h) metr ölçüdə qapı boşluğu açılmışdır. Təqdim edilmiş sənədlərə görə “X24 LTD” MMC-nin xx.xx.2019-cu il tarixli 34 saylı məktubunda göstərilmişdir ki, 723 saylı mənzildə əlavə qapı boşluğu Cavabdeh1 və Cavabdeh2 mənzili almamışdan əvvəl açılmışdır. Həmçinin təqdim olunan sənədlərdən məlum olur ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-490/2020 saylı, xx.xx.2020-ci il tarixli qəradadı ilə üç otaqlı 148 m2 sahəsi olan 723 saylı mənzil "X24 LTD” MMC-nin yazılı razılığı və təsdiq olunmuş bölgü sxemi əsasında tərəflər arasında iki hissəyə bölünmüşdür. Açılmış qapı boşluğunun ölçülərinin böyük olduğunu nəzərə alaraq mənzilin hal-hazırkı sahibləri Cavabdeh1 və Cavabdeh2 qapı boşluğu ətrafının gücləndirilməsi və ölçülərin kiçildilməsi ilə bağlı müvafiq layihənin işlənməsi üçün “Azkommunallayihə” KLİ-na sifariş vermişlər. “Azkommunallayihə” KLİ tərəfindən işlənmiş layihənin işçi cizgilərinə uyğun olaraq dəmirbeton diafraqmada mövcud qapı boşluğunun eni 70 sm azaldılmış və boşluqda normalara uyğun gücləndirmə işləri yerinə yetirilmiş, təhlükə aradan qaldırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nun 21.08 .2020-cu il tarixli rəyindən göründüyü kimi, Agentliyin xx.xx.2020-ci il tarixli 34/04257 saylı və xx.xx.2020 ci il tarixli 34/06946 saylı məktubları ilə əlaqədar Bakı şəhəri Xətai Rayoı Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1604/2020 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 Ruzbel oğluna və Cavabdeh2 qarşı mənzilin yerləşdiyi binanın daşıyıcı divarında cavabdehlər tərəfindən qanunsuz açılmış qapı boşluğunun ləğv edilərək divarın əvvəlki layihə vəziyyətinə gətirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsinə dair iddia ərizəsi ilə bağlı “Azkommunlayihə” KLİ -nun mühəndisi X8 tərəfindən öz ixtisas və səlahiyyəti çərçivəsində verilmiş suallar cavablandırılmışdır. “1) Sual - Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 29, ev (giriş) 2 ünvanında yerləşən İddiaçı məxsus 724 nömrəli mənzilin yerləşdiyi mərtəbədə binanın daşıyıcı divarında sonradan açılmış qapı hazırda qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti norma qaydalarına uyğundurmu? Cavab: Cavabdeh1 məxsus 723 nömrəli mənzilin monolit dəmir-beton divarında açılmış qapı boşluğu layihə əsasında tikinti norma və qaydalarına uyğun bərpa gücləndirmə işləri aparılmışdır. 2) Sual - Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 29, ev (giriş) 2 ünvanında yerləşən cavabdehlər Cavabdeh1 məxsus 723 nömrəli və Cavabdeh2 məxsus 723A nömrəli mənzil Bakı şəhəri, Xəta rayonu Xocalı prospekti 29, ev(giriş) 21 ünvanında yerləşən İddiaçı məxsus 724 nömrəli mənzilə sərbəst giriş çıxışına maneə yaradırmı? Cavab: Cavabdeh1 məxsus 723 nömrəli və Cavabdeh2 məxsus 723A nömrəli mənzil İddiaçı məxsus 724 nömrəli mənzilə giriş-çıxışına maneə yaratmır. 3) Sual - Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 29, ev (giriş) 21 ünvanında yerləşən Cavabdeh1 məxsus 723 nömrəli və Cavabdeh2 məxsus 723A nömrəli mənzillərdə aparılmış yenidənqurma (qapı açılması, ara divarlarının sökülməsi, yeni arakəsmələrin tikilməsi və s.) işləri “X23 LTD” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 29, ev (giriş) 21 ünvanında inşa edilmiş yaşayış binasına və onun təhlükəsizliyinə hər hansı təsir (sökülmə, uçma, çökmə, dağılma və s.) göstərirmi? Cavab: Cavabdeh1 məxsus 723 nömrəli mənzilin monolit dəmir-beton divarında açılmış qapı boşluğu layihə əsasında tikinti norma və qaydalarına uyğun bərpa gücləndirmə işləri aparıldığından yaşayış binasının dayanıqlığı üçün hər hansı təhlükə yaratmır.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli, 10/2995 saylı rəyindən göründüyü kimi, aprılmış tədqiqatla, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azkommunlayihə» KLİ-nun mühəndisi tərəfindən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinin məlumatlarına əsəsən, X9 məxsus 723 nömrəli mənzilin monolit dəmir beton divarında açılmış qapı boşluğu layihəyə əsasında tikinti norma və qaydalarına uyğun bərpa gücləndirmə işlərinin aparılaraq tikinti norma və qaydalarına uyğun olduğu müəyyən edilir. Cavabdehlər Cavabdeh1 Rüzbəh oğluna 723 nömrəli mənzil və Cavabdeh2 Eeduard qızına məxsus 723 A nöirəli İddiaçı məxsus 724 nömrəli mənzilə sərbəst giriş-çıxışa maneə yaratmadığı müəyyən edilir. Cavabdeh1 məxsus 723 nömrəli mənzilin monolit dəmir-beton divarlarında açılmış qapı boşluğu layihə əsasında tikinti norma və qaydalarına uyğun bərpa gücləndirmə işləri aparıldığından yaşayış binasının dayanıqlığı üçün hər hansı (sökülmə uçma, çökmə, dağılma və s.) təhlükə yaratmadığı müəyyən edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1 tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X17 Məhkəməsi “X3” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların – yəni özbaşına tikintinin müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülməsi nəzərdə tutulmuşdur. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, ev (giriş) 21-də yerləşən, 724 nömrəli mənzilin yerləşdiyi mərtəbədə binanın daşıyıcı divarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılmış qapı boşluğunun onun hüquqlarını pozduğunu və maraqlarına toxunduğunu iddia etməsinə baxmayaraq bu barədə iddia ərizəsinə heç sübut təqdim etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda İddiaçı mübahisə ilə bağlı maraqlı tərəf deyildir, onun Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia tələbini irəli sürmək hüququ yaranmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2995 saylı rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 100 manat olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəti olan 100 manat İddiaçı aid edilməklə ondan dövlət nəfinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və “xxxx” MMC-yə qarşı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, ev (giriş) 21-də yerləşən, 724 nömrəli mənzilin yerləşdiyi mərtəbədə binanın daşıyıcı divarında cavabdehlər tərəfindən qanunsuz açılmış qapı boşluğunun ləğv edilərək daşıyıcı divarın əvvəlki layihə vəziyyətinə gətirilməsi (bərpa edilməsi) vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev