Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-933/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsindən irəli gələn “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 756 manat məbləğində əsas borc, 785,35 manat faiz borcu olmaqla, ümumilikdə 1541,35 manat məbləğində borcun və 35,82 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.İ.Səmədov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 04.09.2020-ci il tarixdə, 101804- 896207/1 saylı kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir, borcalan əsas öhdəliyi icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur, cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmuşdur, 09 dekabr 2021-ci il tarixinə cavabdehin 756 manat məbləğində əsas borc, 785,35 manat faiz borcu olmaqla, ümumilikdə 1541,35 manat məbləğində borcu mövcuddur, müqaviləyə əsasən, borcalan, yəni cavabdeh kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bank xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarını banka ödəməyi öhdəsinə götürmüşdür, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Sonda E.İ.Səmədov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC və Cavabdeh arasında 04.09.2020-ci il tarixdə, 101804-896207/1 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank kredit alana 12 ay müddətinə, illik 19% dərəcəsi ilə şəxsi istehlak məqsədilə 1000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Kredit müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, müştəri Cavabdeh 12 ay müddətinə illik 19% dərəcəsi ilə 1000 manat məbləğində kredit ayrılmışdır, aylıq ödəniş 92,16 manatdır. İş materiallarında olan 04.09.2020-ci il tarixli, TT202484GZX3 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh 1000 manat məbləğində krediti bankdan almışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 20.10.2021-ci il tarixdə cavabdehə 1348,57 manat borcunu 23 oktyabr 2021-ci il tarixinədək ödəməsinə dair 18.10.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 09.12.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh banka 756 manat məbləğində əsas borc, 785,35 manat faiz borcu olmaqla, ümumilikdə 1541,35 manat məbləğində borcu mövcuddur, kredit müqaviləsi üzrə gecikmə 338 gün təşkil edir. İş materiallarında olan 09.12.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 35,42 manat dövlət rüsumu, 0.40 qəpik bank xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18.03.2022-ci il tarixli, 9/985 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 04.09.2020-ci il tarixli, 101804-896207/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh 09.12.2021-ci il tarixə olan borcu əsas borc üzrə 752,22 manat, faiz borcu üzrə 139,35 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 19 % faiz olmaqla 12 ay müddətinə şəxsi istehlak məqsədilə 1000 manat məbləğində kredit ayrılması barədə İddiaçı ASC və Cavabdeh arasında 04.09.2020-ci il tarixli, 101804- 896207/1 saylı kredit müqaviləsi bağlanmış, Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini icra etməmişdir, cavabdehə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, borc məbləği hələ də ödənilməmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, 04.09.2020-ci il tarixli, 101804-896207/1 saylı kredit müqaviləsi üzrə borcun məbləğini müəyyən edərkən, ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, müqavilə üzrə əsas borc məbləği 752,22 manat, faiz borc məbləği isə 139,35 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 752,22 manat məbləğində əsas borc, 139,35 manat faiz borcu olmaqla, ümumilikdə 891,57 manat alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 30 manat (iddia tələbinin təmin olunmuş hissəsi 1000 manatdan az olduğundan) cavabdehdən alınaraq iddiaçıya verilməli, ekspertizanın dəyərini təşkil edən 100 manat isə cavabdehdən alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 752,22 manat məbləğində əsas borc, 139,35 manat faiz borcu olmaqla, ümumilikdə 891 (səkkiz yüz doxsan bir) manat 57 (əlli yeddi) qəpik məbləğində kredit borcu və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləği cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-933/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-933/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver