Məhkəmə qərarları › İş №2(011)-937/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-937/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-937/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********83452 X4 8T markalı telefon üçün 97.1 manat ödənilməmiş hissə, 9.7 manat cərimə, 02.07.2020-ci il tarixli müqaviləyə əsasən Mi True qulaqlıq üçün 12.8 manat ödənilməmiş hissə, 1 manat cərimə, 02.08.2020-ci il tarixli müqaviləyə əsasən Panasonic Trimmer üçün 80.4 ödənilməmiş hissə, 8 manat cərimə olmaqla, ümumilikdə 209 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh İsmayılova Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 06.02.2020-cu il, 02.07.2020-ci il və, 02.08.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh X4 8T markalı telefon, Mi True qulaqlıq və Panasonic Trimmer almış və nəticədə 209 manat borc yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.02.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 586.8 manat olan X4 8T markalı telefon üçün ümumilikdə 106.8 manat, 02.07.2020-ci il tarixli müqavilə üzrə alqısatqı qiyməti 56.1 manat olan Mi True qulaqlıq üçün ümumilikdə 13.8 manat, 02.08.2020ci il tarixli müqavilə üzrə isə alqı-satqı qiyməti 158.4 manat olan Panasonic Trimmer üçün, ümumilikdə 88.4 manat borcu yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 611 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 06.02.2020-ci il tarixdə 20082784 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", X4 8T markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 02.07.2020-ci il tarixdə 21002184 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Mi True qulaqlığı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 02.08.2020-ci il tarixdə 21051632 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Mi True qulaqlığı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 06.02.2020, 02.07.2020 və 02.08.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktlarından görünür ki, X4 8T markalı telefon, Mi True qulaqlıq və Panasonic Trimmer Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür kiCavabdeh 06.02.2020-ci il tarixli müqavilə üzrə X4 8T markalı telefon üçün 97.1 manat ödənilməmiş hissə, 9.7 manat cərimə borcu, 02.07.2020-ci il tarixli müqaviləyə əsasən Mi True qulaqlıq üçün 13.8 manat ödənilməmiş hissə, 1 manat cərimə borcu, 02.08.2020-ci il tarixli müqaviləyə əsasən Panasonic Trimmer üçün 88.4 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 209 manat təşkil edir. İş materiallarında olan 02.12.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 05.11.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında X4 8T markalı telefon, Mi True qulaqlıq və Panasonic Trimmerə dair 06.02.2020-ci il, 02.07.2020-cu il və 02.08.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, lakin alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu ümumilikdə 209 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 06.02.2020-ci il tarixli müqaviləyə əsasən, X4 8T markalı telefon üçün 97.1 manat ödənilməmiş hissə, 9.7 manat cərimə, 02.07.2020-ci il tarixli müqaviləyə əsasən Mi True qulaqlıq üçün 13.8 manat ödənilməmiş hissə, 1 manat cərimə, 02.08.2020-ci il tarixli müqaviləyə əsasən Panasonic Trimmer üçün 88.4 manat ödənilməmiş hissə, 8 manat cərimə olmaqla, ümumilikdə 209 manat borc pul cavabdeh X1 alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 06.02.2020-ci il tarixli müqaviləyə əsasən, X4 8T telefon üçün 97.1 manat ödənilməmiş hissə, 9.7 manat cərimə, 02.07.2020-ci il tarixli müqaviləyə əsasən, Mi True qulaqlıq üçün 12.8 manat ödənilməmiş hissə, 1 manat cərimə, 02.08.2020-ci il müqaviləyə əsasən, Panasonic Trimmer üçün 80.4 manat ödənilməmiş hissə, 8 manat cərimə olmaqla, ümumilikdə 209 manat (iki yüz doqquz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar