Məhkəmə qərarları › İş №2(011)-950/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-950/2025

04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-950/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. 114.2. bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə.

İşə baxan məhkəmənin mövqeyi:

4. Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinin tələblərindən də aydın olduğu kimi iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyi təqdirdə yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməzsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Göründüyü kimi mülki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə vermiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdeh isə işin baxılması ilə bağlı hər hansı prosessual hərəkət etməmişdir. Odur ki, məhkəmə ərizəni, mülki işin sənədlərini araşdırıb, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

5. Eyni zamanda iddiaçı xx.xx.2025-ci il tarixli ərizəsində ödənilmiş dövlət rüsumunun da geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarına iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir. Bundan başqa AR-ın “Dövlət rüsumu haqqında” Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyindən rüsum geri qaytarılmamalıdır.

6. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar