Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-96/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun vəklili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 onun doğma qardaşıdır. Onlar bu mübahisə yaranana, ona pullar göndərənə qədər çox mehriban, çox yaxşı qardaş idilər. O, 2008-ci ildə biznes qurmaq məqsədi ilə Rusiya Federasiyasına getmiş, həmin vaxt Rusiya Federasiyasının Tverskiy oblastda və Klin şəhərində bizneslə (3 mərtəbəli, 1000 kv.m Ticarət Mərkəzində yerləşən obyektlərdə ayaqqabı, paltar, bijuteriya və s. satışı) məşğul olmaqla yaxşı gəlir əldə etməyə başlamışdır. Bir müddət sonra əldə etdikləri qazanclarla Rusiyada özünün, dayısının və balaca qardaşının adına aldığı mənzilləri də sataraq öz ölkəsinə göndərərək öz ölkəsində gəlir əldə etməyi və hər nə mülkü olsa öz ölkəsində olmasını Vüsalla danışaraq Bakı şəhərində mənzillər alaraq kirayə verməyə və ordan gələn gəlirlə anasının və ailəsinin daha da yaxşı dolanmasını və əlavə işlər görərək qazanc əldə etmək barədə məsləhətləşmişlər. Rusiyada dayısının və balaca qardaşının adına aldığı mənzilləri onları orda qeydiyyata almaq üçün onların adına alsa da, satarkən də həmin alqı-satqıdan əldə olunan pulları ona vermiş və ona qarşı heç vaxt yalnış hərəkət etməmişlər. Elə bu kimi etibar, güvən və yaxın qohumluğa arxayın olub Azərbaycanda biznesini qurmaq, gəlir yerini yaratmaq barədə tam qərara gəlib qazanclarını və evlərini də sataraq pulu qardaşına göndərməyə qərar vermişdir. Elə həmin vaxtdan o, Rusiya Federasiyasında yerləşən Bank vasitəsi ilə Vüsala və Vüsala verilməsi məqsədi ilə anasının, balaca qardaşının və dostlarının adına pul göndərməyə başlamışdır. Bəzi vaxtlarda o, banka gedib pulu götürə bilməyəcəyini dediyindən o, pulu digər qardaşının və anasının adına, dostlarının adına göndərsə də, həmin pullar da Vüsala verilirdi ki, bunu nə Vüsal, nə anası, nə dostları, nə də balaca qardaşı inkar etmir. O, isə 2010-cu ildən 2015-ci ilə qədər müxtəlif vaxtlarda müxtəlif banklardan öz adı ilə cavabdeh və digər ailə üzvlərinin adına pul göndərməklə ümumilikdə 985.000 ABŞ dolları (doqquz yüz səksən beş min) pulu ona göndərmişdir. Onu da qeyd etmişdir ki, o, hətta balaca qardaşı Vüqar Süleymanovun (arvadı X1 ilə birlikdə) və dayısı X2 da adına Rusiyada ev almışdır ki, onlar etibarından istifadə etməsələr də Vüsal qanunsuz olaraq pullarına və evinə sahiblənmiş və qaytarmaqdan imtina edir. Belə ki, bəzən evi satıb verəcəyini desə də, sonradan guya ona hədiyyə etdiyini bildirib qaytarmayaraq onu çox çətin duruma salmışdır. 2012-ci ildə cavabdeh ona həmin puldan 130000 ABŞ dollarına ata yurdlarının yerləşdiyi məhəllədə satılan evi də almaq istədiyini bildirmişdir. O, isə həmin məhlədə böyüdüyündən buna razılıq vermişdir. Həmin mənzili aldıqdan sonra mənzilin ən yüksək səviyyədə təmirini etdirmək məqsədilə əlavə olaraq pullar göndərmiş və ustalar da qonşuları olduğundan onların zəhmət haqqısını da danışıb evi təmir etdirmişdir. Bu halları bütün qohum və qonşuları bilir və cavabdehi etdiyi hərəkətlərə görə qınasalar da, o, öz əməlindən daşınmayaraq hərdən bir onu aldadaraq evi sataraq pulunu verəcəyini, pullarını qaytaracağını bildirsə də, onu aldadaraq nə evini özünə vermir, nə də pullarını vermir. Qardaşı Vüsal dərzi işləyir və onun bu qədər qazanc əldə edərək o evi alması qeyri-mümkündür. O, cavabdehə yaxşı qardaş olmuşdur. O, bu əməlləri – onun mənzilini öz adına alaraq ona qaytarmayaraq aldatması azmış kimi indi də onun puluna ona aldığı evini sataraq ona heç nə verməməklə yanaşı, heç bir qardaşa və insana yaraşmayan şərlər deyərək onu mənəvi cəhətdən də stressə salmışdır. Onun evini və ya ona evlər alması üçün göndərdiyi pulları (985000 ABŞ dolları) verməkdən imtina etdiyindən, hər dəfə verəcəyinə dair bəhanələrinə davam etdiyindən və hazırda mənzili satışa qoyaraq satmağa çalışdığından onun nə evini, nə də pulunu qaytarmayacağına tam əmin olduqdan sonra o, artıq məcbur qalıb Polis İdarəsinə şikayət etmişdir. O, həmin məbləği müxtəlif banklardan və müxtəlif vaxtlarda onun və anasının, balaca qardaşının adına göndərmişdir. Anasının və digər qardaşının adına göndərdiyi pullar da Vüsala verildiyindən bütün pullar ona məhz Vüsal tərəfindən qaytarılmalıdır. Belə ki, anası bəzi vaxtlarda göndərdiyi pullardan cəmi 60-70 min manatı Vüsaldan gizlədərək öz adına onun üçün 12, 7, 6, 3 sotdan ibarət 4 torpaq sahəsi almış, qalan pulu isə Vüsala vermişdir ki, Vüsal o puldan yalnız 130 min manata ev aldığını və 70000 evin təmirinə xərclədiyini bildirsə də, qalan pulları nə etdiyini belə bildirmir. Onun həm pulunu və ya evini qaytarmaması azmış kimi qardaşı evini və pulunu mənimsəmək naminə arvadı ilə əlbir olub ona şər atmaları və onu polislə hədələmələri nəticəsində o, xeyli miqdarda faydadan məhrum olmuş və ona mənəvi zərər dəymişdir. Belə ki, o, evi alarkən evi kirayəyə verərək qazanc əldə etmək və anasının və ailəsinin daha yaxşı yaşamasını təmin etmək istəsə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 8 illik həmin mənzildən gələcək kirayə pulundan məhrum olmuşdur. Halbuki, təkcə onun pul ilə özünə aldığı mənzildən aylıq 600 manat kirayə pulu gəldiyi təqdirdə ən azı 57600 manat (8il*12ay=96ay*600=57600) faydası əldən çıxmış, həm də ən güvəndiyi qardaşının bu və şər böhtan xarakterli hərəkətləri ilə çox sarsıntılar keçirmiş və hazırda milyon dollardan artıq pul qazanan və təkcə Rusiyada 3-4 evi ola ola qardaşına güvənərək biznesini ölkəsində qurmağa və xeyiri öz ölkəsinə verməyə çalışdığından qardaşının hərəkətləri nəticəsində o, ailəsini dolandırmaqda da çətinlik çəkir. Bununla da cavabdehin əməli ilə ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Hazırda həmin pullarını və evini qaytarmaqdan imtina etdiyi üçün məhkəmə qaydasında həmin pulun alınması xahişi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh1 985000 (doqquz yüz səksən beş min) ABŞ dolları məbləğində pulun, əldən çıxmış fayda kimi 57600 manat pulun və 30 manat dövlət rüsumu ilə 110 manat Vəkilin xidmət haqqının alınaraq ona verilməsi барядя гятнамя çыхарылмасыны хащиш етмишдир. Məhkəmənin əvvəlki iclaslarında İddiaçı vəklili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun vəklili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 130000 ABŞ dolları və 120000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin əvvəlki iclaslarında çıxış edən digər Cavabdeh2 bildirmişdir ki, İddiaçı onun oğludur. Oğlu Nəbinin yazmış olduğu şikayət ilə tanış olmuş, belə ki, oğlu Nəbi 2008-ci ildə Rusiya Federasiyasına iş qurmaq üçün getmiş, 2017-ci ilin aprel ayında isə Nəbi Rusiyada ziyana uğradığı üçün Azərbaycana qayıdıb gəlmişdir. Nəbi Rusiya Federasiyasının Tverskiy oblast və Klin şəhərində ticarətlə məşğul olmuş, işlədiyi bu müddət ərzində Nəbi ümumi ailəsi üçün müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pullar göndərmişdir. Cavabdeh2 təsdiq etmişdir ki, Nəbi Vüsala 130000 ABŞ dolları göndərmişdir və Vüsal həmin pula mənzil almışdır. X7 120.000 manat göndərmişdir, həmin pulla Vüsal Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivindən 120.000 manata bağ evi almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş vətəndaş İddiaçı ərizəsi əsasında 05 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 05 fevral 2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, İddiaçı onun oğludur. Oğlu Nəbinin yazmış olduğu şikayət ilə tanış olmuş, belə ki, oğlu Nəbi 2008-ci ildə Rusiya Federasiyasına iş qurmaq üçün getmiş, 2017-ci ilin aprel ayında isə Nəbi Rusiyada ziyana uğradığı üçün Azərbaycana qayıdıb gəlmişdir. Nəbi Rusiya Federasiyasının Tverskiy oblosta və Klin şəhərində ticarətlə məşğul olmuş, işlədiyi bu müddət ərzində Nəbi ümumi ailəsi üçün müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pullar göndərmişdir. Göndərdiyi pullardan digər oğlu Vüsal üçün Xətai rayonundan 130000 ABŞ dollara mənzil almışlar və mənzilin təmirinə də Nəbi köməklik etmişdir. Nəbi işlədiyi müddət ərzində onlara çox köməkliklər etmişdir. Hətta Nəbinin göndərdiyi puldan Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivindən 120.000 manata ev almışlar. Sadəcə oğlu Nəbi Rusiyada ziyana uğradığı üçün və məcbur olub Bakı şəhərinə gəldiyindən, Bakı şəhərində isə özünə iş tapa bilmədiyi üçün belə bir şikayət etmişdir. Vüsalın konkret nə qədər pul göndərməsini hesablamamış, göndərdiyi pullardan şəxsi ehtiyaclarına xərcləmişlər. Həmin qərarda göstərilmişdir ki, izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, İddiaçı onun kiçik qardaşıdır. Qardaşı Nəbinin yazmış olduğu şikayətlə tanış olmuş, Nəbi 2008-ci ildə Rusiya Federasiyasına iş qurmaq üçün getmiş, 2017-ci ilin aprel ayında isə Nəbi Rusiyada darıxdığından, biznesini Bakı şəhərində qurmaq istədiyindən Azərbaycana qayıdıb gəlmişdir. Nəbi Rusiya Federasiyasınınm Tverskiy oblosta və Klin şəhərində ticarətlə məşğul olmuş, işlədiyi müddət ərzində Nəbi ümumi ailəsi üçün, yəni onun, qardaşı Vüqarın və anası üçün müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pullar göndərmişdir. Göndərdiyi pullardan onun üçün Xətai rayonundan 130.000 ABŞ dollara mənzil alınmasında və mənzilin təmir olunmasında müəyyən məbləğdə köməkliklər etmişdir. Nəbi işlədiyi müddət ərzində onlara çox köməkliklər etmişdir. Həmin evdə hazırda o, ailəsi ilə birlikdə yaşamışdır. Hətta Nəbinin göndərdiyi puldan Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivindən 120.000 manata ev almışlar. Sadəcə qardaşı Nəbi Rusiyada bezdiyi üçün və məcbur olub Bakı şəhərinə gəldiyindən, Bakı şəhərində isə özünə iş tapa bilmədiyi üçün belə bir şikayət etmişdir. Vüsalın nə qədər pul göndərməsini bilməmiş, göndərdiyi pullardan şəxsi ehtiyaclarına da xərcləmişlər. Bir neçə dəfə maşın da almışlar, maşınları vurduqdan sonra aldıqları qiymətdən aşağı qiymətə satmışlar. Əgər Nəbi pul davası edirsə, o, özünə aldığı, hazırda yaşadığı evi satıb Nəbinin ona verdiyi pulları özünə qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, İddiaçı Cavabdeh1 qardaşı olmaqla yanaşı, Rusiyada işlədiyi müddətdə ona 130.000 ABŞ dolları pul vəsaiti göndərmişdir, həmin pulla cavabdeh mənzil almışdır, həmçinin 120.000 manat pul vəsaiti göndərmişdir, həmin pulla cavabdeh Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivindən 120.000 manata ev almışdır, lakin həmin məbləğlər hazırki günədək iddiaçıya geri qaytarılmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən hal tərəflərin anaları Cavabdeh2 tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində və məhkəmədə verdiyi izahatlarla bir daha öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh1 130.000 (bir yüz otuz min) ABŞ dolları və 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh1 130.000 (bir yüz otuz min) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 120.000 (bir yüz iyirmi min) manat məbləğində məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-96/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-96/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver